Icma.az
close
up
RU

Siyasi iradə

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Xain xislətlərini reallaşdırmaq üçün siyasəti özünə peşə seçmiş təlxək və ucuz populistlərin peşəkarlıqdan çox uzaq olan qərəzli demaqogiyalarının bəzən cavabsız qalması təəssüf və eyni zamanda təəccüb hissi yaradır. Unutmayaq ki, xain xislət həqiqət axtarışında olmaz, təmkinli və arifanə baxış onun üçün dəyərsizdir. Demokratiya isə demaqoqlar üçün sadəcə sahib olduqları xain xislət və alverçi təfəkkürü gizlədən “parıltılı” şüardır. Bu “parıltılı” şüarlar eyni zamanda onların amorf mahiyyətini də gizlədir. Məhz bütün bunlara görə yaşadığımız tarixin mövcud mərhələsində siyasi maarifçiliyin əhəmiyyəti heç zaman olmadığı qədər aktualdır.

Təmkinli siyasi maarifçilik gurultulu demaqogiya və populizminin qarşısını tam ala bilməsə də, məkrli qaranlığa işıq saça bilmək gücündədir. Odur ki, “maarifləndirmə” sözü hər nə qədər köhnəlsə də, sözügedən məfhumun əhəmiyyəti və aktuallığı əbədidir. Siyasi maarifləndirmə müasir cəmiyyətlərdə ictimai ayıq-sayıqlığı təmin etmək iqtidarında olan əsas amillərdəndir. Onu da etiraf edək ki, virtual məkanda yaşanan “vəhşi demokratiya” mühiti vətəndaşların ictimai ayıq-sayıqlığının qorunmasını zəruri edir. Odur ki, siyasi maarifliçilik eyni zamanda “məsuliyyətli vətəndaş” məfhumunun tərkib hissəsi kimi də qəbul oluna bilər.

Sözügedən kontekstdə maraq kəsb edən və həssas hesab olunan bir məqam xüsusilə vurğulanmalıdır. Belə ki, əhalinin siyasi cəhətdən maarifləndirilməsində maraqlı tərəf ilk növbədə iqtidar olduğu halda, radikal müxalifət isə əksinə, informasiya xaosunun marağındadır. Axı informasiya xaosu qərəzli manipulyasiyalar üçün əlverişli şərait yaradır. Mövcud iqtidarın siyasi maarifləndirməyə verdiyi önəm dövlətçilik nöqteyi-nəzərindən birbaşa ümumxalq maraqlarına xidmət edir və təsadüfi deyil ki, məhz elə buna görə də mühüm siyasi hadisələrlə bağlı önəmli mesaj və şərhləri cəmiyyətə ilk növbədə bilavasitə Prezident İlham Əliyev özü verir. Obyektivlik naminə o da mütləq olaraq qeyd olunmalıdır ki, ölkənin siyasi ritorikasının məzmununu bilavasitə Prezident İlham Əliyevin çıxış və müsahibələri müəyyən edir. Sözügedən amil isə növbəti dəfə ölkəmizdə siyasi maarifləndirmənin müstəsna əhəmiyyətindən xəbər verir.

Hər bir sıravi vətəndaşın ictimai təfəkküründə konkret siyasi hadisə ilə bağlı obyektiv təsəvvürlərin yaranması üçün siyasi maarifləndirmə amilinin rolu əvəzolunmazdır. Bilavasitə dövlətin ünvanlı təşəbbüsləri ilə sözügedən istiqamətdə görülən tədbirlər vətəndaşları yanlış və təhlükəli addımlardan sığortalayır, habelə sadə vətəndaşın xain qüvvələrin məkrli oyunlarda alət kimi istifadə olunmasının qarşısını alır. Heç kimə sirr deyil ki, qlobal güclərin ideoloji silahına çevrilmiş sərbəst internetin sayəsində “işıq sürəti” ilə yayılan məsuliyyətsiz, peşəkarlıqdan uzaq olan qərəzli şərhlər və həqiqəti əks etdirməyən informasiyalar səbəbindən əhalinin ictimai şüurunda dəyərlər, o cümlədən siyasi dəyərlər təhrif olunur. Əhalinin ictimai şüuru “zombiləşir”, yaşanan müxtəlif hadisələr isə yalnız “ağ” və “qara” rənglərlə təsvir olunur.

Qeyd olunanlar müstəvisində COP29 kimi mötəbər tədbir ətrafında hələ də dolaşan manipulyasiya xarakterli qərəzli məlumatlara xüsusi olaraq toxunmalıyıq. İlk növbədə onu vurğulayaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi qlobal tədbirin Azərbaycanda keçirilməsi faktı beynəlxalq münasibətlər sistemində ölkəmizin artan nüfuzunun bariz sübutudur. Əlbəttə ki, sözügedən tədbirin Azərbaycanda təşkili eyni zamanda Prezident İlham Əliyevinin beynəlxalq nüfuzunun növbəti təcəssümüdür. Bu cür həqiqətləri görməmək mümkün deyil və məhz bu səbəbdən də dolaşan ucuz və qeyri-peşəkar tənqidlərin əsas məqsədi məhz qeyd olunan böyük həqiqətlərin çılğın emosiyalar arxasında gizlədilməsinə nail olmaqdır.

Prezident İlham Əliyevin dövlət siyasətinin əsas xüsusiyyətlərini təhlil edən zaman biz açıq şəkildə görə bilərik ki, Azərbaycanın dünyada qəbul olunmuş nüfuzlu beynəlxalq platformaya çevrilməsi dövlət başçının strateji prioritetidir. Sözügedən hədəfə nail olmaq üçün ötən illər ərzində müxtəlif istiqamətlərdə məqsədyönlü işlər aparılmışdır: siyasət, iqtisadiyyat, ikitərəfli və çoxtərəfli münasibətlər, idman, humanitar müstəvilərdə ən müxtəlif səviyyələrdə uğurlu əməkdaşlıqlar və s. Ötən dövr ərzində Prezident İlham Əliyevin hər bir növbəti beynəlxalq təşəbbüsü ətrafında qısqanclıq səbəbindən müxtəlif səviyyələrdə qərəzli manipulyasiyalar aparılmasının hamımız dəfələrlə şahidi olmuşuq. Ona da şahid olmuşuq ki, zaman keçdikcə həmin təşəbbüslərin əhəmiyyətini görəndən sonra tənqid edən tərəflər belə sonradan həmin təşəbbüslərin iştirakçıları siyahısına daxil olmaq üçün cəhdlərini artırıblar. Bu dəfə də istisna olmadı. Xatırladaq ki, COP29-da 196 ölkədən olan 72 min iştirakçı qeydiyyata alınmışdır. Möhtəşəm rəqəmlər və bir o qədər də möhtəşəm miqyas. Əslində bu miqyas qüdrətli Azərbaycanın beynəlxalq səviyyədə mövcud nüfuzunun güzgüsüdür.

Bəli, təkrarlamalı olsaq da, ölkəmizin artan nüfuzu bəzilərini çox narahat edir. Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimində səsləndirdiyi fikirlər isə heç də təsadüfi deyil: “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”

Müasir siyasi ritorikanın unikal nümunəsi sayıla biləcək Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş bu sözlər əslində müstəqil siyasətin, milli maraqların, habelə artan qüdrətin sübutu və təcəssümüdür. Siz dünyada neçə dövlət başçısı tanıyırsınız ki, o, bilavasitə BMT-nin Baş katibinin iştirakı ilə keçirilən qlobal tədbir zamanı bu cür ritorikayla çıxış edə biləcək cəsarəti olsun? Əslində sözügedən fakt milli tariximizin unudulmaz səhifəsidir! Bu cür faktlar dövlətimizin gücü ilə fəxr etməyimizin daha bir səbəbidir.

Əlbəttə ki, öz səlahiyyətlərindən yalnız manipulyasiya və siyasi alver üçün istifadə edən beynəlxalq təşkilatlar Prezident İlham Əliyevin bu cür mövqeyini görəndə çaş-baş qalırlar. Bunu ehtimal etmək heç də çətin deyil. Axı onlar öyrəşiblər ki, qapılarının arxasında yardım və qrant xahişi ilə növbə yaransın. Necə ki, bəzi bədnam radikallar onların qapılarının qarşısında çirkli qrantların növbəsində hələ də dayanırlar. Odur ki, Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz sözləri beynəlxalq münasibətlər sistemi haqqında uzun illər ərzində yeridilən stereotipləri dağıdır və həqiqətləri üzə çıxarır. Vətən və dövlətimiz üçün vuruşan, milli maraqlarımızı hər şeydən üstün tutan Prezidentin nüfuzunun qorunması isə bu xalqın hər bir məsuliyyətli vətəndaşının öhdəliyidir və bu öhdəlik ilk növbədə milli dövlətçiliyə sədaqəti özündə ehtiva edir.

Bütün çətinliklərə rəğmən ötən illər ərzində siyasi dəyər hesab oluna biləcək əldə olunmuş strateji nailiyyətləri bir daha sadəcə vergüllərlə sadalayaq: dayanıqlı inkişaf, siyasi sabitlik, ölkəmizin dünyanın siyasi xəritəsində nüfuzlu siyasi aktora çevrilməsi, milli birliyin təmin olunması, qlobal təşəbbüslərin müəllifinə çevrilməsi, yalnız öz gücünə güvənərək Qələbənin əldə olunması, regionda yeni reallıqların müəllifi olması, bütün təzyiqlərə rəğmən nüfuzlu beynəlxalq platformalardan həqiqətləri ifadə, ikiüzlülükləri ifşa edə biləcək güc və iradəyə malik olması və daha nələr, nələr... Razılaşın ki, bütün bu nailiyyətlərin səbəbi gərgin və peşəkar fəaliyyətdir. Ucuz populizm isə məhz radikal təfəkkür sahiblərinin prioritetidir.

Dövlət başçısı isə ağlasığmaz tənqidlərə baxmayaraq bütün dövrlərdə milli maraqların təminatı naminə müəyyən etdiyi strateji prioritetlərə sadiq qalıb. Unutmayaq ki, qərəzli tənqidlərin hədəfi də dövləti məhz müəyyən olunmuş siyasi kursdan və prioritetlərdən yayındırmaqdan ibarətdir. Ona görə də ehtimal edə bilərik ki, Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ sözləri həm də bizi müəyyən olunmuş prioritetlərdən yayındırmaq istəyən qüvvələrə açıq mesaj idi. Dayaz siyasi təfəkkür bu dərin və peşəkar siyasətin mahiyyətini anlaya bilməz.

Əlbəttə ki, dövlət başçısı COP 29 kimi növbəti möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı olan təşəbbüs ilə çıxış edən zaman ehtimal etməyə bilməzdi ki, ölkəmizə və şəxsən ona qarşı qərəzli tənqidlər yağışı başlanacaqdır. Çünki hər bir beynəlxalq tədbir kimlər üçünsə çirkli niyyətlər üçün bir fürsətdir. Ancaq bütün bunlara rəğmən məhz dövlətin nüfuzu və xalqımızın gələcəyi naminə Prezident İlham Əliyev bu addımı atdı. Bu cür siyasətin obyektiv dəyərləndirilməməsinin iki səbəbi ola bilər: xain xislət və dayaz təfəkkür.

Hər şeydən ümidləri kəsilmiş bədnam xainlərin indi yeganə ümidləri sanksiyalardır. Lazımi beynəlxalq şəraitin mövcud olmadığı dövrlərdə və müvafiq gücə malik olmadan uzun illər ərzində öz yaramaz təxribatları ilə müharibəyə təhrik edən radikalların o zaman da tək niyyəti Azərbaycanı sanksiyalara düçar etmək idi. Prezidentin peşəkar siyasəti nəticəsində onların bu arzu və niyyətləri reallaşmadı. Hər bir vətəndaşın bu cür həqiqətlərin bilməyə haqqı var. Məsuliyyətli vətəndaş şəxsi siyasi simpatiyalardan asılı olmayaraq hər zaman həqiqətin yanında dayanmalı və cəmiyyətdə yaşanan həmrəylik mühitinin qorunmasına öz töhfəsini verməlidir.

Asif ADİL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Siyasi iradə
29 Noyabr 2024 11:21
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Noyabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2066

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see246

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see218

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri