Icma.az
close
up
RU
Siyasi şərhçi: Azərbaycan Ermənistanı sülh masasına addım addım gətirib çıxardı

Siyasi şərhçi: Azərbaycan Ermənistanı sülh masasına addım addım gətirib çıxardı

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu gün tarixi bir gündür. Azərbaycanla Ermənistan arasında 30 ildən artıqdır davam edən münaqişəyə son qoyuldu".

Bu sözləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.

O bildirib ki, Azərbaycan Ermənistanı sülh masasına addım-addım, sərt diplomatiya ilə gətirib çıxardı:

"Azərbaycan hələ İkinci Qarabağ müharibəsində Qarabağ münaqişəsinə son qoymuş, ərazi bütövlüyünü bərpa etmiş və münaqişəni tarixə qovuşdurmuşdu. Amma bu prosesin siyasi və diplomatik baxımından rəsmiləşdirilməsi hələ ki, qalmışdı. Azərbaycan İkinci Qarabağ müharibəsini etmək iqtidarında olmasa idi, döyüş meydanında Ermənistanı və onun havadarlarının dəstəyilə formalaşdırılmış işğalçı ordusunu diz çökdürməsə idi, döyüş meydanında olduğu kimi müharibədən sonra siyasi və diplomatik müstəvidə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti düşməni ağır zərbələrlə məğlub etməsə idi, bugünkü tarixi yaşaya bilməzdik. Çünki biz Ermənistanı sülh masasına addım-addım, sərt diplomatiya ilə gətirib çıxardıq. Artıq Ermənistan başqa çıxış yolu olmadığını anladı.

Vətən müharibəsindəki qalibiyyətdən artıq 5 ilə yaxın bir müddət keçib. Bu müddət ərzində biz çox praqmatik ardıcıllıqla siyasi və diplomatik müstəvidə Ermənistanı sülhə məcburetmə prosesini davam etdirirdik. Doğrudur, bu günə qədər bir sıra uğurlu addımlar atılıb, onların hamısı ikitərəfli qaydada əldə olunub. Məsələn, buna nümunə olaraq sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanması, 12.7 kilometr məsafədə bu prosesin davam etdirilməsi, Azərbaycana aid olan 4 kəndin geri qaytarılması, ölkəmizin nəzarətinə verilməsi, ikitərəfli qaydada hərbçilərin mübadiləsi və s. göstərmək olar. Bütün bu proseslər Azərbaycanla Ermənistan arasında sülhə aparan yol idi. Azərbaycan addım-addım bu yola doğru irəliləyirdi", - deyə o bildirib.

Xəyal Bəşirov qeyd edib ki, ölkə başçımızın həm Ermənistanı sülhə məcburetmə prosesi, həm xarici siyasətdə, diplomatiyada əldə etdiyi uğurlarının nəticəsində Azərbaycan və Ermənistan liderləri dünyanın əsas mövzularının, problemlərinin, münaqişələrinin həll olunduğu Ağ evə dəvət olunub:

"Bunun əsas səbəbkarı Azərbaycan dövləti və Prezidentidir. ABŞ Prezidenti Donald Trampın bu təşəbbüsü Cənubi Qafqazda tarixi sülhü nəhayət ki, bərqərar etdi. Onsuz da biz real meydanda sülhü əldə etmişdik. Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibədə qalib olduq, indi də sülhü qazandıq. Artıq uzun müddət idi ki, Cənubi Qafqazda silah səsləri susmuşdu. Son dönəmlər də biz ancaq sülh sazişi istiqamətində gedən danışıqların şahidi olurduq. Ermənistan sülh sazişinin imzalanması istiqamətində müəyyən "cığallıq"la prosesi yubadırdı, amma Azərbaycan mart ayında sülh sazişinin razılaşdırılmış mətnini bəyan etdi. Əbu-Dabi görüşündə səsləndirilən fikirlər də göstərmişdi ki, biz sülhə doğru real addımlar atmışıq".

O, Zəngəzur dəhlizinin önəmindən də bəhs edib:

"Zəngəzur dəhlizi əsas amillərdən biridir. Bu dəhliz əslində ölkə başçımızın ortaya qoyduğu təşəbbüsdür. İkinci Qarabağ müharibəsinə qədər bu dəhlizindən söz açıqlanmışdı. Lakin hazırda artıq bu bütün dünyaya bilinən anlayışdı, bu gün də Vaşinqtonda Zəngəzur dəhlizindən danışıldı.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi Cənubi Qafqaza təhlükəsizlik, iqtisadi canlanma gətirəcək. Zəngəzur dəhlizinin keçdiyi Cənubi Qafqaz regionu dünyanın həssas regionudur. Biz bu regionun dəyərini ona qaytarırıq. Azərbaycan dövləti əslində Cənubi Qafqazın potensialının hansı miqyasda olduğunu dünyanın diqqətinə çatdırır. Bu dəhlizin istifadəyə verilməsi Orta dəhlizin və onun əsas halqalarından olan Cənubi Qafqazın tam olaraq nəqliyyat və iqtisadi kommunikasiyalar baxımından blokdan çıxmasına səbəb olacaq. Bu halda dünya və Ermənistanın özü, havadarları görəcəklər ki, 30 ilə yaxın bir müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlamaqla bütün regiona, dövlətlərə, ümumilikdə dünya iqtisadiyyatına nə qədər zərər vurublar".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri