Icma.az
close
up
RU
Siyasi şərhçi: Azərbaycan və Rusiya prezidentlərinin görüşü ikitərəfli münasibətlərin yeni mərhələsinə keçidin göstəricisidir

Siyasi şərhçi: Azərbaycan və Rusiya prezidentlərinin görüşü ikitərəfli münasibətlərin yeni mərhələsinə keçidin göstəricisidir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Düşənbədə keçirilən görüş iki ölkə münasibətlərində son dövrlərdə müşahidə olunan gərginliyin arxada qaldığını və əlaqələrin qarşılıqlı hörmət, bərabərlik, etimad prinsipləri əsasında inkişaf etdirilməsi niyyətinin mövcud olduğunu göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar söyləyib.

O qeyd edib ki, görüş zamanı Rusiya Prezidentinin əvvəlki danışıqlarda Azərbaycanın təyyarə insidentinə dair haqlı narazılığını qəbul etməsi, üzr istəməsi və məsuliyyətin Rusiya tərəfinin üzərində olduğunu açıq şəkildə etiraf etməsi faktiki olaraq Azərbaycanın əsas tələblərinin yerinə yetirilməsi deməkdir.

“Bu, diplomatik baxımdan Azərbaycanın prinsipial və ardıcıl mövqeyinin qələbəsidir. Azərbaycan konstruktiv diplomatiya vasitəsilə istədiyi nəticəni əldə etdi”, – deyə Ülviyyə Zülfiqar vurğulayıb.

Siyasi şərhçinin fikrincə, görüş həm də onu göstərdi ki, Bakı-Moskva xəttində rasional əməkdaşlıq istiqaməti qorunur və Azərbaycan dövlət maraqlarına əsaslanan, balanslaşdırılmış siyasət yürütməkdə davam edir.

“Bu yanaşma regionda sabitliyin möhkəmlənməsi, yeni kommunikasiya xəttlərinin və iqtisadi layihələrin reallaşması üçün əlverişli mühit formalaşdırır,” – deyə ekspert əlavə edib. Ülviyyə Zülfiqar bildirib ki, Rusiya Prezidentinin açıqlamaları və görüşün ab-havası bütövlükdə son zamanlar yaranmış gərgin atmosferin aradan qalxmağa başladığını göstərir.

“İkitərəfli münasibətlərdə qarşılıqlı etimadın bərpası regiondakı bütün proseslərə, o cümlədən Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına müsbət təsir göstərə bilər,” – deyə o qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, görüş zamanı aparılan müzakirələr və səslənən fikirlər Azərbaycan diplomatiyasının ardıcıl və səmərəli siyasətinin nəticəsidir.

“Bu mərhələ sabit regional inkişaf istiqamətində yazılmağa başlayan yeni səhifə kimi qiymətləndirilə bilər,” – deyə Ülviyyə Zülfiqar fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri