Şirvanda vəzifəli şəxs cərimələndi Qərardan narazı qaldı
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısının sabiq müavini Abdıyev Azər Təzəxan oğlu cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, hazırda Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsinin rəisi vəzifəsində çalışan Azər Abdıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib.
O, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxs kimi 3 min manatadək cərimə edilib.
Azər Abdıyev saytımıza açıqlamasında şəhərdə zibil poliqonun yandırılmasına görə ittiham olunduğunu deyib. Məmur nazirliyin qərarından Şirvan Şəhər Məhkəməsinə müraciət edib və işə hakim Əli İmanovun sədrliyi ilə baxılacaq.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 19 Dekabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















