Icma.az
close
up
RU
İqtisadiyyatın şaxələndirilməsi, düşünülmüş siyasət...

İqtisadiyyatın şaxələndirilməsi, düşünülmüş siyasət...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan ötən il bütün iqtisadi sahələrdə müsbət nəticələrə nail olub

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərə diqqət çəkərək vurğulayıb ki, yola saldığımız 2024-cü ilin sosial-iqtisadi yekunları olduqca qənaətbəxşdir. Ötən il iqtisadi inkişaf baxımından uğurlu il kimi yadda qalıb. Azərbaycanın iqtisadiyyatı öz sürətli inkişafını davam etdirib,  ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artıb.

Qeyri-neft sektoruna söykənən dayanıqlı inkişaf

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında (illik yekun göstərici açıqlanmayıb) əsas makroiqtisadi göstərici olan ÜDM 4,1 faiz böyüyərək nominal həcm baxımından 113,2 milyard  manatı ötüb. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 6,4 faizdən çox  artıb. Eləcə də sənayedə, xüsusən də qeyri-neft sənayesində artım meyilləri yüksəlib. Ötən 11 ay ərzində 60 milyard manata yaxın sənaye məhsulu istehsal edilib ki, istehsalın əsas mənbəyini 7 faiz artımla qeyri neft-qaz sektoru təşkil edir. Dövlət başçısının qeyd etdiyi kimi bu göstəricilər iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı yürüdülən siyasətin mühüm nəticəsi olmaqla, öz müsbət təsirlərini göstərməkdədir. Artıq ölkəmizin inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır. Yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz  sektorunun tədricən daralacağı şəraitində iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq və 2024-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72 faizə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, qeyri-neft resurslarının yüksək artımları müqabilində ilin sonunda ümumi daxili məhsulun 5-6 faiz təşkil edəcəyi fərz olunur.

Azərbaycan dünyada ən az xarici borca malikdir

Ötən ilin makroiqtisadi göstəriciləri təsdiqləyir ki, hazırda dünyada gedən proseslər və mürəkkəb qlobal mühit, ələlxüsus da geosiyasi vəziyyətə nəzərən ölkəmizin əldə etdiyi iqtisadi göstəricilər dayanıqlıdır. Eyni zamanda, beynəlxalq əmtəə bazarlarında dəyişkən qiymətlərə və dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi tam təmin olunmaqdadır. Bütün bunların təməlində isə düşünülmüş siyasət dayanır. Məhz bu mükəmməl iqtisadi siyasət xəttinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi əsas prioritetlərdən biri olacaq.

Azərbaycan hökumətinin apardığı iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması istiqamətində əldə etdiyi nailiyyətlər aparıcı beynəlxalq reytinq agentliklərinin ölkəmizə olan münasibətində müsbət dəyişikliklər yaradıb.  Beynəlxalq reytinqimiz daha da yaxşılaşdırılıb və daha yüksək səviyyəyə layiqdir.

Azərbaycanın maliyyə vəziyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşıb, məhz bu potensial hesabına 2024-cü ilin büdcəsi rekord səviyyədə təsdiq edilib və həmin resurslar hesabına bir çox sosial proqramlar icra edilib. Ələlxüsus da Qarabağın bərpası ilə bağlı böyük vəsaitlər səfərbər olunub. Bununla yanaşı, aparılan düzgün maliyyə siyasəti və optimallaşma valyuta ehtiyatlarımızın daha da artmasına səbəb olub. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır. Eyni zamanda, ölkəmizin borc yükü aşağı düşüb, birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 7,2 faizini təşkil edir. Hazırda ümumi daxili məhsulun xarici borca olan nisbətinə görə, Azərbaycan dünyada liderlər sırasındadır. Müqayisə üçün deyək ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur.

Müstəqilliyin ən böyük büdcə zərfi təsdiq edilib

Azərbaycanın iqtisadi-maliyyə gücünün əsas barometrlərindən biri olan büdcə ehtiyatlarının davamlı artımı 2025-ci ilin ən rekord həcmdə maliyyə sənədinin tərtib edilməsinə səbəb olub. Dövlət büdcəsinin gəlirləri 38,4 milyard manat nəzərdə tutulur ki, bu da cari ildə dürüstləşdirilmiş büdcənin gəlirləri ilə nisbətdə təxminən 1 milyard manat çoxdur. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyrineft-qaz sektorunun payına düşür. Qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla yenə də üstünlük təşkil edir. Dövlət büdcəsinin xərcləri 41 milyard 368 milyon manat məbləğində nəzərdə tutulur ki, bu rəqəm 2024-cü ilin dürüstləşdirilmiş büdcəsinıə nisbətən 1 milyard 625 milyon manat və yaxud 4,1 faiz çoxdur. Bu, müstəqil Azərbaycanın tarixində ən böyük büdcə zərfi deməkdir. Faktiki olaraq yeni ilin büdcəsinin maliyyə portfeli ümumi daxili məhsulun (ÜDM) üçdə birinə bərabədir. İcmal büdcə isə 48 milyard manatı ötüb. Bütün bu amillər onu göstərir ki, ölkəmizin milli dövlət yığımları  yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində mümkün olur.

Prezident İlham Əliyevin zəngin çoxşaxəli və unikal dövlətçilik təcrübəsi və bənzərsiz fəaliyyəti təsdiqləyir ki, Azərbaycanda dövlət quruculuğu çox etibarlı və möhkəm əllərdədir. Azərbaycan regionun lider dövləti statusunda həm də regional iqtisadi güc faktorudur.

Hökumətin məqsədi vətəndaşların daha da yaxşı yaşamasını təmin etməkdir

Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə icrasına başlanılan yeni sosial paketin parametrlərinə də toxunub. Qeyd edib ki, bu il yanvarın 1-dən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Ölkəmizin qarşısında Qarabağın bərpası kimi ağır və çətin maliyyə xərclərinin dayandığı bir dövrdə bu sahəyə xüsusi diqqət yetirmək dövlətin sosial simasını, mahiyyətini göstərir. Hökumətin əsas məqsədi Azərbaycan vətəndaşlarının ildən-ilə daha yaxşı yaşamasına nail olmaqdır. Hökumət maliyyə imkanları artıqca, sosial və iqtisadi inkişafı paralel şəkildə nizamlayaraq əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlərin artımını təmin edəcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri