Icma.az
close
up
RU
Şirkətlərin qazancı niyə 67 faiz azalıb? SƏBƏB

Şirkətlərin qazancı niyə 67 faiz azalıb? SƏBƏB

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Rəsmi hesabatda bildirilir ki, 2025-ci ilin ilk yarısında investisiya şirkətlərinin mənfəəti 67 faiz azalıb. Hesabatda bu azalmanın səbəbi olaraq artan haqq və komissiya, əməkhaqqı və sosial xərclər, eləcə də inzibati xərclər göstərilir”.

Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib.


Onun sözlərinə görə, , dövlət qurumunun dediyi səbəblər rəsmi və həqiqət payı olan texniki izahdır, lakin bu izah problemin əsas səbəbini və kökünü açıqlamır:

“Mən bir neçə gün əvvəl mənzil qiymətlərini artıran səbəblər barədə yazmışdım. Əslində, həmin səbəblər investisiya şirkətlərinin mənfəətinin azalmasının da kökündə dayanır. Yəni kapital real sektora yönəlmir, maliyyə dövriyyəsi zəifləyir və nəticədə həm bazarda dəyər yaradılmır, həm də investisiya fəaliyyəti mənfəət gətirmir.

Çünki iqtisadiyyatda gəlir gətirən sahələr kifayət qədər olanda investisiya şirkətləri də artan xərcləri asanlıqla kompensasiya edə bilir. Amma kapital istehsal və innovasiyaya deyil, daha çox passiv istiqamətlərə yönəldiyi üçün iqtisadi dövriyyə effektiv dərəcədə yüksəlmir. Nəticədə həm bazarda yetəri qədər dəyər yaranmır, həm də maliyyə sistemi dayanıqlı gəlir mənbələrindən məhrum olur.

Məhz bu səbəblərə görə də dəfələrlə bildirmişdim ki, Azərbaycanda özəl pensiya fondları yaradılacağı təqdirdə onların uğurlu fəaliyyət göstərməsi çətin olacaq. İndi isə daha sərbəst və peşəkar investisiya şirkətlərinin belə mənfəətinin 67 % azalması bu fikirləri artıq ehtimal yox, fakt səviyyəsinə qaldırır. Yəni bazarda vəziyyət elədir ki, investisiyadan gəlir qazanmaq çətinləşir, kapital isə iqtisadiyyata deyil, dəyər yaratmayan sahələrə yönəlir.

Əlqərəz, istər investisiya şirkətlərinin mənfəət dinamikası, istər mənzil bazarındakı bahalaşma, istər əməkhaqqı artım tempi, pensiya məbləğləri, DSMF-nin gəlir-xərc balansı, məşğulluq göstəriciləri və regionların inkişaf tempi kimi bütün bu məsələlərin həllində uğurlu nəticələr əldə etmək üçün kapitalın real sektorda dövriyyəsini gücləndirmək, iqtisadiyyatda dəyər yaradan sahələri genişləndirmək və resurslardan səmərəli istifadəni təmin etmək qaçılmaz zərurətdir”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri