Icma.az
close
up
RU
Статья не опубликована
Siyasi simasızlığın “Tumbler doll” mərhələsi

Siyasi simasızlığın “Tumbler doll” mərhələsi

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təəccüblənməyi çoxdan yadırğamışam. Amma ölkəmizdə uzun illərdən bəri havaya cəfəngiyyat üfürməklə məhdud dairədə olsa da belə siyasi mövcudluğunu qoruyub saxlamağa çalışan şəxslərin böşboğazlıq “məharəti” məni həmişə təəccübləndirib. Çünki hər dəfə hibrid siyasi texnogiyaların emosional təsiri altında hədəqədən çıxan gözlərın, sosial şəbəkələrin divarına su sıçradan dodaqların qısa bir zaman kəsiyindən, yəni vədlər və proqnozlar özünü doğrultmadıqdan sonra müvəqqəti “qınına çəkildiyinə” və yenidən, şizofrenik bir entuizazmla dirçəldiyinə şahidlik edirəm. Adamlar 30-35 ildir ki, dəyişmək bilmirlər. 1990-cı illərin ortalarında çeşidli “beynəlxalq” institut, fond və birliklərin alayarımçıq təlimlərində, başa düşə bildikləri qədər nə öyrəniblərsə, elə orda da qalıblar. Əzbərçi olduqları üçün hətta bir az da geriyə gediblər. Bütün bunları söz gəlişi və sözün gəlişinə yol açmaq üçün yazdım...

...Tramp – Vens - Zelenski deyişməsindən sonra, yaranmış durumun və Ağ Evin yeni mövqeyinin xroniki narazılar düşərgəsinin klassik mənsublarının münasibətinin necə olacağı, etiraf edim ki, məni maraqlandırırdı. İngilislərin “Tumbler doll”, rusların “Vanka-Vstanka”, azərbaycanlıların isə nədənsə “yatan-duran kukla” adlandırdıqları “oyuncaqları” əllərindən alınan kiçik “çaplı” avantüristlərin baş verənlərə reaksiyasını gözləyirdim. Necə deyərlər, gözləntim özünü çox gözlətmədi və elə gözlədiyim kimi də oldu...

Onlardan birinin – Əli Kərimlinin Zelenskinin bütün ümidlərini alt-üst edən Tramp və Vensin adını çəkməyə belə cəsarət etmədən Ukrayna ilə bağlı söz yığınını oxumaq və dinləmək məcburiyyətində qaldım. Adam göz önündə olanları görməzdən gəlib bəlağətlə nağıl danışır. Avropa İttifaqının liderləri, o cümlədən Böyük Britaniyanın baş naziri ABŞ-nin yardımı, xüsusilə də silah-sursat, hərbi texnika tədarükü ilə bağlı dəstəyi olmadan Ukraynanın müqavimət göstərə bilməcəyini dilə gətirir, Əli Kərimli isə Londonun ABŞ-la Avropa İttifaqı arasında körpü funksiyasını yerinə yetirəcəyini, Qərbin parçalanmasına imkan verilməyəcəyini, Aİ-nin isə Ukraynaya sahib çıxacağını deyir. Mən Kərimli də daxil olmaqla, bu gün pərdə arxasında olan bütün qaranlıq məqamları gün işığına çıxaran, siyasi marketinq elementlərindən istifadə etmədən, Vaşinqtonun maraqları və mövqeyi ilə bağlı real mənzərəni göz önünə sərgiləyən Donald Trampın adını çəkməyə belə cəsarət etməyənlərin 2004-cü ildə necə narıncı rəngə boyandıqlarını yaxşı xatırlayıram. Ukraynanın faciələrinin əhəmiyyətli hissəsi məhz bu tarixdən, Qərbin Kiyevin mərkəzində açdığı dərin yaradan başlayır. Bu adamlar eyni ssenariləri Azərbaycana da daşımaq istəyirdilər, amma özləri ilə yanaşı onları idarə edənlərin də saxta ümidlərini Azərbaycan xalqının iradəsi separatçı-terrorçularıən əski parçası kimi ayaqlar altına atdı...

İndi yenə də utanmadan, ar etmədən Ukraynanı paramparça edən, yüzminlərin ölümünə, milyonların qaçqın və köçkün düşməsinə səbəb olan qanlı ssenariləri yenidən “demokratiya” adı altında ictimai rəyə sırımağa çalışırlar. Hansı “demokratiya”dan danışır görəsən bu təpəgözlər? Bəlkə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində 30 ilə yaxın davam edən işğala son qoyan Azərbaycana qarşı səlib yürüşünə keçən soysuzların hüquqa, ədalət prinsiplərinə meydan oxuyan addımları, səngiməyən şər-böhtan, qarayaxma kampaniyalarıdır “demokratiya”? Bəlkə insan hüquq və azadlıqları deyiləndə, yalnız Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən bir ovuc erməni yada düşməlidir? Bəlkə 30 ilə yaxın öz doğma yurduna həsrət qalan bir milyon azərbaycanlının heç bir hüququ yoxdur. Yurd demişkən, Əli Kərimli, bu YURD, o “yurd”dan deyil. Söhbət xəyanət yuvasından yox, Vətən torpağından gedir.

Elçin Mirzəbəyli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 25 Mart 2025 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see244

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see234

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see228

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see200

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see168

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see164

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see150

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see147

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see142

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see140

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see140

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see138

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see137

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see135

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see134

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see128

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see127

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see127

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see125

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri