Icma.az
close
up
RU
Şirkət sahibləri arasında münasibətlər yeni qaydada TƏNZİMLƏNƏCƏK

Şirkət sahibləri arasında münasibətlər yeni qaydada TƏNZİMLƏNƏCƏK

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şirkət sahibləri arasında münasibətləri tənzimləyən “korporativ müqavilə” institutu yaradılır.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, məhdud məsuliyyətli cəmiyyətlərin iştirakçıları, səhmdar cəmiyyətlərinin səhmdarları, eləcə də zəruri hallarda şirkətin özü öz aralarında korporativ müqavilə bağlaya biləcəklər.
Bu müqavilə vasitəsilə tərəflər şirkətin idarə olunması, səsvermə qaydaları, pay və səhmlərin alqı-satqısı, investisiyaların qorunması və digər korporativ münasibətləri əvvəlcədən tənzimləyə biləcəklər.
 

Sənədə görə, korporativ müqavilədə iştirakçıların ümumi yığıncaqda necə səs verəcəyi, pay və səhmlərin hansı şərtlərlə satılacağı, şirkətin idarəetmə orqanlarının formalaşdırılması, investisiyaların istifadəsinə nəzarət mexanizmləri, habelə tərəflər arasında yarana biləcək mübahisələrin həlli qaydaları müəyyən edilə biləcək.


Layihə investorların hüquqlarının qorunmasına yönəlmiş bir sıra yeni mexanizmləri də nəzərdə tutur. Belə ki, şirkətin ləğvi və ya satışı zamanı müəyyən investorlara yatırdıqları vəsaiti digər iştirakçılardan əvvəl geri almaq hüququ verilə bilər. Həmçinin gələcəkdə daha aşağı qiymətlə yeni səhmlər buraxıldığı halda investorların paylarının dəyərinin azalmasının qarşısını alan xüsusi müdafiə mexanizmlərinin tətbiqi mümkün olacaq.
Bundan başqa, müəyyən kateqoriya investorlar üçün veto hüququnun müəyyən edilməsi, şirkətin vacib qərarlarının onların razılığı olmadan qəbul edilməməsi, imtiyazlı səhmlərin adi səhmlərə çevrilməsi və az paya malik iştirakçıların hüquqlarının qorunması ilə bağlı müddəalar da korporativ müqavilədə əks oluna biləcək.
Layihəyə əsasən, korporativ müqavilə notarial qaydada təsdiq edilmədən yazılı formada bağlanacaq. Müqavilə yalnız onu imzalayan tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olacaq və tərəflər arasındakı münasibətlərdə bəzi hallarda şirkətin nizamnaməsindən üstün hüquqi qüvvəyə sahib olacaq.
Dəyişikliklər xüsusilə startaplar, vençur investorları və bir neçə təsisçisi olan şirkətlər üçün beynəlxalq praktikada geniş istifadə olunan hüquqi mexanizmlərin Azərbaycan qanunvericiliyinə gətirilməsini nəzərdə tutur.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 İyul 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri