Sirkə və sodasız tıxanıqlığı açan üsul: Yarım stəkan bəs edir
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Mətbəx və vanna otağı çanaqlarında zamanla toplanan yağ, sabun qalıqları, qəhvə tortası və saçlar suyun axınını zəiflədərək tıxanmaya səbəb ola bilir. Bu kimi problemlərin böyüməsinin qarşısını almağın ən yaxşı yolu isə mütəmadi qulluq və sadə təmizləmə üsullarıdır.
Milli.Az xəbər verir ki, sirkə və soda istifadə etmədən tıxanıqlığın açılması üçün ən pratik üsullardan biri yarım stəkan duz və ya limon duzu ilə qaynar suyun birləşməsidir. Bu qarışım borularda yüngül torta və yağ qatı olan hissələrin yumşalmasını təmin edir.
İsti su ilə qarışan duz dənələri borunun içində yağ və kir qatının yumşalmasına kömək edir. Kimyəvi maddələr qədər güclü olmasa da, mütəmadi tətbiq edildikdə borudakı yüngül tıxanmaları aradan qaldırmaq üçün kifayət edir.
Bunun üçün çanağa yarım stəkan duz və ya limon duzu tökün.
Üzərinə qaynar su əlavə edin.
Bir neçə dəqiqə gözləyin.
Daha sonra çanağı yenidən isti su ilə durulayın.
Bu üsul xüsusilə borunun içində qabıqlaşmağa başlayan kir qatını yumşaldaraq daha təmiz səth yaradır.
Ev təmizliyində geniş istifadə edilən karbonat və sirkə birlikdə istifadə olunduqda çox zaman gözlənilən təsiri vermir. Bu iki maddə bir-birinin təsirini neytrallaşdırır və yalnız köpüklənmə yaradır. Yüngül tıxanmaları açsa da, tək başına güclü təmizləyici deyil.
Duzla birlikdə az miqdarda sirkə əlavə edilməsi isə borudakı bakteriyaları azaltmağa və pis qoxunun qarşısını almağa kömək edə bilər.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 Noyabr 2025 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















