Icma.az
close
up
RU
Şirin çəhrayı şərab çəki artımını sürətləndirir və dişləri zəiflədir

Şirin çəhrayı şərab çəki artımını sürətləndirir və dişləri zəiflədir

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şirin çəhrayı şərabın artıq istifadəsi çəki artımına və diş minasının zədələnməsinə səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə diyetoloq Sara Şenker və stomatoloq Nora Əl-Baldavi "Daily Mail” nəşrinə verdikləri müsahibədə xəbərdarlıq ediblər.

Mütəxəssislərin sözlərinə görə, çəhrayı şərab açıq rəngi və meyvə dadına görə çox vaxt daha "yüngül” və daha sağlam spirtli içki kimi qəbul edilir. Lakin bu təsəvvür aldadıcıdır. Onların bildirdiyinə görə, yarı-şirin növlərdə xeyli miqdarda şəkər olur ki, bu da içkinin kalorisini artırır.

Sara Şenker qeyd edib ki, hər biri 250 ml olan iki stəkan çəhrayı şərab təxminən 200 və daha çox kalori ehtiva edə bilər. Üstəlik, bu içki demək olar ki, qida dəyərinə malik deyil. Buna görə də onun müntəzəm qəbulu daha faydalı qidaların rasiondan sıxışdırılmasına səbəb ola bilər. Bu isə çəki artımı, vitamin və mikroelement çatışmazlığı, immun sisteminin zəifləməsi, yorğunluq və hətta saç tökülməsi ilə nəticələnə bilər.

Digər risklər ağız boşluğu sağlamlığı ilə bağlıdır. Doktor Nora Əl-Baldavinin sözlərinə görə, şərabın tərkibindəki turşular (şərab, alma və limon turşuları) və şəkərin birgə təsiri kariyesin inkişafı üçün əlverişli mühit yaradır və diş minasının aşınmasını sürətləndirir.

Turşulu içki tüpürcəyin pH səviyyəsini aşağı salır, nəticədə emalı təşkil edən hidroksiapatit mineralları həll olmağa başlayır və demine­ralizasiya prosesi baş verir. Əgər bu təsir tez-tez və ya uzun müddət davam edərsə, tüpürcək turşuları neytrallaşdıra bilmir və mina tədricən nazilir.

Mütəxəssislər vurğulayırlar ki, alkoqolun istifadəsində ölçülülük sağlamlığın qorunmasında əsas amildir və çəhrayı şərab da bu qaydadan istisna deyil.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Aprel 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri