Icma.az
close
up
RU
Şıxovuzu Şikahoq edənlərin növbəti iftirası: 60 ha meşəmizi...

Şıxovuzu Şikahoq edənlərin növbəti iftirası: 60 ha meşəmizi...

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Ermənilər yenə "məzlum" sifətlərini salıb şivənsalıb, yas qurublar.


Adalet.az xəbər verir ki, erməni mediası növbəti yalanını dövriyyəyə buraxıb. Beləki, media yazır ki, Ermənistanın Zəngəzur əyalətinin Qafan rayonunun Şikahoq kəndinə məxsus qoruğu ərazisində Azərbaycan mövqelərinin qurulması, istehkam işlərinin aparılması və yolların açılması üçün təxminən 60 hektar meşə sahəsi qırılıb:" Azərbaycanın açdığı yolların eni orta hesabla 7-8 metrdir. Lakin yollar üçün şlamlar bərabər konturlarla aparılmayıb, bəzi hissələr də paralel olaraq nazikləşdirilib. Xüsusilə palıd və fıstıq ağaclarının əmələ gətirdiyi ağaclar kəsilib.
Meşəçi Ayser Qazaryan deyir ki, yuxarıda qeyd olunan meşələrlə yanaşı, kolluq sahələri də məhv edilib. Ümumilikdə 90 hektar sahədə torpaq işləri aparılıb ki, bunun da 60 hektara yaxını meşəlik olub. Bu halda Şikahoq Qoruğundan ən azı 14-16 000 m³ kəsilmişdir.


Oxucularımız soruşsa ki, bəs ermənilərin Şikahoq dediyi o kəndin adı nə imiş, onu da cavablandıraq:

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov Adalet.az -ın  suallarını cavablandırdı:

-Ermənilər qədim türk kəndlərinin adını dəyişməklə, onu erməniləşdirməklə hər şeyə sahibləndiyini düşünür. Amma erməniləşdirilmiş hər bir kənd, dağ, çay , qaya, zirvə və yurdlarımıza məxsus digər mədəni və tarixi tikililər ən adi , sadə bir araşdırmadan öz tarixini, sahibini biruzə verir. Bax elə bu kəndimiz kimi...  Qərbi Zəngəzurun ermənilərin Şikaxox və yaxud Şikahoq adlandırdıqları Şıxovuz kəndi, indiki Ermənistanın (Syunik) Qərbi Zəngəzur regionunda, Qafan rayonunda inzibati yaşayış məntəqəsidir.

- Ermənilərə məxsus mənbələrdə onlar etiraf edirlər ki, Rusiya imperiyası dövründə kəndin  adı Şıxavuz kimi tanınırdı. Məsələn, kənd haqqında Vikipediyada erməni vikiçilər bu faktı qeyd ediblər.

-Kənd Qafan şəhərindən 23 kilometr məsafədə dəniz səviyyəsindən 980 metr yüksəklikdə yerləşir. Toponim “şeyx” sözünün xalq danışıq dilində işlənən şıx sözü ilə oğuz türk tayfasının adını əks etdirən ovuz etnonimi (oğuz etnoniminin dialekt formasıdır) əsasında əmələ gəlib.

- Faiq müəllim, Şıxovuz kəndinin bir türk, oğuz yurdu olduğunu nə ilə sübut edə bilərik? 


- Əlbəttəki, digər erməniləşdirilmiş yurdlarımızı, kənd və şəhərlərimizi  necə  dünyaya sübut edirik, elə! Qədim Oğuz Türklərinə məxsus tarixi qala, qəsr, saray, məbəd, hamam  və sair tikililərin özünəməxsusluğu, ornamenti, quruluşu bizə imkan verir ki, erməni təbliğatının qarşısını alaq. Adı ilk dəfə XIII əsr tarixçiləri tərəfindən çəkilən Şıxovuz da qədimliyi ilə seçilir. Kəndin mərkəzində qədim bir abidə olub. Amma  ermənilər sonuncu deportasiya zamanı -  1988-ci ildə onu tamamilə dağıtdılar. Qədim dövrləri əhatə edən o  tikilmiş bazilikanın qalıqları indiyədək elə orda qalıb. Abidə 1215-ci ildə tikilib və dini xarakterli olmayıb. Relyef maili olduğundan şimal divarı yarıya qədər torpaqla örtülüb. Kompozisiya baxımından abidə alban memarlığı üslubunda inşa edilib.

- Tək bu?

- Tək bu deyil...Kəndin ərazisində çayın üzərində 1886-cı ilə aid körpü var. Bu, fasadları və tağları kobud işlənmiş bazalt daşlarından, tağın kənarları isə təmiz yonulmuş və cilalanmış bazalt daşlarından ibarət olan bir aşırımlı tağlı körpüdür. Körpünün yaxınlığında Şıxovuz kəndinin su dəyirmanının xarabalıqları qorunub saxlanılıb.

 -Daha nələr var?
-Həmin ərazidə orta əsrlərə aid yaşayış məntəqələrinin qalıqları, VII-VI əsrlərə aid binaların qalıqları, 17-18-ci əsrlərə aid türbələr, 19-cu əsrə aid körpü, “Xravənd” ziyarətgahı, qərb tərəfdə isə möhtəşəm qalanın xarabalıqları qorunub saxlanılıb. Kənd Şıxauz adı ilə Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub. Sovet dövründə Azərbaycan SSR-in Zəngəzur regionunun, 1930-cu ildən isə Gorus rayonunun tərkibinə daxil edilib.

-Faiq müəllim qiymətli məlumatlara görə təşəkkür edirik!

 Oxucularımız üçün onu da qeyd edək ki, Ermənistanda 2011-ci il siyahıyaalınmasının nəticələrinə görə, Şikahoq şəhərinin daimi əhalisi 229, hazırkı əhalisi isə 194 nəfər id

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 May 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri