Icma.az
close
up
RU
Yerli şirkətlərin tanışlıq meydanı

Yerli şirkətlərin tanışlıq meydanı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən Bakı Ekspo Mərkəzində 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” öz işinə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, eləcə də “Kapital Bank” ASC-nin rəsmi tərəfdaşlığı ilə keçirilən sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini və yerli məhsulları geniş kütləyə tanıtmaq, onların yeni bazarlara çıxışını təşviq etmək, şirkətlər arasında qarşılıqlı əməkdaşlığı genişləndirməkdir. 

Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. 

Mərasimdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək bildirib ki, ölkəmizdə aqrar kreditlər və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi fermerlərin maliyyə resurslarına çıxış imkanlarını xeyli artırıb. Kənd təsərrüfatının inkişafının həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də ixrac potensialınızın artırılması baxımından prioritet istiqamətlərdən biri kimi dəyərləndirən nazir deyib ki, güzəştli kreditlər vasitəsilə fermerlər müasir texnika və texnologiyalar əldə edərək məhsuldarlığı artırmaqla yanaşı, innovativ yanaşmaların tətbiqinə geniş imkanlar qazanır. Bununla yanaşı, o, subsidiyaların kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması, istehsal proseslərinin optimallaşdırılması və aqrar sığorta sisteminin gücləndirilməsi istiqamətində mühüm dəstək mexanizmi kimi çıxış etdiyini diqqətə çatdırıb.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov ölkəmizdə sahibkarlığın inkişafı üçün bu kimi sərgilərin mühüm əhəmiyyət daşıdığını vurğulayaraq deyib ki, 2019-cu ildən etibarən keçirilən və artıq ənənə halını almış bu sərginin məqsədi, yerli sahibkarlarımızın və onların istehsal etdikləri məhsulların tanıdılması, əldə olunan uğurların nümayiş etdirilməsi, müştəri bazasının və bazar imkanlarının genişləndirilməsidir. Onun sözlərinə görə, bu gün Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi, dayanıqlı iqtisadi artım və iqtisadiyyatın modernləşdirilməsinə yönəlmiş siyasət davamlı şəkildə inkişaf etdirilir və əldə olunan müsbət nəticələrin əsasını təşkil edir. Nazir müavini deyib ki, Azərbaycanda sahibkarlığın gücləndirilməsi ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mərkəzində olub və bu sahədə ardıcıl tədbirlər görülür.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov isə çıxışında ölkə üzrə dövlət satınalmalarının həcminin 2020-ci ildə 6,5 milyard manatdan 2024-cü ildə 9,8 milyard manata çatdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən il 2 min təşkilat tərəfindən keçirilmiş 12 mindən çox ­satınalmada 10 minə qədər təchizatçı iştirak edib: “Agentlik olaraq biz hesab edirik ki, sağlam və açıq rəqabət mühiti iqtisadi artımın, istehlakçı məmnunluğunun və innovasiyaların əsas hərəkətverici qüvvəsidir. Bu səbəbdən də bazarda iştirakçıların çoxluğu, məhsul çeşidlərinin artması, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətlərin iqtisadi amillər əsasında formalaşması həm sahibkarlar, həm də istehlakçılar üçün faydalı nəticələr doğurur”.

Bu gün sərgidə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin məhsul və xidmətlərinin bir araya gətirilməsinin yalnız istehsal və təchizat imkanlarının deyil, həm də iqtisadiyyatımızın rəqabət potensialının nümayişi kimi dəyərləndirən agentlik rəhbəri deyib ki, belə tədbirlər sahibkarlarımızın tanıdılması ilə yanaşı, ölkədə rəqabət mühitinin inkişafına da təkan verir.

Xatırladaq ki, “Yerli şirkətlərin tanıtım sərgisi” 2019-cu ildən etibarən keçirilir. Builki sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir. Sərgi təkcə yerli məhsulların nümayişi ilə yanaşı, onların ixracına, eləcə də xarici tərəfdaşlarla əlaqələrin qurulmasına xidmət edəcək. Bu məqsədlə sərgiyə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən ticarət palataları, biznes assosiasiyaları dəvət olunub.

Sahibkarların müraciətləri və ziyarətçilərin marağı nəzərə alınaraq bu il sərgi 4 gün davam edəcək. Budəfəki sərgidə il ilk dəfə olaraq mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə “B2B” formatlı görüşlərinin təşkil olunacaq. Bu da mikro və kiçik sahibkarların iri şirkətlərlə əlaqələrinin genişləndirilməsi və onların təchizat zəncirində iştirakının artırılmasına imkan yaradacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2025 01:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see809

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see728

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see262

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see261

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see252

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see235

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see229

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see216

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see192

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see191

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see190

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see189

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see185

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see184

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see176

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see173

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri