Siyasətimdə avtoritar cizgilər var Belarusiyanın lideri
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusda seçkilərin dürüstlüyü ilə bağlı suala cavab verərkən öz siyasətində avtoritar cizgilərin olduğunu etiraf edib.
Modern.az xəbər verir ki, Lukaşenko bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb. Ondan Qərbdə avtokrat və ya diktator hesab edilməsinə necə yanaşdığı soruşulub.
“Siyasətimdə avtoritar cizgilərin olduğu doğrudur. Bizdə hakimiyyət sistemi belədir. Sizdə də, Fransada, hakimiyyət sistemi sərtdir. Bizdə isə Konstitusiyaya görə daha sərtdir”, – Lukaşenko deyib.
Belarus Prezidentinin sözlərinə görə, ölkə müstəqillik qazandıqdan sonra dövlət quruculuğu üçün geniş səlahiyyətlərə ehtiyac olub. O xatırladıb ki, 1996-cı ildə ölkənin siyasi quruluşu məsələsi referenduma çıxarılıb.
“Xalq bu gün də qüvvədə olan Konstitusiyanı qəbul edib. Biz həmin Konstitusiyaya dəyişikliklər etdik. Xalq səs verdi, nəticələr də var. Düz etdim, ya səhv, bacardığım kimi hərəkət etdim. Gördüyünüz hər şey indiki prezident hakimiyyəti dövründə yaradılıb”, – Lukaşenko bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 25 Noyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















