Icma.az
close
up
RU
Sivilizasiyanın sonu: posthumanizm işartıları

Sivilizasiyanın sonu: posthumanizm işartıları

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

XIX əsrdə Karl Marks "Dünyanı dərk etmək yetərli deyil, əsas olan onu dəyişməkdir” fikrini irəli sürdü. Dahi filosof məqsədinə yəqin ki çatmadı, amma marksizm bir əsrə yaxın dünyanın heç də kiçik olmayan coğrafiyasında hakim ideologiya rolunu oynadı.

Xatırlayırsınızsa, Marks "Kapital” əsərində sivilizasiyanın inkişaf tarixini 5 mərhələyə ayırır: İbtidai icma, Quldarlıq, Feodalizm, Kapitalizm və nəhayət, Sosializm. Sosializmdən sonra isə onun daha ideal tipi, yəni, üst modeli olan Kommunizm gəlməli idi. Ancaq insanın biotəbiətinə zidd olan bütün ideyalar kimi bu nəzəriyyə də praktikada iflasa uğradı.

Liberalizmdən neofaşizmə 

Beləliklə, sosializm nəzəriyyəsi siyasi sistem kimi gerçəkləşə bilmədi, kapitalizm isə Marksın proqnozunun əksinə olaraq, tarixi gedişatda sıradan çıxmaq əvəzinə, daha sürətli inkişafına qədəm qoydu. Amma tarixin diqtəsi bütün yüksəlişlərin çöküşə məhkum olduğunu göstərir. Məhz buna görə də indi Qərbdə kapitalist sistemi və onun söykəndiyi liberalizmin çöküşü haqda narahatlıqlar müzakirə olunur.

Bu sırada müasir dünyada ABŞ-ın əlidəyənəkli "demokratiya”sına ümid bəsləyənlərin sayının da getdikcə azaldığını söyləyə bilərik. 31 ştatında ölüm cəzasını hələ də ləğv etməyən fövqəldövlətin başqa ölkələrdən insan haqlarının vəziyyəti barədə hesabat tələb etməsi də bir ayrı məzhəkədir.

Liberal dəyərlər üzərində bərqərar olan AB ölkələrində isə ilk baxışda sosial düzən qaydasında görünsə də, cəmiyyətdə işsizlik, təbəqələşmə və əhali arasında ümumi depressiv əhval-ruhiyyənin artması müşahidə edilir.

Son 20 il ərzində Avropa Birliyinə kütləvi miqrant axını da cəmiyyətdəki tolerant, liberalist duyğuları əməlli-başlı sınağa çəkdi. Nəticə isə budur: Sağçılıq, millətçilik liberal təmayüllü institutlardan daha çox nüfuz qazanır, nasionalist partiyalar parlamentdə güclü fraksiya ilə təmsil olunmağa başlayırlar.

Maşınlar insana qarşı 

Bir çox analitiklər IV Sənaye inqilabının dünyada iqtisadi nailiyyətlərdən daha çox problemlərə yol açacağını bildirirlər. Məsələn, kütləvi işsizlik. Yəhudi əsilli tarixçi professor Y.N.Harari özünün "XXI əsr üçün 21 dərs” adlı bestsellərində gözlənilən bu qlobal tendensiyanı belə izah edir: 

"İnsanların iki əsas bacarığı var: fiziki və intellektual. Maşınların fiziki bacarıqlara görə insanlardan çox üstün olduğunu görürük. Ona görə də insanlar idrak bacarıqları tələb edən peşələrə meyillənir.

Lakin sənaye, kənd təsərrüfatı və xidmət sektoruna keçiddə də maşınlar bizim ən böyük rəqibimizdir. Onlar bu sahədə də bizdən üstün olsalar, papaqdan üçüncü bacarığı çıxara bilməyəcəyik. Sənətdə də eyni vəziyyət yaranıb. Kompüterlər musiqi bəstələyir, filmlər üçün ssenari yazır.

20-ci əsrin sonlarına qədər insan xüsusən iqtisadi və hərbi baxımdan sistem üçün vacib idi. Dövlətlərin müharibə aparmaq və fabriklərdə işlətmək üçün insanlara ehtiyacı var idi. Dünya müharibələrinə nəzər salsaq, görərik ki, bir çox ölkələrdə qadınların səsvermə hüququ qazanmasının əsas səbəblərindən biri dövlətin qadınlara möhtac olmasından irəli gəlirdi. Kimsə müharibədə vuruşurdusa, kimsə də fabrikdə işləməli idi.

Bəs insanlar sistem üçün artıq faydalı deyilsə, nə etməli? Biz bunu müasir hərbi əməliyyatlarda görürük. İndi milyonlarla insanı müharibəyə cəlb etmək lazım deyil. İnkişaf etmiş ölkələrdə xüsusi təyinatlı qüvvələr və ya pilotsuz təyyarələri idarə edən elit hərbçilər hazırlanır. Ordu sürətlə texnologiyalaşır. İctimai həyatın digər sahələri də bunun kimi. Yaxın gələcəkdə sürücüsüz avtomobillər taksi sürücülərini işindən məhrum edə bilər. Alqoritmlər həkimləri, birja maklerlərini asanlıqla, həm də yüksək səviyyədə əvəz edə biləcək. Kredit mütəxəssisi olmaq üçün maliyyə təhsili alan tələbə 10 ildən sonra iş tapmaya bilər”,- alim yazır.

2050-ci ilin əmək bazarını proqnozlaşdıran Harari texnologiyalaşan dünyanın insanlar üçün yaxşı bir şey vəd etmədiyini, eyni zamanda bu prosesi durdurmağın mümkün və məntiqli olmadığını da qeyd edir. Beləliklə, Harari Homo Sapiensin gələcəyi barədə narahatlığını gizlətmir. ("Homo Deus – Sabahın qısa tarixi” əsərində bu haqda daha ətraflı yazıb).

Süni intellektin hədəfi: kosmos

Zəka sahəsində maşınlar insanları üstələdikdən sonra nə baş verəcək? Harariyə görə alimlər, texnoloqlar və siyasətçilər artıq bunun üzərində baş sındırmalıdırlar. Belə çıxır ki, bütün dünyada "Big data”nın hakimiyyəti başladıqdan sonra hansısa ölkədə liberal, yaxud totalitar idarəetmənin əhəmiyyəti qalmayacaq. Çünki maşınlar azadlıq, bərabərlik, sosial imtiyaz, insan haqları kimi fikirləri paketləyib, arxivə atacaqlar.

Süni intellekt daha çox kainatı öyrənməklə, kosmik tədqiqatlarla məşğul olacaq. Harariyə görə iş yerlərinin itirilməsi nəticəsində milyonlarla işsiz insan kütləsi – "lazımsız insanlar” sinfi yaranacaq. Bu isə insanlıq üçün əməyin istismarından daha betər fəlakətdir. Bio və info texnologiyaların yaratdığı yeni əmək bazarının isə məhdud sayda və adi insanın öhdəsindən gələ bilməyəcəyi səviyyədə olacağı şübhəsizdir.

Bəs "Big data” dövrünün sosial-iqtisadi sistemi necə olacaq? Kapitalizm, sosializm, yoxsa hansısa başqa bir "izm”?” Çox güman ki bunların heç biri! Çünki alqoritm yeni dünya düzənini insan idrakının öhdəsinə buraxmayacaq... /qaynarinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Fevral 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri