Şirvanda uşağın döyülüb nitqinin tutulması iddiasına görə bağça rəhbərliyi sorğu suala çəkildi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şirvan şəhəri 7 saylı uşaq bağçasında müəllimin uşağı döydüyü iddia olunub.
Bu barədə Oxu.Az-a valideynlərdən biri məlumat verib.
O bildirib ki, sözügedən bağçada müəllim uşağı döyüb, qaranlıq yerə salıb:
"Mən uşağımı nevropatoloq yanına aparmışdım. Mənə dedi ki, uşağı bağçaya qoymaq lazımdır. Bundan sonra mən uşağı bağçaya yazdırdım. Bağçaya gedəndə, heç olmasa, iki-üç kəlmə işlədib danışırdı. Övladım dörd yaşına qədər məndən uzaqda, tək qalmayıb. Normal olaraq adaptasiya olana qədər ağlayır. Müəllim də ona qayğı göstərmək yerinə qışqırıb, mətbəxdə qaranlıq yerə qoyub. Uşağım bundan sonra travma alıb. İki kəlmə kəsib danışırdısa, indi onu da dayandırıb. Mənim bu söhbətdən övladım döyüldükdən bir həftə sonra xəbərim olmuşdu. Bağçada işləyənlərdən biri xəbər vermişdi. Müəllimə deyəndə deyir ki, sən nə bilirsən, mən sənin uşağını döymüşəm? Uşağı bağçadan çıxarmışam. Beş ay psixoloqa aparmışam. İndi də loqopedə aparıram".
Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən iddia barəsində araşdırma aparılıb:
"Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlim-tərbiyə prosesi ilə yanaşı, onların təhlükəsizliyi də vacib şərtlərdəndir. Bu məsələ müəssisə rəhbərliyi, tərbiyəçi-müəllimlər və regional təhsil idarəsi tərəfindən daim nəzarətdə saxlanılır.
Şirvan şəhəri 7 nömrəli uşaq bağçasının tərbiyəçi-müəllimi ilə bağlı valideyn müraciəti ilə əlaqədar Şirvan şəhəri üzrə Təhsil sektoru tərəfindən araşdırma aparılıb. Araşdırma çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyi, tərbiyəçi-müəllimlər, digər heyət üzvləri və valideynlərlə söhbətlər aparılıb, valideynin iddiaları öz təsdiqini tapmayıb".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 May 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















