Icma.az
close
up
RU
Siyasi dialoqun inkişafı: “Qarabağa belə səfərlərin əhəmiyyəti var

Siyasi dialoqun inkişafı: “Qarabağa belə səfərlərin əhəmiyyəti var

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı nəticəsində siyasi partiya sədrlərinin iştirakı ilə müxtəlif vaxtlarda işğaldan azad olunan ərazilərə səfərlər edilir”.

Bu sözləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, ötən gün də belə səfər Cəbrayıl və Zəngilana təşkil olundu:

“Bu səfərlərin əhəmiyyəti həddindən artıq çoxdur. İlk növbədə, siyasi dialoq mühitinin daha da genişləndirilməsi üçün bu səfərlərin müstəsna əhəmiyyəti var.

Çünki əvvəllər siyasi partiyalar arasında düşmən münasibət vardı. Hətta partiya sədrləri bir-birlərini belə tanımırdılar. Lakin cənab Prezident İlham Əliyevin sərəncamı ilə müvafiq şöbə yaradılandan sonra vəziyyət tamamilə dəyişdi.  İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də ondan sonra siyasi partiyalarla hakimiyyət arasında əməkdaşlığın yeni mərhələsi başladı. İşğaldan azad olunmuş rayonlarımızı da bu istiqamətdə səfərlər təşkil olunur. Bu, bir tərəfdən də siyasi dialoq mühitinin yaxşılaşdırılması və inkişafı ilə bağlıdır”. 

Partiya sədri qeyd edib ki, bu səfərlər zamanı 30 il ərzində işğal altında qalmış torpaqlarımızı və orada görülən işləri görmək fürsətimiz olur:

“Ümumiyyətlə, biz işğaldan azad olunmuş ərazilərimizdə daimi olduğumuzu dövlət və millət olaraq sübut etdik.

Artıq Qarabağın hər bölgəsində həddindən artıq böyük işlər görülüb. Nəqliyyat-kommunikasiya sistemləri çəkilir, iaşə obyektləri və yaşayış evləri tikilir. 

Ermənilərin dağıtdığı hər rayona, kəndə işıq, su, qaz xətləri çəkilib. Səfər çərçivəsində Cəbrayıl və Zəngilanda aparılan quruculuq işləri ilə yerindəcə tanış olduq. Oradakı məsul şəxslər bizi aparılan abadlaşma işləri ilə tanış etdilər”.

Elşad Musayev vurğulayıb ki, bu səfərlərin əhəmiyyəti erməni vəhşiliklərini dünyaya çatdırmaq baxımından da çox vacibdir:

“Çünki xarici tərəfdaşlarla istər siyasi polemikalarda, istərsə də siyasi mübarizələrdə əlimizdə material olanda daha rahat şəkildə görülən işləri təqdim edə bilərik.

Həmçinin, erməni vəhşiliyini və onların Azərbaycana vurduğu ziyan barədə həm özümüz tanış oluruq, həm də cəmiyyətimizi tanış edirik. Eyni zamanda, ölkənin kənarında olan Azərbaycanı istəyən və istəməyən qüvvələr də bununla bağlı məlumat veririk.

Ona görə də bu səfərələri çox uğurlu hesab edirəm. Sizin vasitənizlə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə bir daha təşəkkür edirəm”.

Qeyd edək ki, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci səfəri Cəbrayıl və Zəngilana olub.

Səfərdə ümumilikdə, 70 nəfərdən artıq şəxs iştirak edib. 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak edib. 

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Cəbrayıl Zəngilan Elşad Musayev səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyun 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri