Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Siyasi şərhçi: Xəzər hövzəsində ekoloji problemlərin həlli regional əməkdaşlıq tələb edir

Siyasi şərhçi: Xəzər hövzəsində ekoloji problemlərin həlli regional əməkdaşlıq tələb edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycanın COP29-dan sonra əsas vəzifəsi iqlim diplomatiyasından iqlim icrasına keçidi nümayiş etdirməkdir. Əks halda, dünya Bakını yalnız beynəlxalq iqlim gündəliyi çərçivəsində tədbirlər keçirən ölkə kimi tanıya bilər. Buna görə Azərbaycan artıq qəbul edilmiş qərarların praktik nəticələrə çevrildiyini göstərən regional mərkəz kimi mövqelənə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi çox mürəkkəb məsələdir və Azərbaycan bu sahədə bir sıra ciddi problemlərlə üzləşir. Bunlardan biri ölkə üçün strateji və nəqliyyat əhəmiyyəti daşıyan Xəzər hövzəsində su səviyyəsinin ilbəil azalmasıdır. Bu yaxınlarda Azərbaycanda keçirilən Qara Dəniz-Xəzər Logistika Forumunda da Xəzər dənizində su səviyyəsinin azalmasının ticarət gəmilərinin hərəkətinə ciddi təsir göstərdiyi məsələsi gündəmə gətirilib. Hazırda xarici investorların diqqəti Bakı və Aktau istiqamətinə yönəlsə də, Xəzərdə yaranan böhran bir sıra perspektivləri əngəlləyir. Düşünürəm ki, bu istiqamətdə Azərbaycan Xəzəryanı ölkələrlə birgə təşəbbüslərə start verməlidir. Xəzər hövzəsində yaranan ekoloji problemlərin həlli yalnız ayrı-ayrı ölkələrin deyil, bütün sahilyanı dövlətlərin birgə fəaliyyətini tələb edir. Xüsusilə Xəzərin səviyyəsinin azalmasının nəqliyyat, logistika və iqtisadi əlaqələrə təsirləri nəzərə alınaraq regional əməkdaşlığın praktiki mexanizmləri formalaşdırılmalıdır.

Siyasi şərhçi qeyd edib ki, Xəzər Azərbaycan üçün yalnız nəqliyyat baxımından deyil, yaşıl enerji sahəsində də mühüm təbii resurs və imkan mənbəyidir. Xəzər dənizi Azərbaycanın yaşıl enerji potensialını ixrac imkanlarına çevirmək üçün mühüm platforma ola bilər.

“Azərbaycanın quruda olduğu kimi, dənizdə də külək potensialı kifayət qədər böyükdür. Ölkənin 2030-cu ilə qədər elektrik enerjisi üzrə bərpaolunan enerji gücünün payını 30 faizə çatdırmaq hədəfi var. COP29 materiallarında Azərbaycanın iqtisadi Günəş potensialı 23 giqavat, texniki offshore külək potensialı isə 157 giqavat kimi göstərilir. Bu baxımdan Xəzər dənizinin offshore külək potensialı xüsusilə əhəmiyyətlidir. Azərbaycanın yaşıl enerji strategiyası yalnız bərpaolunan enerjinin istehsalının artırılması ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, enerji saxlanc sistemlərinə, çevik elektrik şəbəkələrinə və regional interkonnektorlara investisiya qoyulması Azərbaycanın Cənubi Qafqazda enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilməsinə kömək edə bilər. Üstəlik, bunun üçün artıq regional baza da formalaşır”, - deyə E.Ənvəroğlu bildirib.

O hesab edir ki, digər mühüm istiqamət xarici investisiyaların yaşıl kapitala yönəldilməsidir. COP29-un ən mühüm nəticələrindən biri iqlim maliyyəsinin miqyasının artırılması məsələsi olub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının “Bakı İqlim Fəaliyyəti Həftəsi-2026” tədbirinin açılışında da COP29 çərçivəsində 2035-ci ilə qədər illik 300 milyard dollarlıq yeni iqlim maliyyəsi hədəfi və bütün mənbələrdən illik 1,3 trilyon dollara qədər maliyyənin səfərbər edilməsi çağırışı vurğulanıb. Bütün bunları nəzərə alsaq, Azərbaycan burada özünü yalnız kapital alan ölkə kimi deyil, regional yaşıl investisiya platforması kimi təqdim edə bilər. Əsas məsələ investisiyanın sadəcə həcmi deyil, texnologiya və bilik transferidir. Buna görə Azərbaycan xarici şirkətləri enerji layihələrinə cəlb edərkən yerli təchizat zəncirinin, mühəndislik imkanlarının və insan kapitalının inkişafını da investisiya şərtlərinin bir hissəsinə çevirə bilər. Bu yanaşma xarici kapitalın ölkə iqtisadiyyatına yalnız maliyyə resursu kimi deyil, eyni zamanda, yeni texnologiyaların, peşəkar biliklərin və istehsal imkanlarının gətirilməsi baxımından təsirini artırar.

“Azərbaycanın COP29-dan sonrakı mərhələdə əsas üstünlüyü beynəlxalq diqqəti qorumaqdan daha çox, həmin diqqəti konkret layihələrə, investisiyalara və institusional əməkdaşlığa yönəltmək imkanından istifadə etməsidir. Yaşıl enerji, iqlim maliyyəsi, Xəzər hövzəsində regional əməkdaşlıq və texnologiya transferinin vahid strategiyada birləşdirilməsi Azərbaycanın iqlim gündəliyində mövqeyini daha da gücləndirə bilər”, - deyən siyasi şərhçi fikrini yekunlaşdırıb.

Müxbir - Səbinə Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see430

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see323

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see320

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see300

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see294

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see278

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see278

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see268

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see248

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see229

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see213

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see211

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see200

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see196

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see189

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see188

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see183

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see175

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri