SİVVA “Mən günəşəm”i təqdim etdi VİDEO FOTO
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fərqli və maraqlı layihələri ilə diqqət çəkən istedadlı bəstəkar-müğənni SİVVA yeni "MƏN GÜNƏŞƏM” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Klipin çəkiliş məkanı olaraq İsmayıllı rayonunun İvanovka qəsəbəsindəki günəbaxan sahələri seçilib. Mahnının enerjisi, pozitiv ruhu və klipdəki günəbaxanlar əsl yay atmosferini hiss etdirir.
Klipdə məşhur "Bəyin oğurlanması” filmindəki traktorçu və kəndə gələn qızların epizodundan istifadə olunub. Tanış kino kadrlarının müasir musiqi klipinə daxil edilməsi layihəyə həm nostalji, həm də fərqli yaradıcı məna qazandırıb. Klipdə isə traktorçu obrazında SİVVA nın həyat yoldaşı, aparıcı və KƏND ADAMI vloglarının müəllifi Ruslan Zeynal rol alıb.
Sponsor "Prior Leasing” tərəfindən təqdim olunan "New Holland” traktorla günəbaxan sahəsindəki gəzintilər, həmçinin SİVVA və KƏNDA ADAMI nın maraqlı tandemi klipdə rəngarəng və dinamik atmosfer yaradıb.
"MƏN GÜNƏŞƏM” ekran işinin rejissoru Röyal Səfərov (Eresmoon), qrim üzrə rəssam Şəhla Qasımovadır. Geyimlər və stil Hüseyn İrzayevə məxsusdur.
Baxış sayı:148
Bu xəbər 18 Avqust 2026 01:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















