Siyasət Əsgərov: Evdə maksimum xal qazanmaq istəyirik
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Şimali Makedoniya yığmasının üstün və zəif cəhətlərini yaxşı bilir. Sport24.az xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında deyib.
O, sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniyada qarşı keçirəcəkləri matçda qələbə qazanmaq istədiklərini vurğulayıb:
"Bu rəqibə qarşı ilk dəfədir oynayırıq. Rəqibi təhlil etmişik. Üstün və zəif cəhətlərini yaxşı bilirik. İlk oyunumuza çıxırıq. İlklər həmişə çətin olur. Evdə maksimum xal qazanmaq istəyirik".
S.Əsgərov heyətdəki əksər oyunçuların legioner həyatı yaşadığını xatırladıb:
"Özümüzü inkişaf etdirməyə çalışırıq. Heyətin əksər üzvləri legioner həyatı yaşayır. Bu da bir layihədir. Ən yaxşı futbolçuları ölkə xaricinə çıxarmışıq. Oyunçuların durumu istədiyimiz kimidir. Qısa müddətdə qızları oyuna hazırlamağa çalışırıq. Planlarımızı qızlara çatdırmışıq".
Qeyd edək ki, Azərbaycan - Şimali Makedoniya matçı sabah "Dalğa Arena"da saat 15:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 02 Mart 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















