Icma.az
close
up
RU
Şirkət müştərinin cibinə necə girib? RƏSMİ KONKRET

Şirkət müştərinin cibinə necə girib? RƏSMİ KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bakı sakini Elman Şirməmmədov “Azercell Telekom” MMC-nin xidmətindən narazı qalıb. O, məsələ ilə bağlı KONKRET.az-ın redaksiyasına müraciət ünvanlayıb.

Fakturalı xətt istifadəçisi olduğunu və aylıq 15 manatlıq tarifə, 2 manat 50 qəpik də Asan İmza xidmətinə görə ümumilikdə 17 manat 50 qəpik ödəniş etdiyini bildirib.

“Azercell xəttimi bir ay istifadə etmədim, nömrə bağlandı. Tarifdən çıxmağı unutmuşdum. Amma 6 ay sonra mənə 3 ayın borcu – 54 manat göndərdilər. Halbuki bir ay sonra xətt bağlanmışdı və heç bir xidmət də göstərilməmişdi. Mən 50 manat ödəniş etdim ki, xəttim aktivləşsin, amma açılmadı. Zəng etdim, dedilər ki, məhkəməyə verilmisiniz və 27 manat da rüsum ödəməlisiniz. Həmin məbləği ödəsəm də xətt açılmadı. Məhkəməyə getməli olduğumu bildirdilər. Orada dedilər ki, Azercelldən ödənişin tam bağlanması haqqında qəbz almalısınız. O qəbz isə 5 manata satılır.”

Elman Şirməmmədovun sözlərinə görə, iddiaçı tərəf “Azercell” olsa da, rüsumu ödəmək məcburiyyətində qalıb:

“Məhkəmə iddiaçısı mən deyiləm axı, rüsumu niyə ödəməliyəm? Kim iddia qaldırırsa, xərci də o çəkməlidir”, – şikayətçi vurğulayıb.

Problemlə bağlı “Azercell Telekom” MMC ilə əlaqə saxladıq.

Şirkətdən KONKRET.az-a verilən açıqlamada bildirilib ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə və qanunvericiliyə əsasən “Azercell Telekom” MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır. Fakturalı xətt sistemində Abunəçi və “Azercell Telekom” MMC arasında hesablaşmalar hər faktura dövrünün sonunda verilən hesab-faktura əsasında həyata keçirilir. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 8.2.-ci maddəsinə əsasən “Fakturalı Xətt sistemində: Hesab-faktura kəsildiyi tarixdən sonrakı 45 (qırx beş) təqvim günü keçdikdən sonra da borc məbləği və gecikmə faizi ödənilməzsə, həmçinin kredit limitini aşma halı olarsa, “AZERCELL” Abunəçinin nömrəsini ikitərəfli bağlaya bilər. Bu, Abunəçiyə xidmət göstərilməsinin dayandırılması deməkdir. Abunə Müqaviləsinin şərtlərinə müvafiq olaraq da nömrəyə xidmət göstərilməsinə məhdudiyyət (nömrənin rabitə xəttinin iki tərəfli bağlanması halı) qoyulduğu anadək xidmət haqları hesablanır.

2. Abunəçi tərəfindən ödəniş tam və ya qismən yerinə yetirildiyi halda, xəttin yenidən aktivləşdirilməsi hansı hallarda mümkün olmur?

Abunə Müqaviləsinin 8.3-cü bəndinə əsasən Fakturalı Xətt sistemində Abunəçi öz borcunu, gecikmə faizi ilə birlikdə, son ödəmə tarixindən sonra 6 (altı) ay ərzində ödəməzsə, Abunəçinin istifadəsində olan nömrənin rabitə xətti tamamilə ləğv edilməklə nömrə onun istifadəsindən çıxarılır və bu Müqaviləyə xitam verilir. Bu zaman “Azercell Telekom” MMC Abunəçiyə hər hansı məlumat təqdim etmir. Müqaviləyə xitam verilməsi Abunəçini borclarını ödəmək vəzifəsindən azad etmir.

3. Azercell tərəfindən vətəndaşların borc səbəbilə məhkəməyə verilməsi prosesi hansı əsaslarla həyata keçirilir?

Abunə Müqaviləsi üzrə xidmət haqqının ödənilməsi abunəçinin öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində və nömrələrin istifadəyə verilməsi ilə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə abunəçilər tərəfindən istifadə etdikləri xidmətlər müqabilində hesablanmış faktura borcları ödənilmədikdə məhkəməyə/notariusa müraciət edilir.

4. İddiaçı tərəf “Azercell Telekom” olduğu halda, məhkəmə rüsumunun abunəçidən tələb edilməsi hansı qanunvericiliyə əsaslanır?

Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqaviləsində nəzərdə tutulmuş qaydalara əsasən borclu şəxs əsas borc və cərimə məbləğini ödəməklə yanaşı iddiaçı kimi “Azercell Telekom” MMC tərəfindən köçürülmüş dövlət rüsumu məbləğini və digər xərcləri də ödəməli olur. Belə ki, Abunə Müqaviləsinin 14.1-ci maddəsinə əsasən Abunəçi təqsirli olaraq “Azercell Telekom” MMC-yə vurduğu zərərə və bu Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam və ya lazımınca yerinə yetirilməməsinə görə “Azercell Telekom” MMC qarşısında qanunvericilikdə nəzərdə tutulan qaydada tam həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər də zərər olaraq qəbul edilir.

5. “Ödənişin tam bağlanması haqqında qəbz”in abunəçiyə 5 manat qarşılığında təqdim olunması şirkətin daxili qaydalarına uyğundurmu?
İstehlakçı müştəri seqmentində fakturasız (SimSim) və fakturalı (B2C) nömrələr üzrə “Ödənişlər/Yüklənilmiş danışıq kartları haqqında arayışın təqdim olunması” xidmətinin dəyəri 5 AZN (ƏDV daxil) təşkil edir. Əlavə olaraq bildiririk ki, abunəçilər öz nömrələrində yaranan borcun hansı xidmətlər üzrə formalaşdığını öyrənmək üçün “Azercell Telekom” MMC-nin Müştəri Xidmətlərinə müraciət edə bilərlər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri