SİRLƏR AÇILIR: Netanyahu İran əməliyyatında oğlunun toyunda necə istifadə edib? KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu iyun ayında İrana qarşı həyata keçirilən hava zərbələrindən bir neçə gün əvvəl ictimaiyyətə oğlunun toyuna görə məzuniyyətə çıxdığını açıqlayıb.
KONKRET.az bildirir ki, The Wall Street Journalın (WSJ) yaydığı məlumata görə, Netanyahu bu addımı əməliyyat planlarını gizli saxlamaq və diqqəti yayındırmaq məqsədilə atıb.
Qeyd olunur ki, Netanyahu 16 iyun tarixində oğlunun toyunu qeyd edəcəyini bildirsə də, nə ailə üzvləri, nə də yaxın qohumları, o cümlədən böyük oğlu onun mərasimdə iştirak etməyəcəyindən xəbərdar olub.
WSJ yazır ki, bu manevr İsrailin planlaşdırdığı İrana qarşı hərbi əməliyyatın sirr kimi saxlanılmasına xidmət edib və Netanyahu toy bəhanəsi ilə əməliyyata birbaşa rəhbərlik edib.
Rəsmi Tel-Əviv hələlik bu məlumatlara münasibət bildirməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 27 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















