Icma.az
close
up
RU
Şirvan şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulur KONKRET

Şirvan şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulur KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı hazırda Şirvan şəhərində də su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Şəhərin küçə və prospektlərində müxtəlif diametrli istismar müddətini başa vurmuş su və kanalizasiya xətləri yeniləri ilə əvəz olunur. Bunun üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdrəsi tərəfindən hər il olduğu kimi 2024-cü ildə də bir sıra işlər həyata keçirilib. Belə ki, şəhərin küçə və prospektlərində qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb.

KONKRET.az xəbər verir ki, Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynovun sözlərinə görə, ərazilər sayğaclaşdırılır. Köhnə xətlər yeniləri ilə əvəz olunur. Su itkisi demək olar ki 50 faiz aşağı endirilib. Hazırda su itkilərimiz şəhər üzrə 27-30 faiz təşkil edir: “Qarşımıza su itkilərini minimum endirməyi hədəf qoymuşuq”.

İl ərzində su xətlərində 1627, kanalizasiya xətlərində isə 1472 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb. Ümumiyyətlə, şəhər ərazisində baş verən bütün qəzalar dərhal aradan qaldırılır. Şirvan sakinləri əvvəlki illərdə içməli su ilə bağlı yaşadıqları problemlərin artıq aradan qalxdığını bildirirlər.

Şirvan şəhər sakini Azər Şükürovun bildirdiyinə görə, Şirvan şəhərində vaxtilə su problemi olsa da, indi demək olar ki, problem həll olunub. “Bütün borular dəyişdirilib, hər yerə sayğac qoyulub, su təminatı 100 faiz yaxşıdır”.

2024-cü il ərzində layihənin davamı olaraq şəhərdə əsasən, “Köhnə şəhər” yaşayış massivinin Şıxbalaoğlu, 1 May, İsmət Qayıbov, Səməd bəy Mehmandarov, Nizami Gəncəvi, Həzi Aslanov, Seyid Əzim Şirvani, Şirin Şükürov və digər küçələrini əhatə etməklə 14160 paqonometr müxtəlif diametrli yeni su xətti, H. Əliyev prospekti ilə paralel ictimai-iaşə obyektlərinin qarşısında və digər küçələrdə, ümumilikdə 224 paqonometr 150 mm-lik, 1997 paqonometr 200 mm-lik, 2294 paqonometr 300 mm-lik yeni kanalizasiya xətləri çəkilib, 316 ədəd kanalizasiya baxış quyusu inşa edilib. Bundan başqa 1122 ədəd mexaniki sayğac quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 9205 kvadratmetri bərpa edilib. Su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulan ərazilərdə əhaliyə göstərilən xidmətin keyfiyyəti yaxşılaşdırılıb.

Fərhad Hüseynov qeyd edib ki, hazırda Şirvan şəhərində M.F.Axundov, Məhəmməd Əsədov, Şəhidlər, Şirvan küçələrində 488 abonentə su və kanalizasiya xətlərinin çəkilişi davam edir. Şəhərin digər hissəsində İsmət Qayıbov, Şirin Şükürov, Gülbala Şıxbalaoğlu küçələrində 1800 abonentə su xətlərinin çəkilişi başa çatdırılıb.

Qeyd edək ki, Şirvan şəhər Sukanal İdarəsinin xidməti ərazisində 1 ədəd nasosxana fəaliyyət göstərir ki, həmin nasosxananın sazlığı daim diqqətdə saxlanılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Dekabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see138

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see129

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see113

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see113

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see113

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see111

Tramp tezliklə qərar verəcək: FES sədri işdən çıxarılacaq

16 İyul 2025 20:36see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Güvən indeksi ciddi dəyər itirən molla rejimi İran prezidentini kimlər və niyə hədələyirlər?

16 İyul 2025 20:13see109

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri