Icma.az
close
up
RU
Şitan Cao: Azərbaycanda yaşıl enerjinin inkişafına Çin təcrübəsini və gücünü qatacağımıza ümid edirik AZƏRTAC

Şitan Cao: Azərbaycanda yaşıl enerjinin inkişafına Çin təcrübəsini və gücünü qatacağımıza ümid edirik AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xocavənd, 16 yanvar, Aydın Yavərzadə AZƏRTAC

“Hazırda şirkətimizlə “Azərişıq” SCADA sistemi, Qarabağ regionunun “ağıllı elektrik şəbəkəsi”nin qurulması və yaşıl enerjinin inkişafı sahəsində əməkdaşlıq edir. Biz Azərbaycanın “ağıllı elektrik şəbəkələri”nin yenidən qurulmasına və yaşıl enerjinin inkişafına Çin təcrübəsini və gücünü qatacağımıza ümid edirik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Hadrut qəsəbəsində jurnalistlərə müsahibə verən “Donfang Electronics Corporation” Baş direktor müavini Şitan Cao söyləyib.

O, qeyd edib ki, 2024-cü ilin noyabr ayında Çin geniştərkibli nümayəndə heyəti ilə Bakıda keçirilən COP29 konfransında iştirak edib. Bu tədbir çərçivəsində Çinin “Donfang Electronics Corporation” şirkətinin idarə heyətinin sədri Fang Zhengji “Azərişıq” ASC-nin rəhbər heyəti ilə dostcasına görüşərək səmimi müzakirələr aparıb. “2024-cü ilin dekabr ayında “Azərişıq”ASC-nin nümayəndə heyəti Çinə, “Donfang Electronics Corporation” səfər edib. Tərəflərin qarşılıqlı səfərləri gələcək əməkdaşlıq üçün möhkəm təməl qoyub. Bu günlərdə biz Azərbaycana gəlib “Azərişıq”ın əməkdaşları ilə dərin müzakirələr apararaq müxtəlif obyektlərə baş çəkmişik. Biz gördük ki, “Azərişıq” “ağıllı şəbəkə” (“Smart grid”) və yaşıl enerji (“Green energy”) sahəsində çox yaxşı ideya və təşəbbüslərə malikdir və bu istiqamətlərdə innovativ yeniliklər həyata keçirir. “Donfang Electronics Corporation” qlobal səviyyədə tanınmış Çin enerji şirkəti olaraq dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir. Şirkət elektrikpaylayıcı və ötürücü sistemlər üzrə tam sənaye zəncirinə və həll yollarına malikdir, həmçinin “ağıllı elektrik şəbəkələri”nin yenidən qurulması və tikintisi, elektrik SCADA sistemlərinin inkişafı və tətbiqi, yaşıl enerjinin inkişafı və tikintisi sahəsində zəngin təcrübəyə sahibdir. Buna görə də “Azərişıq” ilə “Dongfang Electronics Corporation” arasında əməkdaşlıq üçün yaxşı baza və böyük potensial mövcuddur. Bu gün biz Qarabağa səfər etdik və müharibənin dağıdıcı izlərini, xarabalığa çevrilmiş evləri gördük. Lakin eyni zamanda, müharibədən sonrakı bərpa işlərinin çox sürətlə irəlilədiyinə şahid olduq. Yollar, evlər və enerji infrastrukturu da daxil olmaqla bir çox sahələrdə müasir texnologiyalardan istifadə edilir. Bu, Azərbaycan Prezidenti və xalqının böyük nailiyyətidir. Biz Füzuli yarımstansiyasına baş çəkdik və bu yarımstansiyanın inşasında rəqəmsal texnologiyaların tətbiq edildiyini gördük. Mütəxəssislərimiz bu texnologiyaları yüksək qiymətləndirdilər. Hazırda şirkətimizlə “Azərişıq” SCADA sistemi, Qarabağ regionunun “ağıllı elektrik şəbəkəsi”nin qurulması və yaşıl enerjinin inkişafı sahəsində əməkdaşlıq edir. Biz Azərbaycanın “ağıllı elektrik şəbəkələri”nin yenidən qurulmasına və yaşıl enerjinin inkişafına Çin təcrübəsini və gücünü qatacağımıza ümid edirik”, -deyə bildirib.

Onun sözlərinə görə Azərbaycan xalqının qonaqpərvərliyi və mehribanlıı dərindən hiss edilir.

Qeyd edək ki, “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri Bakıda keçirilən görüşlərindən sonra işğaldan azad olunmuş ərazilərə səfəri ediblər. Səfər çərçivəsində korporasiyanın Baş direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, Baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət 9 nəfərlik heyət və “Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri