Icma.az
close
up
RU
Filantropiya, yoxsa siyasi maska?

Filantropiya, yoxsa siyasi maska?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vardanyanın ətrafındakı miflər yenidən müzakirə olunur

Beynəlxalq siyasətdə və informasiya məkanında ən çox müzakirə olunan mövzulardan biri müxtəlif siyasi və iqtisadi fiqurların ictimai imiclərinin necə formalaşdırması məsələsidir. Maraqlıdır ki, bu tendensiya postsovet məkanından əlavə qlobal miqyasda da ciddi müzakirələr doğurur, filantropiya ilə siyasi təsir arasındakı sərhədlərin harada başladığı sualını aktuallaşdırır. 

Bu məqamda Amerika və Türkiyə el­mi-sənaye dairələrində tanınan tədqiqatçı və sahibkar Ergün Kırlıkovalının Nyu-York Universitetinin professoru, yazıçı Nassim Nicholas Talebə ünvanladığı açıq məktub əhəmiyyət kəsb edir. Məktub Ru­ben Vardanyan ətrafında illərdir dolaşan “xeyriyyəçi”, “intellektual” və “filantrop” obrazının arxasında hansı maliyyə və si­yasi xəttin dayandığını yenidən gündəmə gətirir.

Müəllif məktubda Talebə xatırladır ki, öz peşə fəaliyyəti boyu risk və struktur korluğu barədə yazan düşüncə adamı Var­danyan məsələsində illüziyaya qapılma­malıdır. Bundan başqa, E.Kırlıkovalı Var­danyanın filantropik personasını “narrativ qalxan” kimi təsvir edir və bunu maliyyə keçmişini gizlədən bir maska kimi qələmə verir. Burada əsas mexanizm kimi “Troi­ka Dialog” və “Troika Laundromat” xətti göstərilir.

Yeri gəlmişkən, uzun illər Rusiyanın maliyyə sektorunda fəaliyyət göstərən Var­danyan postsovet məkanında ən “nüfuzlu” bankirlərdən biri hesab olunurdu. Onun rəhbərlik etdiyi “Troika Dialog” investi­siya şirkəti uzun müddət Rusiya maliyyə bazarının ən iri oyunçularından biri kimi tanınıb. Sonradan OCCRP və bir sıra bey­nəlxalq araşdırma mərkəzləri tərəfindən ortaya çıxarılan “Troika Laundromat” adı ətrafında ciddi suallar formalaşdırdı. Araş­dırma materiallarında yüzlərlə ofşor şirkət vasitəsilə milyardlarla dolların müxtəlif istiqamətlərə yönləndirildiyi, həmin şə­bəkənin Rusiyanın siyasi və iqtisadi elitası ilə əlaqəli şəxslərə xidmət etdiyi iddia edi­lirdi. OCCRP araşdırması ilə Vardanyanın həmin proseslərdə oynadığı rolu yenidən müzakirə predmetinə çevrildi. 

Vardanyanla əlaqələndirilən bəzi biz­nes strukturları və maliyyə şəbəkələri Uk­raynada davam edən müharibə fonunda da müzakirə mövzusu idi. Müxtəlif bey­nəlxalq mənbələrdə onun Rusiya iqtisadi və siyasi çevrələri ilə əlaqələrinin davam etməsi barədə iddialar səsləndirilirdi. Belə məqamlar xüsusilə Qərb ölkələrində Ru­siyanın təsir şəbəkələri və sanksiyalardan yayınma mexanizmləri ilə bağlı debatların gücləndiyi dövrdə daha çox diqqət çəkirdi.

Sadaladığımız ittihamların yaratdı­ğı reputasiya yükü Vardanyanın sonrakı siyasi fəaliyyətinə təsir göstərdi. Onun Qarabağdakı keçmiş separatçı rejimdə vəzifəyə gəlişi müzakirələri yenidən ak­tuallaşdırdı. 2022-ci ildə Qarabağa köçən və daha sonra keçmiş qondarma rejimdə “dövlət naziri” vəzifəsini tutan Vardan­yan qısa müddətdə separatçı administra­siyanın əsas simalarından birinə çevrildi. Azərbaycan haqlı olaraq onun bölgəyə qanunsuz daxil olduğunu və separatçı fəa­liyyətlərin maliyyələşdirilməsində iştirak etdiyini bildirdi. Sözsüz ki, Vardanyanın Qarabağdakı fəaliyyəti sadəcə inzibati vəzifə ilə məhdudlaşmadı. Onun çıxışları və açıqlamaları regionda davam edən sülh prosesinə mənfi təsir göstərirdi. Rəsmi Bakı dəfələrlə bəyan etdi ki, Vardanyanın bölgəyə gətirilməsi xarici qüvvələrin Qa­rabağ məsələsini yenidən beynəlmilləş­dirmək cəhdinin tərkib hissəsidir. Həmin dövrdə onun verdiyi bəyanatlarda dövlə­timizə qarşı sərt ritorikanın yer alması da diqqət çəkirdi. Azərbaycan bu çıxışları sülh gündəliyinə qarşı yönəlmiş fəaliyyət kimi qiymətləndirirdi.

2023-cü ilin sentyabrında həyata keçi­rilən lokal antiterror tədbirlərindən sonra separatçı rejimin mövcudluğuna son qo­yuldu. Bundan sonra Qarabağı tərk etməyə çalışan Vardanyan Azərbaycan hüquq-mü­hafizə orqanları tərəfindən saxlanıldı. Növbəti aylarda onun barəsində aparılan istintaq və daha sonra başlayan məh­kəmə prosesi beynəlxalq medianın diqqət mərkəzində oldu. Bakı Hərbi Məhkəmə­sində 42 müxtəlif ittiham üzrə mühakimə olunan Vardanyana 20 il həbs cəzası ve­rildi. İttihamlar sırasında terrorçuluq, ter­rorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər yer alırdı. 

***

Bəli, Vardanyan ətrafında formalaşdı­rılan filantrop obrazının əsas paradoksu da burada özünü büruzə verir. Beynəlxalq platformalarda humanitar təşəbbüslərin sponsoru kimi təqdim edilən şəxs əslində müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə bağlı ittihamlar üzrə müha­kimə olunurdu. Mövcud ziddiyyət Kır­lıkovalının məktubunda da vurğulanan nöqtələrindəndir. Məktub müəllifi hesab edir ki, filantropiya müəyyən hallarda real fəaliyyətləri ört-basdır edən reputasiya alə­tinə çevrilir.

Vardanyanla bağlı detallar “AnewZ”in “The Oligarch’s Design” sənədli filmində də əks olunur. Filmdə Ruben Vardanyanın fəaliyyəti, Qarabağdakı proseslərdə oyna­dığı rol və onun ətrafında formalaşdırılmış beynəlxalq imic geniş şəkildə təhlil edilir. Bununla yanaşı, Vardanyanın siyasi fəaliy­yətinin, maliyyə əlaqələrinin və separatçı strukturlarla münasibətlərinin müxtəlif aspektləri araşdırılır. Filmin ikinci fəsli xeyriyyəçilik və humanitar təşəbbüslər mövzusuna fokuslanır. Çəkilişlər əsasən Böyük Britaniyada, qismən isə Ermənis­tanda aparılıb. Bu bölmədə xeyriyyəçilik narrativlərinin siyasi və mədəni elitalarla necə kəsişdiyi, həmçinin beynəlxalq legi­timliyin və reputasiyanın hansı mexanizm­lərlə formalaşdırıldığı göstərilir. 

Sənədli material müəllifləri onun hu­manitar təşəbbüslərlə bağlı təqdim olunan obrazı ilə Qarabağda baş verən proseslər arasındakı ziddiyyətlərə də diqqət çəkirlər. Üçüncü fəsil Ukraynada müharibə şərai­tində hazırlanıb. Müharibə fonunda logis­tika sanksiyaları və maliyyə şəbəkələri təhlil edilir. Bundan başqa, hissə sahə re­portajlarına, təhlükəsizlik yanaşmalarına, eləcə də siyasətçilərin və analitiklərin bir­başa şahid ifadələrinə əsaslanır. Dördüncü və yekun fəsil tamaşaçını yenidən Cənubi Qafqaz regionuna qaytarır, xarici maliyyə və siyasi mexanizmlərin regiondakı siyasi vəziyyətə, təhlükəsizliyə real təsirini orta­ya qoyur.

Bir məqamı da diqqətə çatdıraq ki, sənədli filmdəki araşdırmalar OSINT (açıq mənbələr üzrə kəşfiyyat) məlumatlarına, həmçinin əvvəlki beynəlxalq tədqiqatların nəticələrinə əsaslanır. Həmin araşdırma­larda ofşor strukturlar vasitəsilə milyard­larla dolların dövriyyədən keçdiyi “Troika Laundromat” maliyyə şəbəkəsi təsvir edi­lir. 

Xülasə, bəhs etdiyimiz nüanslar qey­də alındıqda Ergün Kırlıkovalının Nassim Nikolas Talebə ünvanladığı məktub həm də beynəlxalq ictimaiyyətin bəzi şəxslər haqqında formalaşdırdığı təsəvvürlərin yenidən nəzərdən keçirilməsi çağırışı kimi başa düşülə bilər. Yəni hansısa bir şəxsin xeyriyyəçilik fəaliyyəti onun siyasi, maliy­yə və hüquqi məsuliyyətləri ilə bağlı sual­ları arxa plana keçirməməlidir.

N.ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri