Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Siyasi manipulyasiyalar və nağılların təhrikedici psixologiyası AZƏRTAC

Siyasi manipulyasiyalar və nağılların təhrikedici psixologiyası AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 13 yanvar, AZƏRTAC

Hər kəs uşaqlıqda heç olmasa bir neçə dəfə nağıl oxuyub və ya ən azından bu nağılları onlar üçün oxuyublar. Əlbəttə ki, nağıllar təsirsiz olmur; ilk dəyərlər sistemi, dünyaya baxış-bucağı və mental düşüncə tərzi məhz həmin nağılların təsiri altında formalaşır. Bəzilərinin, xüsusilə də siyasətdə özlərinə yer “qoparmış” şivənşünasların davranışına baxanda onu da müşahidə edə bilərik ki, yaşları artıq çoxdan uşaqlıq dövrünü keçməsinə baxmayaraq, onların müasir dünyaya baxışları “böyüməyib”, düşüncə tərzləri isə hələ də həmin o nağılları xatırladır.

Bu fikirlər politoloq Asif Adilin “Siyasi manipulyasiyalar və nağılların təhrikedici psixologiyası” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Uşaq nağıllarında ən çox rast gəlinən bədi fəndin (üslub) yolayrıclarında seçimlərlə bağlı olmasını hər birimiz xatırlayırıq. Məsələn, “sağa dönərsən başına filan işlər gələcək, sola dönərsən filan hadisələr yaşana bilər” və buna bənzər seçimlərə əksər nağıllarda rastlaşmaq olar. Bu cür cümlələrin şüuraltı təsiri və ya manipulyasiya effekti ondan ibarətdir ki, seçim qaçılmazdır və prosesdə sənin özünə məxsus ləyaqətli seçimin olmazsa, istənilən seçim uğursuzluğa düçar olmağa məhkumdur. Bu cür “nağılların” təsirində qalan siyasətçilər yönəldilən olur və onların öz yolu, öz dəst-xətti olmur. Siyasətdə analoji düşüncə və yanaşmadan istifadə olunması cəmiyyət və dövlət üçün real təhdidlər yarada bilər. Siyasətdə bilərəkdən tərəf müqabilini uğursuz seçimə təhrik etmək və ya cəmiyyəti nəyin bahasına olursa-olsun, istənilən seçimin uğursuz olacağına inandırmaq cəhdləri bilavasitə qərəz və məkrli niyyətlərin aşkar təzahürüdür. Bu cür davranış bilavasitə siyasi əxlaqsızlıqdır. Odur ki, analoji siyasət açıq manipulyasiyadır və yalnız “çirkli oyun” adlandırıla bilər.

Müqayisələr təsadüfi deyil, bu cür analogiya aparılmasının səbəbi və təyinatı var. Qərəzli manipulyasiyaların qurbanına çevrilməmək üçün mürəkkəb siyasi gedişlərin bəzən çox bəsit müqayisələr vasitəsilə izah və ifşa olunması mümkündür. Müxtəlif qüvvələrin siyasi sifarişlərini yerinə yetirən sosial şəbəkə “cəngavərlərinin”, əslində isə ipləri başqalarının əllərində olan marionet kuklaların son dövrdəki davranış və ritorikalarının məzmununa diqqət yetirin. Məlum təyyarə qəzası ilə bağlı yaşanmış hadisələrdən və unudulmaz faciədən sonra onların ritorikası tamamilə “azğınlaşıb”. Açıq-aydın görünən odur ki, onlar bu hadisə vasitəsilə cəmiyyətdə yaşanan emosiyalardan müəyyən məqsədlə istifadə etmək istəyirlər. Təkrarlamalıyıq, bu, artıq siyasət deyil, xalis mənəviyyatsızlıqdır. İnsan faciəsinin siyasi maraqlar naminə istifadə olunması bilavasitə siyasi əxlaqsızlıqdırsa, öz şəxsi maraqları naminə faciədən istifadə olunması da mənəviyyatsızlıqdır. Əlbəttə ki, bu cür davranış bilavasitə ucuz demaqogiya və siyasətbazlıqdan başqa bir şey deyil. Əslində onların siyasi “bacarıqları” məhz bunlarla yekunlaşır.

Təhrikedici davranış, manipulyasiya, qalmaqal ovu, təxribatlar və şantaj – bunlardır xəstə siyasi təfəkkürün əsas alətləri. Kimsə son dövrdə onlardan hansısa faydalı, dərin məzmunlu və müasir siyasi fikri zənginləşdirə biləcək heç olmasa bircə ifadə eşidibmi? Əksinə, müraciət etdikləri ritorika sayəsində sosial şəbəkələr artıq vəhşi cəngəlliyə bənzəyir. Ən pisi də odur ki, bu cür yanaşma və bu cür düşüncə tərzi artıq normaya çevrilir. Əgər bu cür kontentlər yaxın dövrlərdə üstünlük təşkil edərsə, təsəvvür etmək çətindir ki, milli siyasi fikir bir neçə il sonra hansı qaranlıq quyuların bilinməyən sularında qərq ola bilər.

Bilavasitə yazının adına qayıdaraq, radikal və təhrikedici ritorikanın cəmiyyət, dövlət və dövlətçilik üçün çox təhlükəli hesab olunan bir xüsusiyyətinə diqqət yetirək. Yuxarıda qeyd etdiyimiz nağıllarda olduğu kimi, davamlı şəkildə aparılan siyasi manipulyasiyaların təsiretmə alqoritmi də eyni sosial-psixoloji mexanizmə hesablanıb. Əvvəla “sağa dönərsən başına filan işlər gələcək, sola dönərsən filan hadisələr yaşana bilər” – kimi cümlələr, ilk növbədə, hadisələrin gedişatından asılı olmayaraq tənqid üçün əsas yaradır, ikincisi isə hərəkətsizlik və passivliyi təhrik edir. Hərəkətsizlik və passivlik isə öz növbəsində yenə də tənqidlərə səbəb yaradır. Qlobal siyasət müstəvisində isə seçimin məzmunundan asılı olmayaraq biryönlü seçim edilən zaman əks tərəf dərhal rəqibə çevrilir və mövqe zəifləyir. Dolayısilə bu cür siyasət dünyanı siyasi düşərgə və qütblərə bölür. Budur qlobal geosiyasətin strateji hədəfi.

Düşmən niyyətli radikal təfəkkür hər zaman bu cür seçim “tələlərindən” istifadə edir. Əslində bu günlərdə dünyada baş verən bir çox hadisələr və müşahidə etdiyimiz tendensiyalar eyniliklə məcburi seçimləri təhrik edirlər. Seçim etməklə isə sən mütləq olaraq dava edən tərəflərin birində dayanmış olursan. Qlobal geostrategiyaların əsas hədəflərindən biri məhz budur. Qütblər arasında seçim etməklə sən aparılan müharibədə öz iştirakını rəsmiləşdirmiş olursan. Qlobal savaş kontekstində isə kiçik ölkələrin zərər çəkməsi demək olar ki, qaçılmazdır. Sözügedən təsbit radikalların təhrikedici ritorikasının əsl səbəb və niyyətini son dərəcədə aydın şəkildə ifşa edir.

Qeyd olunanlar müstəvisində ona da xüsusi diqqət yetirin ki, radikal təfəkkür sahibləri özləri, ümumiyyətlə, heç nə etmir və heç nəyə görə məsuliyyət daşımaq istəmirlər. Hətta ədəbiyyat tənqidçiləri belə öz peşəkar tənqidlərini aparmaq üçün bədii əsərlə öncədən və dəfələrlə tanış olur, əsaslandırılmış rəylərini hazırlayırlar. Bu rəylər isə əsəri rədd etmir, əksinə əsərin təkmilləşdirilməsinə xidmət edir. Rasional tənqidin təyinatı bundan ibarətdir. Odur ki, bizim bəlalı demaqoqlarımız rasional və peşəkar müxalifətçilikdən hələ çox uzaqdırlar, məhz elə buna görə də onlar cəmiyyətin rəğbətini qazana bilmirlər. Səksəninci illərin “şparqalkaları” əsasında formalaşmış müxalifətçilik təfəkkürü hələ də eyni “saralmış” təlimatlar əsasında fəaliyyət göstərir. Cəmiyyət artıq bütün bunların fərqindədir.

Nağıllarda olduğu kimi, real həyatda da yalnız qəhrəmanlar və milli maraqları ən ali dəyər kimi qəbul edənlərin öz yolu olur və onları hansısa məcburi seçimə təhrik etmək mümkünsüzdür. Onlar hətta qlobal müstəvidə diktə olunan seçim tələblərinə baxmayaraq öz müstəqil və ləyaqətli seçimlərini etmək iqtidarındadırlar. Bu, artıq peşəkarlıqdır, nəyi, nə zaman etməli olduğunu bilməkdir. Əsl müstəqil və iradəli siyasət məhz budur. Zəif və asılı təfəkkür bunları anlamaz. Bu mənada Prezident İlham Əliyevin növbəti sözləri güclü və müstəqil siyasətin şüarına çevrilə bilər: “Bu gün bizim iradəmizə heç kim təsir edə bilməz”. Mövcud məsələlərdə manipulyasiyaların aparılması millətə və dövlətə qarşı xainlikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri