Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycanda siyasi dialoqun yeni mərhələsi

Azərbaycanda siyasi dialoqun yeni mərhələsi

Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda siyasi dialoqun yeni mərhələsi: İqtidar və Partiyalar arasında konstruktiv əməkdaşlıq
Fevralın 25-də Prezident Administrasiyasının təşkilatçılığı ilə “Hilton Baku” hotelində keçirilən dəyirmi masa ölkədə siyasi dialoq mühitinin təşviqi və siyasi partiyalarla dövlət orqanları arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm bir hadisə kimi qiymətləndirilə bilər. Tədbirdə dövlət qurumlarının nümayəndələri, müxtəlif siyasi partiyaların rəhbərləri, media və akademik çevrələrin təmsilçiləri iştirak edərək, ölkədə siyasi sistemin inkişafına dair müzakirələr aparıblar.

Bu toplantı siyasi dialoqun dərinləşdirilməsi və inklüziv siyasi sistemin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən 2022-ci ildə qəbul edilən “Siyasi partiyalar haqqında” Qanun, partiyaların institusional güclənməsinə və siyasi səhnədə balanslı iştirakına şərait yaradır. Bu qanun ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar üçün eyni hüquq və imkanlar təmin etməklə, onların fəaliyyətini daha şəffaf və hesabatlı etməyə yönəlib.

Dəyirmi masa çərçivəsində çıxış edən Prezident Administrasiyasının rəsmisi Ədalət Vəliyev siyasi partiyaların cəmiyyətdə rolunun artırılmasının vacibliyini vurğulayıb. Xüsusilə, 2024-2025-ci illərdə baş tutan seçkilərdə siyasi partiyaların geniş iştirakı demokratik proseslərin dərinləşməsinin göstəricisi kimi qiymətləndirilib.. Burada əsas məqamlardan biri də dövlətin siyasi partiyalara maliyyə yardımı mexanizmləri və onların hesabatlılığı məsələsinin müzakirəsi olub. Bu, gələcəkdə partiyaların dayanıqlı inkişafına və onların siyasi sistemdə daha aktiv iştirakına töhfə verə bilər.

Müzakirələrdə iştirak edən partiya liderləri və təmsilçiləri də milli maraqların qorunması, ölkənin siyasi stabilliyi və demokratik inkişafı üçün açıq dialoqun davam etdirilməsinin vacibliyini vurğulanıb. Qeyd edilib ki, siyasi partiyaların bir-biri ilə və dövlət qurumları ilə konstruktiv əməkdaşlığı yalnız siyasi sistemin dayanıqlığını artırmaqla qalmır, həm də cəmiyyətin müxtəlif sosial və iqtisadi problemlərinin həllinə yönəlib.
Maraqlı məqamlardan biri də müzakirələrin konkret problemlər və onların həll yolları ətrafında aparılması olub. Xüsusilə, partiyaların seçki proseslərində fəallığının artırılması, seçki sistemində şəffaflığın və bərabər imkanların təmin olunması, siyasi rəqabət mühitinin gücləndirilməsi kimi məsələlər ön plana çıxdı. Bu, göstərir ki, hökumət və siyasi partiyalar arasında dialoq artıq formal xarakter daşımır, əksinə, praktik məsələlərin həllinə yönələn bir müzakirə platformasına çevrilməkdədir.

Son nəticə olaraq, bu görüş Azərbaycanda siyasi sistemin daha inklüziv və açıq olması istiqamətində atılan addımların davamı kimi dəyərləndirilə bilər. Əgər bu cür müzakirələr mütəmadi davam edərsə, o zaman siyasi proseslərdə daha geniş iştirakçılığın təmin olunması, siyasi plüralizmin inkişafı və demokratik institutların möhkəmlənməsi istiqamətində əhəmiyyətli nəticələr əldə etmək mümkündür. Bu baxımdan, dəyirmi masanın gələcəkdə də davamlı şəkildə təşkili və konkret nəticəyönümlü dialoqların aparılması ölkənin siyasi inkişafına mühüm töhfə verə bilər.

İsmayıl Nadirxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 27 Fevral 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see212

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see204

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see194

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see165

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see156

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see132

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see132

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see132

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see129

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see129

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see125

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see125

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see125

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see125

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see124

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see123

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see122

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri