Bununla dünya azərbaycanlılarının birliyi və həmrəyliyi yeni mərhələyə yüksəldi ŞƏRH
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
"31 dekabr tarixi Azərbaycanın müasir tarixində xüsusi və rəmzi məna daşıyan əlamətdar günlərdən biri kimi Milli Həmrəylik Günü olaraq əbədiləşmişdir. Bu tarixin rəsmiləşdirilməsi və milli bayram səviyyəsinə yüksəldilməsi ümummilli lider Heydər Əliyevin adı və uzaqgörən siyasi iradəsi ilə sıx bağlıdır. Məhz onun təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk dəfə 1991-ci ildə elan olunmuş və bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyinin, milli-mənəvi dəyərlərə sədaqətinin simvoluna çevrilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, bu tarixin seçilməsi isə 1989-cu ilin sonlarında Naxçıvan Muxtar Respublikasında Araz çayı boyunca qurulmuş süni sərhəd maneələrinin xalq tərəfindən sökülməsi ilə bağlıdır:
"Həmin hadisə milli oyanışın, azadlıq və birlik arzusunun bariz ifadəsi olaraq tarixə düşmüşdür. Qarabağ Zəfərinin 5-ci ildönümünün qeyd edildiyi 2025-ci il dünya azərbaycanlılarının yaddaşına qürur, birlik və güclü milli ruh ili kimi həkk olunmuşdur. Bu il ərzində xaricdə yaşayan soydaşlarımız Azərbaycanın əldə etdiyi tarixi Zəfərə və dövlətimizin uğurlarına dəstək məqsədilə 81 ölkədə 100-ə yaxın tədbir təşkil etmiş, bununla da ölkəmizin siyasi rəhbərliyi və xalqı ilə sarsılmaz həmrəylik nümayiş etdirmişlər. Bu tədbirlər bir daha göstərdi ki, Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız üçün vahid Vətəndir.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edir, 2026-cı ilin ölkəmiz və millətimiz üçün yeni nailiyyətlər, əmin-amanlıq və rifah ili olmasını arzulayıram. 2025-ci il bütövlükdə Azərbaycan üçün bütün sahələrdə böyük uğurlarla yadda qalan bir il oldu. Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və qətiyyətli rəhbərliyi altında ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf etdi, ümumi daxili məhsulun artımı təmin olundu. İdman sahəsində Azərbaycan idmançıları tarixi rekordlara imza ataraq ölkəmizin adını beynəlxalq arenalarda ucaltdılar. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri ardıcıl və planlı şəkildə davam etdirildi, minlərlə məcburi köçkün illər sonra öz doğma yurdlarına qayıdaraq yeni həyata başladı. Xarici siyasətdə mühüm uğurlar əldə olundu, Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi yeni mərhələyə yüksəldi.
Bütün bu nailiyyətlər Azərbaycanın güclü, müstəqil və davamlı inkişaf edən bir dövlət kimi dünyada öz layiqli yerini daha da möhkəmləndirdiyinin bariz sübutudur. Eyni zamanda bu uğurlar gələcək illər üçün möhkəm təməl yaradır və əminliklə deməyə əsas verir ki, ölkəmiz bu uğurlu yolu davam etdirərək daha böyük zirvələrə doğru inamla irəliləyəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 30 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















