Siti”də qərar verildi
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Mançester Siti” mövsümün sonunda komandadan ayrılacaq yarımmüdafiəçi Kevin de Bruyneni əvəzləyəcək futbolçu ilə bağlı qərar verib. SİA xəbər verir ki, “şəhərlilər”in rəhbərliyi “Bayer Leverkuzen”dən Florian Virtsin transferi üçün hərəkətə keçmək qərarına gəlib. İngiltərə klubu Almaniya təmsilçisinin tələb etdiyi 100 milyon avronu ödəməyə hazırdır. Bildirilir ki, 21 yaşlı müdafiəçi uğrunda mübarizədə “Siti”nin əsas rəqibi Münhen “Bavariya”sı olsa da, “Bayer” rəhbərliyi futbolçunu çempionatdakı əsas rəqibinə vermək niyyətində deyil. Cari mövsümdə Virts bütün turnirlərdə 39 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2027-ci ilin iyununda başa çatır.
Baxış sayı:104
Bu xəbər 09 Aprel 2025 03:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















