Icma.az
close
up
RU
Sirrin cazibəsi: 7 əsrlik “Diri Baba” turistlərin diqqətində

Sirrin cazibəsi: 7 əsrlik “Diri Baba” turistlərin diqqətində

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, bunu “Diri Baba” abidə kompleksinin direktoru Yusif Məmmədov Dövlət Turizm Agentliyi tərəfindən 7-8 oktyabr tarixlərində təşkil olunan mediatur zamanı jurnalistlərə müsahibəsində deyib.
Abidənin tarixi, memarlıq xüsusiyyətləri və ziyarətçi statistikası barədə məlumat verən Yusif Məmmədov bildirib ki, 7 əsrlik tarixə malik “Diri Baba” türbəsi 1402-ci ildə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx İbrahim Xəlilullahın əmri ilə inşa edilib. İki mərtəbədən ibarət olan türbənin birinci mərtəbəsində namazgah, ikinci mərtəbəsində isə şeyxin vaxtilə inzivaya çəkildiyi hücrəyə giriş yerləşir.

Yusif Məmmədov bildirib ki, abidənin “Diri Baba” adlandırılması ilə bağlı rəvayətə görə, burada xəlvətə çəkilən şeyxin ölümündən sonra uzun müddət bədəni çürüməyib. Buna görə yerli əhali onu “Diri Baba” adlandırıb və türbənin adı da belə qalıb.
Türbəni müxtəlif dövrlərdə çoxsaylı səyyahlar ziyarət edib. 1636-cı ildə alman səyyahı Adam Oleari burada olub, türbənin qravürünü çəkib və abidə haqqında yazıb. 1647-ci ildə məşhur Osmanlı səyyahı Övliya Çələbi “Səyahətnamə” əsərində “Diri Baba” haqqında məlumat verib. Övliya Çələbi şeyxin çürüməyən bədənini gördüyünü yazıb və onun mağaranın divarına söykənmiş vəziyyətdə olduğunu, saç-saqqalının olduğu kimi qaldığını qeyd edib.
1703-cü ildə holland səyyahı Kornelius de Bruin də türbədə olub. 1861-ci ildə isə rusların elmi ekspedisiyası çərçivəsində akademik Dorn və akademik Bartolomey burada araşdırmalar aparıblar. Akademik Dorn türbənin iki fotosunu da çəkib.
Məmmədov qeyd edib ki, vaxtilə türbənin birinci və ikinci mərtəbələri arasında daş kitabə olub. 1875-ci ildə akademik Dornun fondu yanıb və daş kitabə itib. 1965-ci ildə tarixçi-araşdırmaçı Məşədixanım Nemət Sankt-Peterburqda yerləşən Ermitaj Muzeyində həmin daş kitabənin surətinə rast gəlib. Kitabənin surətində türbənin Şirvanşah Şeyx İbrahim Xəlilullahın əmri ilə hicri 805-ci ildə, yəni miladi 1402-ci ildə inşa edildiyi qeyd olunur.
Yusif Məmmədovun sözlərinə görə, 1963-cü ildə Misir Ərəb Respublikasının prezidenti Camal Əbdül Nasir sırf “Diri Baba” türbəsini ziyarət etmək üçün SSRİ-yə səfər edib. Türbənin ətrafında yerləşən mağaralar da kompleksin tarixində mühüm yer tutur. Məmmədov bildirib ki, həmin mağaralarda vaxtilə sufilər və dərvişlər inzivaya çəkiliblər.
O, ərazinin sufizmin Xəlvətilik təriqəti ilə əlaqələndirildiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda formalaşan bu sufi cərəyanının kökləri Şamaxıda Pir Ömər Xəlvəti ilə bağlıdır. Xəlvətilik təriqətinin ən mötəbər şəxslərindən biri isə Seyid Yəhya Bakuvi olub. Onun məzarı hazırda İçərişəhərdə yerləşir və “Dərviş türbəsi” kimi tanınır. Bakuvinin sistemləşdirdiyi Xəlvətilik təriqəti müridləri vasitəsilə Şimali Afrikaya, Balkanlara və Anadoluya yayılıb. Onun sözlərinə görə, Osmanlı imperiyasının 34 sultanından 21-i bu təriqətin mənsubları olub.
Kompleksin direktoru bildirib ki, hazırda “Diri Baba”nı dünyanın müxtəlif ölkələrindən turistlər ziyarət edir. Onun sözlərinə görə, ziyarətçilər arasında ABŞ, Yaponiya, Avropa ölkələri, Rusiya və Madaqaskardan gələn turistlər də var.
Səbinə Həsənova
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Oktyabr 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri