Icma.az
close
up
RU
Şirkətlər mümkün qədər daha az vəsait ödəmək üçün müxtəlif üsullara əl atırlar EKSPERT ŞƏRH ETDİ

Şirkətlər mümkün qədər daha az vəsait ödəmək üçün müxtəlif üsullara əl atırlar EKSPERT ŞƏRH ETDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Bəzi sığorta şirkətlərinin dəymiş ziyanın tamamını ödəmək istəməməsinin səbəbləri həm hüquqi, həm maliyyə, həm də idarəetmə amilləri ilə bağlıdır. Sığorta şirkətləri əsasən kommersiya məqsədi ilə fəaliyyət göstərdikləri üçün ilk növbədə öz maliyyə dayanıqlığını qorumağa çalışırlar. Bu səbəbdən, hər bir müraciəti diqqətlə araşdıraraq mümkün qədər daha az vəsait ödəmək üçün müxtəlif üsullara əl atırlar". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, ən çox rast gəlinən hallardan biri budur ki, hadisə zamanı dəymiş zərərin miqdarı müstəqil ekspertizalar tərəfindən yüksək hesablandıqda belə, sığorta şirkətləri öz daxili ekspertizasına əsaslanaraq daha aşağı məbləğ təklif edirlər: "Bu zaman yaranan fərq sürücülərlə şirkət arasında narazılığa səbəb olur. Bəzi hallarda isə şirkətlər hadisənin başvermə şəraitinə dair suallar qaldıraraq, sürücünün qayda pozuntusunu əsas gətirib, ödənişin bir hissəsindən imtina edirlər. Məsələn, sürücü hadisə zamanı əyləc məsafəsinə riayət etməyibsə və bu qəzanın səbəbi kimi qiymətləndirilirsə, şirkət ödənişi azaltmağa çalışa bilər. Sığorta müqavilələrinin bəzilərindəki qeyri-şəffaf və texniki ifadələr də şirkətlərə imkan verir ki, hüquqi boşluqlardan istifadə edib öhdəliklərini qismən yerinə yetirsinlər. Çox vaxt vətəndaşlar bu müqavilələri imzalayarkən detallara diqqət etmirlər və zərər baş verdikdə artıq gec olur. Digər mühüm səbəb isə tənzimləyici orqanların zəif nəzarətidir. Bəzi sığorta şirkətləri bu boşluqlardan istifadə edərək uzun müddət vətəndaşlara qarşı öhdəliklərini tam yerinə yetirmirlər. Halbuki, qanunvericilikdə sığorta olunan şəxsə ədalətli ödəniş təmin olunmalıdır.

Bu kimi problemlərin qarşısını almaq üçün ekspert bir neçə təklif irəli sürür: birincisi, sürücülər sığorta müqavilələrini diqqətlə oxumalı və öhdəliklərini aydın şəkildə başa düşməlidirlər. İkincisi, sığorta bazarında şəffaflıq artırılmalı və müstəqil ekspertiza qurumlarının fəaliyyətinə dəstək verilməlidir. Nəhayət, sığorta nəzarəti orqanları tərəfindən sərt nəzarət tədbirləri görülməli, vətəndaşların hüquqları pozulduqda ciddi cərimə və sanksiyalar tətbiq olunmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyul 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri