Icma.az
close
up
RU
Şirkətlərin 10 ildir davam edən milyonluq Boru davası

Şirkətlərin 10 ildir davam edən milyonluq Boru davası

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Cənnət Park” MTK ilə “Biləcəri Təmir Quraşdırma” QTSC arasında 10 ilə yaxındır ki, davam edən məhkəmə mübahisəsi bitmək bilmir.

“Qafqazinfo”ya müraciət edən “Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayev bildirib ki, məhkəmə prosesi artıq 3-cü dəfədir Konstitusiya Məhkəməsinədək uzanır.

O, qarşı tərəfin müxtəlif vasitələrdən istifadə edərək işi uzatdığını deyib: “30.06.2014 -cü il tarixdə “Cənnət Park” MTK ilə “16 nömrəli İnşaat-İstehsalat Təsərrüfat” Tresti arasında 2.099.200 manat məbləğində borc müqaviləsi imzalanıb. Borc məbləği ödənilmədiyindən 13.07.2016-ci il tarixdə notarial qaydada “borcun əvəzləşdirilməsinə” dair müqavilə bağlandı. Həmin müqaviləyə əsasən, borcun əvəzi olaraq Trestə məxsus olan 2200 ədəd ümumi çəkisi 2624 ton (1 ton-800 manat) dəmir boru rəhbərlik etdiyim MTK-ya verilib. Lakin Trestin “Biləcəri Təmir Quraşdırma” QTSC-yə də borcu olub və bu barədə məhkəmə qətnaməsi qəbul olunub. Bu səbəbdən QTSC-nin cavabdehlər Trestə və “Cənnət Park” MTK-ya qarşı borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib, qətnamə qanuni qüvvəsini alıb”.

Q.Fətullayev bildirib ki, rəhbəri olduğu “Cənnət Park” MTK-ya məxsus olan borular əsassız olaraq QTSC-nin sahibliyində olub və bu səbəbdən uzunsürən məhkəmə prosesləri başlayıb: “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.07.2018-ci il tarixli qətnaməsi ilə “Cənnət Park” MTK-nın cavabdehlər QTSC və Trestə qarşı iddiası ilə 1.614 ədəd borunun QTSC-nin qanunsuz sahibliyindən alınaraq MTK-ya qaytarılması, QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat və 30 manat dövlət rüsumunun əvəzinin QTSC-dən tutularaq MTK-ya ödənilməsi qət edilib. Cavabdeh QTSC apellyasiya şikayəti verdi və Bakı Apellyasiya Məhkəməsinin 02.10.2018-ci il tarixli qətnaməsi ilə QTSC-nin apellyasiya şikayəti təmin edilmədi. Cavabdeh QTSC növbəti mərhələdə kassasiya şikayəti verdi və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30.01.2019-cu il tarixli qərarı ilə QTSC-nin kassasiya şikayəti təmin edilmədi”.

Şikayətçi bildirir ki, buna kimi bütün məhkəmə instansiyaları işə hüquqi qiymət verərək onların xeyrinə qərarlar qəbul edib. Lakin sonra “Biləcəri Təmir Quraşdırma” QTSC  Konstitusiya Məhkəməsinə müraciət edib və gözlənilmədən qarşı tərəfin lehinə qərar qəbul edilib: “Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin qərarı ləğv edildi və iş yenidən baxılmağa göndərildi. Bakı Apellyasiya Məhkəməsi də 25.02.2021-ci il tarixli qətnaməsi ilə QTSC-nin apellyasiya şikayətini təmin etmədi. Həmçinin Ali Məhkəmə də QTSC-nin kassasiya şikayətini təmin etmədi”.

İş adamı qeyd edir ki, qarşı tərəf ikinci dəfə məsələni Konstitusiya Məhkəməsində mübahisələndirib: “Konstitusiya Məhkəməsinin 07.02.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmə qərarı ləğv etdi və işi yenidən baxılmaq üçün göndərildi. Bakı Apellyasiya Məhkəməsi 19.09.22-ci il tarixli qətnaməsi ilə QTSC-nin apellyasiya şikayətini təmin edir və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.07.2018-ci il tarixli qətnaməsi ləğv edir. Beləliklə iddianı təmin etmir. Həmin qətnamədən isə təmsil etdiyim “Cənnət Park” MTK tərəfindən kassasiya şikayəti verildi. Bu dəfə Ali Məhkəmənin 11.05.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edildi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli, 2-2(103)-774/2022 saylı qətnaməsi ləğv olunur, yeni qərar qəbul edilir. İddia tələbi qismən təmin olunur. Cavabdeh “Biləcəri Təmir Quraşdırma” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğ “Biləcəri Təmir Quraşdırma” QTSC-dən tutularaq iddiaçıya ödənilməsi, 1614 ədəd borunun cavabdeh “Biləcəri Təmir Quraşdırma” QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçı “Cənnət Park” MTK-ya qaytarılması qət edilir”.

Q.Fətullayev bildirib ki, bundan sonra QTSC 3-cü dəfə Konstitusiya Məhkəməsinə müraciət edib: “Konstitusiya Məhkəməsi bizə bəlli olmayan səbəblərdən bu işi yenidən, özü də 3-cü dəfə icraatına qəbul edib və bir ilə yaxındır ki, işi icraatında saxlayaraq hərəkətsizlik göstərir. Azərbaycan məhkəmələri ədaləti və qanunu rəhbər tutduğundan “Cənnət Park” MTK bu işi 3 dəfə Ali Məhkəmədə udub. Görünən odur ki, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri Nazim Tahirov Konstitusiya Məhkəməsinin qərarına təsir edə bilir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri