Şirkətin pulunu mənimsəyən satış təmsilçisinə elektron qolbaq taxıldı
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Şirvan Şəhər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elsevər Quluzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aydan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.
İttihama görə, Elsevər Quluzadə MMC-lərin birində 2021-2023-cü illərdə satış təmsilçisi vəzifəsində işləyib. O, Şirvan şəhəri, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində yerləşən mağazalara və apteklərə mal və məhsullar verib. Lakin verdiyi mal və məhsulların 16 628,51 manat pulu mənimsəyib.
Kamal Məmmədov

Şirkətin pulunu mənimsəyən mexanikə elektron qolbaq taxıldı
25 Fevral 2025 11:21
Şirkətin pulunu mənimsəyən satış təmsilçisinə şərti cəza verildi
19 Mart 2025 08:59
Şirkətin 40 min manatını mənimsəyən şəxsə elektron qolbaq taxıldı
10 Dekabr 2024 09:34
Camal LTD şirkətinin satış təmsilçisinə elektron qolbaq taxıldı
16 Aprel 2025 09:44
“Food Plaza”nın pulunu mənimsəyən satış nümayəndəsinə elektron qolbaq taxıldı
15 Yanvar 2025 10:33

