Siyasətçilərin təhqiredici mesajları üzə çıxdı Hökumətdən qadağa QƏRARI
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Şotlandiya hökumət işçilərinin telefonlarında “Votsap”, “Signal” və “Facebook mesencer”i kimi rəsmi ünsiyyətdən başqa məqsədlər üçün istifadə edilən mesajlaşma proqramlarını qadağan etmək qərarına gəlib.
News24.az 2025-ci ilin yazında qüvvəyə minməsi gözlənilən bu qadağadan sonra bu tətbiqlər rəsmi cihazlardan tamamilə silinəcək.
Qeyd edək ki, pandemiya dövründə bu tətbiqin istifadəsi tənqidlərə və araşdırmalara səbəb olmuşdu.
Siyasətçilərin koronavirus epidemiyası zamanı “Votsap” dan istifadə etməsi böyük müzakirələrə səbəb olub. “Meta”ya məxsus bu proqramdan istifadə edən bəzi siyasətçilərə qarşı iddia qaldırılıb və istintaqda təhqiramiz mesajlar da üzə çıxıb.
Şotlandiyanın daxili işlər naziri Humza Yousaf təhqiredici mesajlarına görə xüsusi nəzarətə məruz qalıb.
Aynurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















