Icma.az
close
up
RU
Siyasi şüardan real əməkdaşlıq modelinə

Siyasi şüardan real əməkdaşlıq modelinə

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

TDT-nin siyasi iradəsi ortaq layihələri strateji maraqlara çevirir

Türk dünyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində yalnız tarixi köklər, ortaq dil və mənəvi yaxınlıqla bağlı istiqamət deyil. Bu münasibətlər son illər konkret siyasi, təhlükəsizlik və iqtisadi məzmunla zənginləşərək yeni mərhələyə qədəm qoyub. Bir sözlə, “qardaşlıq” anlayışı siyasi tribunadan səsləndirilən ifadə olmaqdan çıxaraq investisiyalar, birgə fondlar, nəqliyyat və enerji layihələri, artan ticarət dövriyyəsi və qarşılıqlı iqtisadi maraqlarla müşayiət olunan real əməkdaşlıq modelinə çevrilir.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik şuralarının katiblərini qəbul edərkən səsləndirdiyi “Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur” fikri məhz bu yanaşmanın siyasi mahiyyətini ifadə edir. Burada söhbət yalnız humanitar bağlardan deyil, ortaq maraqlar üzərində qurulan uzunmüddətli strategiyadan gedir.

Bu strategiyanın artıq konkret konturları var. Müttəfiqlik sənədləri, təhlükəsizlik sahəsində koordinasiya, siyasi dialoqun intensivləşməsi, ticarət əlaqələrinin genişlənməsi və qarşılıqlı investisiyaları təşviq edən maliyyə mexanizmləri Türk dövlətləri arasında münasibətlərin yeni arxitekturasını formalaşdırır. Ortaq tarix və mədəniyyət üzərində qurulan yaxınlıq getdikcə daha praktik və institusional xarakter alır.

Azərbaycanın Türk dünyası siyasəti yalnız TDT çərçivəsində çoxtərəfli əməkdaşlıqla məhdudlaşmır. İkitərəfli münasibətlər də bu siyasətin mühüm dayaqlarından birini təşkil edir. Ayrı-ayrı türk dövlətləri ilə əlaqələrin mərhələli şəkildə müttəfiqlik səviyyəsinə yüksəldilməsi bunun aydın göstəricisidir. Bu prosesin dönüş nöqtələrindən biri 15 iyun 2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi oldu. Sənəd iki qardaş ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı, təhlükəsizlik, müdafiə, siyasi koordinasiya və digər sahələrdə əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirdi. Şuşa Bəyannaməsi ilə Azərbaycan–Türkiyə münasibətlərində illər ərzində formalaşmış strateji yaxınlıq hüquqi və siyasi baxımdan yüksək səviyyədə təsbit edildi. 

Mərkəzi Asiyanın türk dövlətləri ilə əlaqələr də xüsusi əhəmiyyət daşıyır. Qazaxıstanla münasibətlər burada önəmli yer tutur. 2024-cü il iyulun 31-də Bişkekdə Qırğızıstanla, 23 avqustda isə Daşkənddə Özbəkistanla “Müttəfiqlik münasibətləri haqqında” müqavilələr imzalandı. Sənədlər Türk dövlətləri arasında siyasi etimadın, təhlükəsizlik əməkdaşlığının və strateji koordinasiyanın institusional əsaslarını genişləndirir. 

***

Bu siyasətin ən diqqətçəkən tərəflərindən biri isə siyasi qərarların iqtisadi mexanizmlərlə müşayiət olunmasıdır. Çünki siyasi müttəfiqliyin davamlı olması üçün onun iqtisadi dayaqlarının da formalaşması vacibdir. Məhz bu baxımdan investisiya fondları, birgə layihələr, nəqliyyat və enerji bağlantıları Azərbaycanın Türk dünyası ilə münasibətlərində siyasi yaxınlığın iqtisadi məzmunla tamamlanmasına xidmət edir. Bu günədək Azərbaycan TDT ölkələrinin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoyub. Bu investisiyaların əsas hissəsi Türkiyəyə yönəlib. 

Burada investisiya fondlarının da xüsusi əhəmiyyəti var. Çünki belə fondlar siyasi iradəni maliyyə mexanizminə çevirir. “İnvestisiya edəcəyik” demək başqa, bunun üçün birgə fond yaratmaq, kapital ayırmaq və layihələr maliyyələşdirmək tamam başqa məsələdir. Özbəkistanla yaradılan investisiya mexanizmi buna yaxşı nümunədir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ümumi kapitalı 500 milyon dollardır. Bu məbləğin 160 milyon dolları üzrə investisiya istiqamətləri müəyyənləşdirilib. Daha maraqlısı isə odur ki, nəzərdə tutulan və artıq müqavilələri bağlanmış layihələrin ümumi investisiya həcmi fondun kapitalından xeyli böyükdür. Təkcə Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılıb.

Burada diqqət çəkən əsas məsələ 500 milyon dollarlıq fondun özündən daha çox, onun yaratdığı imkanlardır. Fond daha böyük investisiya portfelinin başlanğıc nöqtəsi kimi çıxış edir. Qırğızıstan istiqamətində də oxşar dinamika görünür. 2026-cı il iyulun 31-də Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin 100 milyon dollardan 200 milyon dollara çatdırılması barədə razılıq əldə olunub. 

Qazaxıstanla münasibətlərdə investisiya əməkdaşlığı da Türk dünyasının iqtisadi inteqrasiyasının mühüm elementlərindən biridir. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılan investisiya mexanizmləri artıq ayrı-ayrı iqtisadi layihələrin maliyyələşdirilməsi çərçivəsindən daha geniş məna daşıyır. Bu mexanizmlər dövlətlər arasında qarşılıqlı iqtisadi maraqları dərinləşdirir, kapitalın hərəkətini sürətləndirir və siyasi tərəfdaşlığın iqtisadi dayaqlarını gücləndirir. Başqa sözlə, ölkələr bir-birinin iqtisadiyyatına nə qədər çox sərmayə yatırırsa, onların uzunmüddətli siyasi maraqları da bir o qədər uzlaşır.

Bu baxımdan investisiya fondlarına yalnız maliyyə aləti kimi yanaşmaq düzgün olmaz. Onlar eyni zamanda siyasi etimadın institusional göstəricisidir. Dövlətlər arasında yüksək səviyyəli siyasi münasibət olmadan böyükhəcmli və uzunmüddətli investisiya mexanizmlərinin qurulması və davamlı işləməsi çətin olardı. Deməli, siyasi müttəfiqlik iqtisadi əməkdaşlığın yolunu açır, iqtisadi əməkdaşlıq isə həmin müttəfiqliyi daha dayanıqlı və praktiki məzmunla möhkəmləndirir.

Əslində, prosesin daha geniş tərəfi məhz burada başlayır. İnvestisiya və ticarət əlaqələrinin artması avtomatik olaraq nəqliyyat, logistika, enerji və rəqəmsal bağlantıların inkişafını gündəmə gətirir. Çünki kapitalın, malların və xidmətlərin hərəkəti üçün yalnız maliyyə resursları kifayət etmir. Ölkələr arasında etibarlı nəqliyyat dəhlizləri, enerji əlaqələri, kommunikasiya xətləri və çevik gömrük mexanizmləri də lazımdır. Bu, Türk dünyası daxilində əməkdaşlığın ayrı-ayrı sahələrdən vahid strateji gündəliyə doğru keçməsini şərtləndirir. Bir ölkədə həyata keçirilən investisiya digər ölkədə istehsal, logistika və ya xidmət imkanlarına bağlanırsa, artıq söhbət sadəcə ikitərəfli layihədən getmir. Belə layihələr dövlətləri iqtisadi baxımdan bir-birinə daha sıx bağlayır və ortaq maraqların coğrafiyasını genişləndirir.

***

Beləliklə, Türk dünyası ilə münasibətlərdə yeni mərhələnin əsas xüsusiyyəti siyasi yaxınlığın iqtisadi məzmunla tamamlanmasıdır. Müttəfiqlik sənədləri münasibətlərin siyasi çərçivəsini müəyyənləşdirirsə, investisiya fondları həmin münasibətlərin iqtisadi dayaqlarını formalaşdırır. Nəqliyyat, enerji və logistika layihələri isə bu iki istiqaməti birləşdirən praktiki platformaya çevrilir. Bu prosesin siyasi əhəmiyyəti məhz bundadır. 

Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur” sözlərinin siyasi çəkisi bu reallıq fonunda daha aydın görünür. Buradakı “ailə” anlayışı yalnız mənəvi və tarixi yaxınlıq demək deyil. Söhbət siyasi etimaddan, qarşılıqlı məsuliyyətdən, təhlükəsizlik maraqlarının uzlaşdırılmasından və iqtisadi bağlılığın gücləndirilməsindən gedir. Bu mənada Türk dünyasının gələcək əməkdaşlıq modelinin əsas sualı yalnız siyasi birlik və həmrəylik deyil. Əsas məsələ bu siyasi iradənin nə dərəcədə davamlı iqtisadi əlaqələrə, ortaq layihələrə və qarşılıqlı strateji maraqlara çevriləcəyidir. Azərbaycanın formalaşdırdığı xətt isə Türk dünyası ilə münasibətlərin məhz bu istiqamətdə – siyasi yaxınlıqdan daha dərin strateji və iqtisadi inteqrasiyaya doğru inkişaf etdiyini göstərir.

Pünhan ƏFƏNDİYEV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri