Siti Haalandla yeni müqaviləni belə elan etdi: Yarıçılpaq, qar üstündə... VİDEO
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Mançester Siti" hücumçusu Erlinq Haalandla müqavilənin müddətini uzadıb.
Publika.az xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
24 yaşlı norveçlinin "Siti" ilə yeni sözləşməsi 2034-cü ilin yayına kimi nəzərdə tutulub.
Müqavilənin uzadılması münasibətilə "şəhərlilər"in mətbuat xidməti Haalandın yarıçılpaq halda qar üstündə meditasiya etdiyi bir video yayımlayıb. Bu da böyük marağa səbəb olub.
Qeyd edək ki, Haaland 2022-ci ildən "Siti"də çıxış edir. Mançester təmsilçisinin heyətində 126 oyuna çıxan norveçli forvard 111 qol vurub və 15 məhsuldar ötürmə edib.
Heybət

Mançester Siti Haalandla danışıqlara başladı
18 Noyabr 2024 14:38
“Mançester Siti” Haalandla müqavilə yenilədi RƏSMİ İdmanXəbər
24 Yanvar 2025 04:31
Haalandla bağlı sürpriz iddia
17 Dekabr 2024 12:14
“Mançester Siti”dən Erlinq Haalandla rekord müqavilə: Premyer Liqa tarixinə düşəcək
19 Noyabr 2024 12:38

