Icma.az
close
up
RU
Siyasi tarixdə iz qoyan 10 böyük siyasətçi ARAŞDIRMA

Siyasi tarixdə iz qoyan 10 böyük siyasətçi ARAŞDIRMA

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tarix boyu siyasət meydanında iz qoymuş liderlər, yalnız öz ölkələrinin deyil, bəzən bütün dünyanın taleyini dəyişiblər. Onların həyata keçirdiyi islahatlar, apardığı müharibələr və qəbul etdiyi qərarlar dövlət quruculuğundan beynəlxalq münasibətlərə qədər geniş sahələri əhatə edib. 


Sfera.az həm Azərbaycan, həm də dünya tarixində mühüm rol oynamış siyasətçilərin həyat və fəaliyyətini araşdırıb. 


Azərbaycanın böyük siyasətçisi Şah İsmayıl Xətai (1487–1524) Səfəvi imperiyasının qurucusu olub. Şah İsmayıl Xətai, Azərbaycan tarixinin ən mühüm siyasi liderlərindən biridir. O, 1501-ci ildə Təbrizdə taxta çıxaraq, Səfəvi dövlətinin əsasını qoyub və Azərbaycan türkcəsini dövlət dili elan edib. Səfəvi dövlətinin qurulması yalnız Azərbaycanın deyil, bütün Yaxın Şərqin siyasi mənzərəsini dəyişib. O, həm də qüdrətli sərkərdə idi və Çaldıran döyüşündə Osmanlılarla qarşılaşıb. Bununla yanaşı, Xətai dövründə elm, mədəniyyət və ədəbiyyat da inkişaf edib. 


Digər görgəmli dövlət xadimi Fətəli Xan Xoyskidir (1875–1920). Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasında mühüm rol oynayan Fətəli Xan Xoyski, Azərbaycanın ilk baş naziri olub. Onun rəhbərliyi altında 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edilib. Xoyski hökuməti Parlamentin yaradılmasına, milli ordunun qurulmasına və təhsil islahatlarına imza atıb. Onun dövründə Azərbaycan qısa müddət ərzində beynəlxalq arenada tanınıb. 
AXC-nin yaradılmasında böyük xidmətləri olan siyasət adamlarından biri də Məhəmməd Əmin Rəsulzadədir (1884–1955). Azərbaycanın milli azadlıq hərəkatının əsas simalarından olan Rəsulzadə, AXC-nin ideoloji liderlərindən biri idi. Onun rəhbərliyi altında Cümhuriyyət qısa müddət ərzində Avropa dövlətləri tərəfindən tanınaraq parlamentarizm sistemi formalaşdırıb. M.Ə.Rəsulzadə, həmçinin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarının müəllifi kimi Azərbaycan tarixində xüsusi yer tutur. 


Müasir Azərbaycanın yaradıcılarından biri, görkəmli dövlət adamı Heydər Əliyev (1923–2003) ölkəmizin siyasi həyatında əvəzsiz rol oynayıb. H.Əliyev Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəni siyasi və iqtisadi böhrandan çıxaran lider kimi tarixə düşüb. 1993-cü ildə hakimiyyətə gələndə ölkədə siyasi xaos hökm sürürdü. O, sabitliyi təmin edib, neft strategiyasını qurub və Azərbaycanın beynəlxalq nüfuzunu artırıb. Heydər Əliyevin ən böyük nailiyyətlərindən biri də 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması idi. Bu müqavilə Azərbaycanın enerji sahəsində qlobal inkişafına səbəb olub. 
Dünya tarixinə təsir etmiş böyük siyasətçilər arasında isə Napoleon Bonapartın (1769–1821) adınə çəkmək olar. Napoleon Fransa inqilabından sonra hakimiyyətə gəldi və ölkəni imperiyaya çevirdi. O, Avropanın böyük bir hissəsini işğal edərək, müharibələrinə səbəb olub. Onun ən böyük miraslarından biri Napoleon Məcəlləsidir. Bu qanunlar sistemi bu gün də bir çox ölkənin hüquq sisteminə təsir edib. Lakin 1812-ci ildə Rusiyaya yürüşü uğursuz oldu və 1815-ci ildə Vaterloo döyüşündə məğlub oldu. 


Uinston Çörçill (1874–1965) də böyük siyasi xadimlərdəndir. Böyük Britaniyanın ən güclü liderlərindən biri olan Çörçill, İkinci Dünya Müharibəsində Böyük Britaniyanı faşist Almaniyasına qarşı mübarizəyə rəhbərlik edərək qalib çıxarıb. Onun məşhur nitqləri xalqın dözümlülüyünü artırdı. Müharibədən sonra Avropada yeni dünya düzəninin qurulmasında böyük rol oynadı və NATO-nun yaranmasına töhfə verdi. 


Hindistanın müstəqillik hərəkatının lideri olan Mahatma Qandi (1869–1948) də unudulmaz siyasət adamlarındandır. Qandi, zorakılıqsız müqavimət (ahimsa) prinsipi ilə Britaniya müstəmləkəçiliyinə qarşı mübarizə aparıb. Onun duz yürüşü, boykot və vətəndaş itaətsizliyi kampaniyaları 1947-ci ildə Hindistanın müstəqilliyini təmin edib. Onun fəlsəfəsi dünyada insan haqları hərəkatlarına təsir edib. 


Adolf Hitler (1889–1945) Almaniyada nasist rejiminin qurucusu idi və İkinci Dünya Müharibəsinin başlanmasına səbəb olub. Siyasi tarixdə mənfi obraz kimi qakan Hitler ən mübahisəli siyasi fiqur kimi tanınır. Hitler dünya müharibəsinə səbəb olaraq qlobal miqyasda dağıntılara yol açıb. 
O, qısa müddət ərzində Almaniyanı iqtisadi cəhətdən gücləndirsə də, işğalçı siyasəti milyonlarla insanın ölümünə səbəb olub. Xüsusilə, Holokost siyasəti nəticəsində 6 milyon yəhudi qətlə yetirilib. 1945-ci ildə müharibəni uduzaraq, intihar edib. 


Sosializm ideologiyasından məharətlə istifadə edərək böyük dövlət yaradan siyasət adamı Vladimir Lenindir (1870–1924). Lenin 1917-ci ildə Bolşevik inqilabına rəhbərlik edərək, Çar Rusiyasını devirib və SSRİ-ni qurub. Onun kommunist ideyaları və sinfi mübarizə prinsipləri XX əsr boyunca dünyada inqilabi hərəkatlara təsir edib. O, planlı iqtisadiyyat və dövlət idarəçiliyinin əsaslarını qoyub. Lakin ölümündən sonra Stalin onun ideyalarını daha sərt formada tətbiq edib. 


İosif Stalin (1878–1953) adını tarixə yazdırmış güclü şəxslərdən biridir. O, Sovet İttifaqının rəhbəri olaraq, 1920-ci illərin sonlarından etibarən ölkədə əsaslı siyasi və sosial dəyişikliklər aparıb. Stalin 1917-ci ilin Bolşevik inqilabından sonra Leninin varisi kimi hakimiyyətə gəlib. Stalinin dövrü, xüsusilə kollektivləşdirmə, sənayeləşmə və Böyük Terror dövrü ilə tanınır. Onun rəhbərliyi altında Sovet İttifaqı böyük iqtisadi inkişaf əldə edib, lakin bu, milyonlarla insanın həyatına baha başa gəlib. İkinci Dünya Müharibəsindəki rolundan sonra Sovet İttifaqı supergücə çevrildi, lakin Stalin özü çox sərt və amansız rəhbər kimi tanınıb. Onun dövründə totalitarizm və dövlətin şəxsi həyatı nəzarətdə saxlaması ən geniş miqyasda tətbiq olunub.


Adını çəkdiyimiz siyasətçilər tarixdə silinməz iz qoyublar. Onlardan bəziləri xalqlarının azadlığı və inkişafı üçün mübarizə aparıb, digərləri isə dünya müharibələrinə və insan faciələrinə səbəb olub. 


Azərbaycan tarixində Şah İsmayıl Xətai milli kimliyi formalaşdırdı, Rəsulzadə müstəqil dövlət qurdu, Heydər Əliyev isə ölkəni sabitlik və inkişaf yoluna çıxardı. Dünyada isə Napoleon qanun sistemini dəyişdi, Çörçill Avropanı faşizmdən xilas etdi, Qandi müstəqillik üçün mübarizə apardı, Hitler və Lenin isə dünya tarixində ən mübahisəli liderlərdən oldular. 


Tarix göstərir ki, siyasətçilər xalqların və dövlətlərin taleyini müəyyən edir. Onların verdiyi qərarlar əsrlər boyunca milyonlarla insanın həyatına təsir edib. Kimisi ölkəsini zirvəyə qaldırıb, kimisi isə fəlakətə sürükləyib. Lakin bir həqiqət dəyişməz olaraq qalır: tarixi siyasətçilər yazır. 


Bəsti Rəfizadə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Mart 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri