Icma.az
close
up
RU
SİYASİ ÇİRKİNLƏR BATAQLIĞI... Azərbaycan siyasi səhnəsi necə saxta və ikiüzlü personajlar meydanına çevrilib?

SİYASİ ÇİRKİNLƏR BATAQLIĞI... Azərbaycan siyasi səhnəsi necə saxta və ikiüzlü personajlar meydanına çevrilib?

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siyasətin “çirkin elm” olduğu bəlkə də yarandığı gündən durmadan deyilir. Baxmayaraq ki, onun çirkinliyi, yaxud gözəlliyi bütün ictimai alətlərdə olduğu kimi, bu işlə kimlərin məşğul olmasına bağlıdır. Təəssüf ki, əksər hallarda, Azərbaycanda zatən çirkin sayılan bu aləti daha da “irəliyə” aparıb, iyrənclik səviyyəsinə qədər düşürənlər var... 

Son zamanlar Ramiz Mehdiyev, Əli Kərimli, daha öncə isə Fəzail Ağamalı, Elman Nəsirov və digərlərinin ətrafında baş verənlər, bu hadisələrə müxtəlif siyasətçilər, partiya sədrləri, deputatlar, “media kapitanları” və digər “siyasi cameə nümayəndələrinin” ikrah yaradan reaksiyası göstərdi ki, Azərbaycan siyasəti artıq çoxdan 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindəki Sabir Rüstəmxanlı, Əbülfəz Elçibəy, hətta Nemət Pənahov “primitiv siyasi romantizmi” dövründən ötən müddətdə bugünkü açıq siyasi alver, riyakarlıq, saxtakarlıq, məddahlıq, hətta yaramazlıq dövrünə qəti və dönməz bir addım atıb. Əlbəttə, ölkə siyasətindəki bugünkü mənəvi eybəcərliklərin bir çoxu o dövrlərdə də var idi və bir çox köhnə siyasi personajlar həmin eybəcərlikləri özləri ilə bugünümüzə qədər daşıyıb gətirə biliblər. Hətta, məsələn, Fəzail Ağamalı kimilərin öz övladlarını parlamentə dürtməsi timsalında “siyasi mutasiyaya” da uğrayıblar...

Lakin hər halda, 90-ların “siyasi romantizm” dövründə bugünkü qədər açıq, “qırmızı yalanlar” demək, “üzə durmaq”, bu gün dediyini sabah danmaq, “fantastik” siyasi “U dönüşləri” etmək, siyasi alverlə məşğul olmaq daha çətin idi...

Ramiz Mehdiyevin bu xalqa, cəmiyyətə, dövlətə etdiyi pisliklərin sayı-hesabı yoxdur və bu gün o, layiq olduğu cəzanı çəkmək əvəzinə, milyonlarla azərbaycanlının hətta həsəd apara biləcəyi “villa dustaqlığı” həyatı yaşayır. Amma o, bu pislikləri tək yox, həm də bu gün onun əleyhinə danışmaq üçün növbəyə duranların - bizim “obıvatelin” sevdiyi dildə desək, onun “çörək verdiyi” adamların əli ilə edib. İndi həmin adamların biri də onu deputat, icra başçısı, məmur, nazir, yaxud “avtobus müxalifəti” edən Mehdiyevin müdafiəsinə qalxmaq bir tərəfə (Zatən Mehdiyev heç müdafiə olunası, müdafiəyə layiq biri də deyil), heç olmasa susmağa, “ayıbına kor olmağa” yetəcək qədər abır-həyaya, yaxud Mehdiyevdən aldığı mandatdan, vəzifədən, mənzildən və s. imtina edəcək mərdliyə, cəsarətə də malik deyil. Bu da təbiidir. Çünki bu mənəvi kateqoriyalara malik olsaydılar, zatən Mehdiyev kimisindən vəzifə, mandat və digər imtiyazlar da almaz, qəbul etməzdilər. Amma nə olsun? Bu gün Ramiz Mehdiyevi ən qatı şəkildə söyənlər, ittiham edənlər, hətta təhqir edənlərin ön sıralarında məhz belələri durur. 

Zamanında "Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə, o zaman biz kimik? Nə deyib ortada gəzirik?... Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, onun söylədiyi hər fikir mükəmməlliyin belə ötəsində durur və bu dəyərli insanın mövqeyi, cəsarəti, kişiliyi məncə çoxları üçün örnək olmalıdır" deyən Elşən Musayev adlı “seçiciləri” və parlamentin özü üçün çoxdan “üz qarası” olmuş deputat indi “Allah vurub, Ramiz Mehdiyevi də, onun “komanda”sını da... Mehdiyev sübut etdi ki, o, pislik, yamanlıq və xəyanət mövzusunda - hər şeyə qadirdir! O, xəyanət xəttini tutaraq, rəzalət və utanc dolu həyat yaşamağı seçdi”, deyir. Bəli, Mehdiyev çoxdan xəyanət yolunu seçib, bu deputat bunu bilə-bilə onu tərifləyib göylərə qaldırdığı vaxtlarda da elə bu yolda olub. İndi elə həmin deputatdan soruşan lazımdır – bəs sən hansı həyatı, hansı yolu seçmisən?!

Ramiz Mehdiyevi "vurmaq", necə deyərlər, imandandır, amma qoy bunu vaxtilə ona yaltaqlanmamış, ondan mandat, vəzifə almamış, onun təlimatilə min cür yaramazlıq etməmiş haqqı çatan insanlar etsin!... 

Belə nümunələr həm hakimiyyətə yaxın, həm də özünü müxalifət adlandıran dairələrdə saysız-hesabsızdır. Məsələn, özü dövlət çevrilişinə cəhddə ittiham edilən, uzun illər həbsdən müxalifəti, hətta prezident seçkisində Cəmil Həsənlini dəstəkləyən, həbsdən çıxandan sonra qaçıb “radikal müxalifət”lə bir sırada dayanıb, hakimiyyətə “meydan oxuyan”, ABŞ-ni çağıran Əli İnsanovun bu günkü mövqeyi, daha doğrusu mövqesizliyi heyrət, ikrah doğurur. Yaşı 80-ni haqlamış, artıq o biri dünyasını düşünməli olan bu adamın belə siyasi “ziq-zaqlara” fiziki və mənəvi baxımdan necə “tab gətirməsi” bir yana, bunun kənardan necə rəzil və tragikomik göründüyünü anlamaması, yaxud bilə-bilə bu rolu oynaması təkcə bir insanın yox, ümumilikdə cəmiyyətin faciəsindən xəbər verir...

Yaxud, Sərdar Cəlaloğlunun Ramiz Mehdiyevlə və PA-nın sabiq şöbə müdiri Əli Həsənovla bağlı bir-birini təkzib edən açıqlamalarına baxın. Cəlaloğlu bir çıxışında deyir ki, “Əli Həsənov Rusiya xüsusi xidmət orqanları tərəfindən verbovka olunub”. Digərində isə deyir ki, “Əli Həsənovu cavanlığından tanıyıram, o, Rusiyanın Azərbaycana qarşı siyasətinin qarşısını alıb, indi isə kimsə Əli Həsənovdan pul qoparmağa çalışır”. Yəni, eyni adam haqqında əvvəl bir, sonra başqa bir şey deyir, əsl “U” dönüşü edir. Görəsən niyə, nəyin müqabilində?...

Eyni “prinsipləri” – yəni, “dondan dona girməyi” Elman Nəsirovun, İqbal Ağazadənin, Eldar Namazovun, Fəzail Ağamalının, eləcə də zamanında Ramiz Mehdiyevin siyahıları ilə parlamentə düşən keçmiş və bəzi indiki YAP-çıların, “müxalif” və “müstəqil” deputatların, yüksək vəzifələrə çəkilənlərin, mehdiyevçi QHT sahiblərinin və s. açıqlamalarında da görə bilərsiniz. Belələrinin sayı-hesabı yoxdur.

Siyasəti alver piştaxtasına çevirən, dünən tərifini göylərə qaldırdıqları yüksək mövqe, vəzifə sahiblərini bu gün ən radikal və aqressiv şəkildə söyə bilən bu cür köhnəlmiş simalar mənəvi aşınma yaşamaqla yanaşı, o dərəcədə ayıb, utanmaq və reallıq hissini itiriblər ki, 21-ci əsrdə, internet dövründə dünən efirlərdə dediklərinin videofaktlarla bu gün qabaqlarına qoyula biləcəyinin, ifşa və biabır olacaqlarının belə fərqində deyillər. Ya da fərqindədirlər, amma bundan həya etmirlər, qorxmurlar. Niyə? Çünki xalq, cəmiyyət, dövlət qarşısında hesabatlılıqları yoxdur, çünki nə deputat mandatını, nə partiya sədrliyini, nə də başqa bir mövqeni xalqdan almayıblar, Ramiz Mehdiyev kimisindən təyinatla alıblar, alırlar və alacaqlarına əmindirlər. Məhz belələrinin “xidmətləri” sayəsində siyasi meydan bu gün “siyasi çirkinlər bataqlığına” çevrilib...

Bu gün Azərbaycan gənci üçün şərti “gənc siyasətçi”dənsə, qoca müğənni - məsələn, Elşən Musayevdənsə Niyaməddin Musayev daha maraqlı, etibarlı və cəlbedicidir. Hələ bütün bunlardan sonra da gənclərin, yeni nəslin nədən siyasətdən uzaq durduğunu, gələcəyə biganə yanaşdıqlarını soruşuruq. Bu sualın cavabı təkcə təhsildəki tendensiyalarda, müasir texnologiyalarda və inkişaf trendlərində yox, həm də Azərbaycan siyasi reallığında - siyasətçi qiyafəsindəki alverçilərin insanları siyasətdən iyrəndirən mahiyyətlərində və davranışlarındadır...

Cəlal Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri