Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Siyasi elmlər”, yoxsa “siyasətşünaslıq”?

“Siyasi elmlər”, yoxsa “siyasətşünaslıq”?

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Hazırda dünyada gedən sürətli inteqrasiya fonunda dil problemlərinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Açıq etiraf edək ki, informasiya-kommunikasiya texnologiyalarının, süni intellektin həyatımıza daxil olması ilə dillərin qarşısında  yeni imkanlar açılsa da, milli dillər üçün təhdidlər də artıb.

Belə təhdidlər Azərbaycan dili üçün də yox deyil. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında dilimizin saflığının qorunmasının zəruriliyinə bir daha xüsusi diqqət çəkib. Dövlətimizin başçısının vurğuladığı kimi, bu hər kəsin - dövlətin də, alimin də, siyasətçinin də, sıravi vətəndaşın da işi olmalıdır. Tələblərdən biri də ondan ibarətdir ki, dilimizdəki terminlər düzgün seçilməli, yerində işlədilməli, lüğət tərkibinin qorunmasına və daha da zənginləşdirilməsinə xüsusi diqqət göstərilməlidir.

Hazırda dilimizdə “siyasi elmlər” və “siyasətşünaslıq” terminləri işlədilir. Bir sıra hallarda sual yaranır: Bəhs olunan terminlər arasında hansı fərqlər mövcuddur? Lüğətdə bu iki terminin qalmasına lüzum varmı və yaxud onlardan hansı düzgündür?

Mövzu ilə bağlı alimlər fərqli fikirlər ifadə ediblər. “Yeni Azərbaycan”a açıqlama verən akademik Nizami Cəfərov dilimizdə yaxın mənalı terminlərin olduğunu bildirib. “Siyasi elmlər” və “siyasətşünaslıq” terminləri də bu qəbildəndir. Alim bildirib ki, bu iki termin arasında məna yaxınlığı olsa da, onların izahı bir-birindən fərqlənir. Onun sözlərinə görə siyasi elmlər dedikdə ayrı-ayrı elm sahələri başa düşülür. Məsələn, siyasi coğrafiya, siyasi tarix, dil siyasəti, torpaq siyasəti, su siyasəti, hərbi siyasət, mədəniyyət siyasəti və  s. Bunların hamısı siyasi elmlərə aiddir. Siyasətşünaslıq isə ümumi bir termindir. Belə demək mümkündürsə, bütün siyasi elmlər siyasətşünaslıq termini ilə bir arada cəmləşirlər.

Mövzu ilə bağlı fikirlərini bölüşən Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli dilimizdə hər iki terminin qalmasının zəruriliyinə vurğu edib. Onun sözlərinə görə, “siyasi elmlər” və “siyasətşünaslıq” başqa-başqa anlayışları ifadə edir. “Siyasi elmlər dedikdə daha geniş anlayışların spektri başa düşülür. “Siyasətşünaslıq” termini isə daha konkret məzmuna malikdir və ümumən siyasətlə məşğul olan elmi ifadə edir. Əlbəttə, bu iki termin arasında, necə deyərlər, Çin səddi də yoxdur, onlar bir-birinə yaxın terminlərdirlər”, - deyə Qulu Məhərrəmli bildirib.

Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin elmi işçisi Aytən Heydərova açıqlamasında bildirib ki, siyasi elmlər - dövlət, hakimiyyət, siyasi sistemlər, siyasi proseslər, siyasi institutlar və beynəlxalq münasibətləri öyrənən elmi sahələrin ümumi adıdır. Bu elm cəmiyyətin necə idarə olunduğunu, hakimiyyətin necə formalaşdığını və siyasi qərarların necə qəbul edildiyini araşdırır. Fikirlərinə davam edən Aytən Heydərova vurğulayıb ki, siyasi terminologiya siyasətşünaslıq elminin nəzəri və praktik bazasını təşkil edən əsas kateqoriyalar, anlayışlar və terminlər sistemidir. Bu terminlər cəmiyyətin siyasi həyatını, dövlətin strukturunu, siyasi davranışın məzmununu və beynəlxalq münasibətlərin mexanizmlərini elmi şəkildə təsvir etməyə imkan verir. Siyasi terminlərin dəqiq və ardıcıl işlədilməsi siyasi analiz üçün xüsusi əhəmiyyət daşıyır, çünki hər bir termin siyasi reallığı abstrakt şəkildə ifadə edir, onun mahiyyətini açır və müxtəlif siyasi hadisələr arasında əlaqə yaratmaq imkanı verir.

Siyasətşünaslıq - siyasət elmini öyrənən elmdir. Yəni siyasətin mahiyyətini, siyasi institutları, hakimiyyətin bölünməsini, dövlətin idarə olunmasını və insanlar ilə dövlət arasındakı münasibətləri araşdıran elmdir.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri