Yeni qanundan sonra kartla ödənişlər daha rahat olacaq İqtisadçıdan AÇIQLAMA
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 2026-cı il yanvarın 1-dən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə əlavə dəyər vergisinin (ƏDV) qeydiyyat limitinin 200 min manatdan 400 min manatadək artırılması nəzərdə tutulur.
Bəs bu qiymətlərə necə təsir göstərəcək?
İqtisadçı Xalid Kərimli Redaktor.az-a bildirdi ki, bu, qiymətlərə heç bir təsir etməyəcək.
Müsahibimiz qanuna dəyişikliyin müsbət tərəflərindən danışdı:
"Vətəndaşlar nisbətən daha rahat şəkildə kiçik müəssisələrdə kartla ödəniş edə biləcəklər. Əvvəl kartdan daha çox yayınırdılar. İndi də yayınacaqlar, amma bir az az olacaq. Əvvəl, tutaq ki, 200 minə çatmamalı idilər, indi 400 minə çatmamalıdırlar. Yəni kartla ödənişlər daha rahat olacaq. Şəffaflığın artma ehtimalı var. Bu, nağdsız ödənişlərə və dövriyyənin rəsmiləşdirilməsinə müsbət təsir göstərəcək. Vətəndaş bundan xeyir tutacaq ki, kartla rahat ödəyə biləcəklər. Vətəndaşın hüququdur ki, kartla ödəniş etsin. Çünki müxtəlif bəhanələr gətirirdilər ki, POS-terminal işləmir və s".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 30 Dekabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















