Icma.az
close
up
RU
Şirin saqqız qan təzyiqini azalda bilər gözlənilməz XƏBƏR

Şirin saqqız qan təzyiqini azalda bilər gözlənilməz XƏBƏR

Icma.az, Lent az saytına istinadən bildirir.

Alimlər müəyyən ediblər ki, tərkibində şəkər olan saqqız nitratlarla zəngin tərəvəzlər qəbul edildikdən sonra qan damarlarının genişlənməsinə kömək edən maddələrin yaranmasını müvəqqəti olaraq gücləndirə bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu təsir qısamüddətlidir və şəkərli saqqız yüksək təzyiqin müalicəsi üçün uyğun vasitə hesab edilə bilməz.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanı King's College London-nin alimləri aparıblar. Tədqiqat zamanı qida məhsullarında olan nitratların orqanizmdə faydalı birləşmələrə necə çevrildiyi öyrənilib. Çuğundur, ispanaq, kələm və digər tərəvəzlərdə olan nitratlar birbaşa qan damarlarına təsir göstərmir. Əvvəlcə ağız boşluğundakı bakteriyalar onları nitritlərə çevirir, daha sonra isə orqanizmdə qan damarlarını rahatladan və qan dövranını yaxşılaşdıran azot oksidi yaranır.

Bu prosesi gücləndirməyin mümkün olub-olmadığını yoxlamaq üçün alimlər sağlam könüllülərin iştirakı ilə təcrübə aparıblar. Bütün iştirakçılar çuğundur şirəsi içdikdən sonra iki qrupa bölünüb. Bir qrup 3-6 saat ərzində şəkərli saqqız, digər qrup isə şəkərsiz saqqız çeynəyib. Nəticələr göstərib ki, şəkər tüpürcəyi daha turş mühitə çevirərək nitratların çevrilməsində iştirak edən bakteriyalar üçün daha əlverişli şərait yaradır.

Şəkərli saqqız çeynəyən iştirakçıların tüpürcəyində nitritlərin səviyyəsi 45 faiz, qanda isə 25 faiz daha yüksək olub. Araşdırma zamanı onların arterial təzyiqində də cüzi azalma qeydə alınıb. Sistolik təzyiq orta hesabla 3 mm civə sütunu, diastolik təzyiq isə təxminən 2 mm civə sütunu aşağı düşüb. Bununla belə, tədqiqat müəllifləri şəkərli saqqızın yüksək qan təzyiqinin müalicəsi və ya profilaktikası üçün istifadə edilməsinin doğru olmadığını vurğulayıblar.

Onların sözlərinə görə, təsir cəmi bir neçə saat davam edir. Digər tərəfdən, şəkərin dişlərlə uzunmüddətli təması kariyes riskini artırır, həddindən artıq şəkər qəbulu isə insulin müqavimətinin yaranmasına və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.

Alimlərin fikrincə, bu kəşfin əsas əhəmiyyəti şəkərli saqqız tövsiyə etmək deyil, nitratların orqanizmdə çevrilmə mexanizmini daha yaxşı anlamaqdır. Onlar hesab edirlər ki, nitratla zəngin tərəvəzlərin təbii şəkərli meyvələrlə birlikdə istehlakı bu prosesi artıq şəkər qəbul etmədən dəstəkləyə bilər.

Tədqiqatın növbəti mərhələsində alimlər şəkərdən istifadə etmədən ağız boşluğunda eyni şəraiti yarada biləcək, dişlər və maddələr mübadiləsi üçün təhlükəsiz üsullar hazırlamağı planlaşdırırlar. Çuğundur şirəsindən fiziki dözümlülüyü artırmaq məqsədilə istifadə edən idmançıların iştirakı ilə daha geniş klinik araşdırmalar aparılması da nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 İyul 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri