Icma.az
close
up
RU
Dünyanın böyük problemi: sonsuzluq ARAŞDIRMA

Dünyanın böyük problemi: sonsuzluq ARAŞDIRMA

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Dünyada təxminən hər altı nəfərdən biri sonsuzluqdan əziyyət çəkir və dünyanın bütün ölkələrində bütün sosial qruplarda bu vəziyyət hökm sürür. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, maddi rifahı yaxşı olan ölkələrdə böyüklərin 17,8%-nə, orta və aşağı gəlirli ölkələrdə isə 16,5%-nə bu diaqnoz qoyulur.

Sperma sayı 100 milyondan 15 milyona endi!

ÜST sonsuzluğu “kişi və ya qadın reproduktiv sisteminin xəstəliyi, 12 və ya daha çox aylıq müntəzəm qorunmayan cinsi əlaqədən sonra hamiləliyin əldə oluna bilməməsi” kimi xarakterizə edir. Hesabatda problemə xüsusi münasibət və bu əsasda ayrı-seçkiliyə son qoyulmasının vacibliyi vurğulanır. Bəyanatda deyilir ki, sonsuzluq milyonlarla insana təsir etsə də, mövzu hələ də yaxşı öyrənilməyib, həll yolları isə yüksək xərclər, sosial stiqma və digər məhdudiyyətlər səbəbindən bir çox insanlar üçün əlçatmaz olaraq qalır.

Dünyada həm kişilər, həm də qadınlar arasında nəsilartırma qabiliyyəti hər gün bir az da azalır. Əgər ötən əsr normal bir kişidə sperma sayı 100 milyon idisə dövrümüzün kişisində bu rəqəm 15 milyondur. Kişilərdə sperma sayının sürətlə azalmasının səbəblərinə gəlincə isə, araşdırmaya görə siqaret, alkoqol, narkotik, iqlim dəyişiklikləri, qidalanma, stress kimi faktorlar əsas səbəblərdir.

Son 10 ildə bu mövzu mətbuatımızda olduqca çox müzakirə edilən mövzudur. Bəzi mütəxəssislər sonsuzluğu ekokogiya ilə əlaqələndirir, bəziləri bunun qidalar sayəsində yayıldığını deyir, bəzisi isə uşaq bezlərinin təhlükəsindən danışır, bir qisim mütəxəssis də əlüstü qidalanma kafelərində təklif olunan qidaların və içkilərin konkret olaraq sonsuzluğa səbəb olduğunu deyir.

Uşaq bezindəki təhlükə

Son 10 ilin ən dəbdə olan adətlərindən biri də anaların “pampers paradı”dır. Əgər siz cəmi 10 dəqiqə bir əczaxanada müşahidə aparsanız nə qədər uşaq bezi satıldığının şahidi olarsınız. Amma uşaq bezlərini istifadə edən valideyn ömründə bir dəfə bu bezin necə hazırlanması, nədən hazırlanması barədə maraqlanmayıb. Maraqlansa və istifadə edilmiş bezi kəsib içinə baxsa orda maye ilə islanandan sora yaranmış kiçik kristallara bənzəyən kütləni də görər və özünə sual verərdi: “Bu niyə belə olur?”.

Həkimlər də uşaq bezlərinin sonsuzluq yarada biləcəyini istisna etmir. Əksəriyyəti uşaqlara hazır bez geyindirməyin tərəfdarı deyil. Ona görə ki, hazır uşaq bezləri sintetik məhsullardan hazırlanır. Əgər pambıqdan hazırlanmış bez olsaydı, bunun zərəri olmazdı. Hazır bezlər sidiyin, uşaq ifrazatının bədənə yapışıb qalmasına səbəb olur. Təbii prosesin əleyhinədir, o ifrazat bədəndən xaric olunursa deməli, uzaqlaşdırılmalıdır. Amma bezin içində saatlarla sidiklə təmas edən dəri uşağı narahat edir.

Qadınlar geyimlərindəki təhlükədən xəbərsizdir

Ekspertlər deyir ki, qadınların uzun müddət dar şalvar geyinməsi damarların sıxılaraq qeyri-normal vəziyət almasına, və bunun nəticəsində də rəhmdə iltihablanma, göbələk, ayaqların büküm yerlərində bədən yaralarına da səbəb olur. Bu cür geyimlər mütəmadi geyinilərsə rəhm və yumurtalıq xərçənginə belə səbəb ola bilər. Daha təhklükəlisi isə çox dar geyimlərdən istifadə edən, neylon və sintetikadan ibarət “kapron” corablar konkret olaraq sonsuzluğa səbəb olur. Gün ərzində soyuq havada bu kapron corablarla gəzən qadın bütün bədəninə rütubət yığır, qadınlıq orqanları xəstələnir və sonsuzluğa addım-addım yaxınlaşır. Maraqlansaq görərik ki, bütün yeni evlənən qızlar həkim müalicəsi olmadan, iynə-dərman dəstəyi olmadan hamilə qala bilmir. Bu isə doğulacaq körpəyə zərərdir. İynə-dərmanla yetişən fabrik toyuqları kimi uşaqlar da iynə-dərmanla zorakı yaradılır.

Kişilərin dar şalvar geyməsi kişi yumurtalıqlarının bədənə daha yaxın yerdə dayanmasına səbəb olur. Yumurtalar bədəndən daha aşağı temperaturda olmalıdır, amma dar geyim onları bədənə möhkəm sıxdığı üçün bədənin temperaturu ilə uyğunlaşır. Bunun nəticəsində də sperma hüceyrələrinin hərəkətliliyi və sayı aşağı düşür. Kişilər dar şalvar və dar alt paltar geydikcə sperma yollarının tıxanmasına və bu vasitə ilə sonsuzluğun yaranmasına özləri yol açır. Eyni zamanda dar geyimdə olan kişi saatlarla o geyimdə oturaq işdə işləyirsə vəziyyət daha da təhlükəli hal alır. Dəb adı altında illərdir bu cür şalvarları istehsal etməklə demoqrafiq artıma təhlükə yaradırlar.

Energetik içkilər kişilik potensialını məhv edir

Energetik içkilərin tərkibi, bu içkilərin insan orqanizminə zərərləri barədə olduqca çox məlumatlar yayılır. Daha çox gənc nəslin istehlak etdiyi bu içkilər uşaqlara, hamilə qadınlara və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara qadağan edilir. Səbəbi çox sadədir – onun verdiyi süni enerji çox hallarda fəsad verir və ürəyin dayanmasına belə səbəb olur.

Belə ki, energetik içkilərin tərkibində “taurin” adlı maddə də olur. Bu maddə isə ürək fəaliyyətini gücləndirir və gücə düşən orqan qəfil dayanır. Energetik içkinin tərkibində olan qlükoza və kofein gənc orqanizmə olduqca zərərdır. Energetik içkilərin zərəri barədə nəinki bir qəzet səhifəsi yazı, hətta bir kitablıq araşdırma belə yazmaq olar. Qısaca qeyd edək ki, Fransa və Filippində, Norveç və Danimarka kimi ölkələrdə energetik içkinin satışına qadağa qoyulub. Çünki bu ölkələrin elmi-tədqiqat institutlarında energetik içkilərin sonsuzluğa və allergik xəstəliklərə səbəb olması barədə tutarlı tədqiqatlara imza atılıb. Almaniyada isə ümumiyyətlə energetik içkilərin istehsalı qadağan edilib.

“Cola” potensial sperm qatilidir

Bir müddət əvvəl Danimarkada yerli alimlər 2 min oğlan üzərində araşdırma aparmışdılar. Məlum oldu ki, gündəlik 1 litr “Cola” içən oğlanlarda bu içkidən istifadə etməyənlərlə müqayisədə spermanın keyfiyyəti düz 30% aşağı olur. Bunun nəticəsi ilə sonsuzluğa aparıb çıxarır.

Həmçinin qərb ölkələrinin birləşmiş həkimlər qrupu da bir neçə il boyunca məhşur içkilərin, eyni zamanda “Coca – Cola”nın sonsuzluq yaratması faktını araşdırıblar. Təbii ki, araşdırmaların nəticələri elə də ürəkaçan olmayıb. Məlum olub ki, uzun müddət kolanın qəbulu, kişilərdə və qadınlarda sonsuzluqla nəticələnir. Buna səbəb içkinin hazırlanmasında istifadə edilən “kola qozu” verir. Məlumat üçün qeyd edək ki, keçmişdə bu qoz yalnız Amerikada bitirdi və onu hindu döyüşçülərə məcburi çeynədirdilər. Çünki əsgər cinsi istəyinin ardınca gedərək ordudan yayına bilərdi. Bu qozdan hazırda bəzi ölkələrin ordusunda əsgərələrə gizli şəkildə yedirilir. “Coca-cola”nın tərkibinə əlavə edilən bu məhsul da məhz cinsi zəifliyə, dolayısı ilə sonsuzluğa səbəb olur. “Coca-cola”nən xərçəng xəstəliyi yaratması faktı isə artıq təsdiqlənib, bu barədə yazmağa ehtiyac yoxdur.

“McDonalds” bütün dünyaya sonsuzluq “bəxş edir”

Qarışqa kimi bütün dünyaya yayılan bu biznes Amerikanın büdcəsini artırmaq və dünya xalqlarına daha çox xəstəlik yaymaq üçün kurs götürüb. “McDonalds”ın bütün qidaları birmənalı olaraq insan orqanizminin düşmənidir. Təhlükəli maddələrdən ibarət yağda qızardılmış GMO-lu kartof, sıçan geni vurulmuş tərəvəz və göyərtilər, kişilik potensilaını məhv edən içkilər insan orqanizminin ən böyük düşməni olmaqla yanaşı Amerika büdcəsinin ən yaxın dostlarıdır.

Çünki dünya ölkələrində məhz bu geni dəyişdirilmiş qidalar sayəsində milyonlarla insan xəstəliyə tutulur, dolayısı ilə dünya əhalisi azalır, dərman biznesi çiçəklənir. “McDonalds”ın yeməklərinin sonsuzluq, piylənmə, allergik xəstəliklər yayması məsələsi bütün dünya ölkələrinin mətbuatında olduqca çox yazılan və müzakirə edilən mövzudur. Amma genetik modifikasiyaya uğramış məhsullarla “McDonalds”da qidalanan insanların orqanizmini necə uyğunlaşdırıblarsa bir dəfə gedən, yenə getmək istəyir. İnsan “görəsən yeməklərində asılılıq yaradan hansı maddəni istifadə edirlər?”, - deyə düşünür.

Qeyd edək ki, “tez-bazar” hazırlanan qidaların tərkibindəki kimyəvi və fiziki dəyişikliyə uğramış qarışıq maddələr bədənin müqavimətini zəiflədir. Həftədə 3-4 dəfə “fast-food”la qidalanan kişilərin 42 faizinin spermatozoidinin tərkibi digər normal qidalanan kişilərə nisbətən dəfələrlə zəifdir.

Texnologiya da sonsuzluğa səbəb olur

Nyu-York uroloqları yaşı 21-35 arasında olan çoxlu sayda kişi üzərində eksperiment apararkən onlardan 1 saat ərzində dizlərinin üzərində noutbuk qoyaraq işləmələri istənilib. Sonradan aparılan analiz kişilərin hamısında nəsil atırmaq imkanlarının azaldığını göstərib. Alimlər müəyyənləşdirib ki, bu, noutbukdan yayılan isti hava axını ilə əlaqədardır. Onlar kişilərə dizlərinin üzərində kompyuteri 11 dəqiqədən artıq saxlamamağı məsləhət bilir.

Həmçinin Argentinada aparılmış araşdırma naqilsiz internetin kişilərdə sonsuzluq yaratdığını ortaya çıxarıb. Tədqiqatçılar Wi-Fi istifadəçisi olan kişilərdə cinsi problemlərin meydana çıxdığını bildirirlər. Xüsusilə onların spermatozoidlərinin keyfiyyəti xeyli azalır. Bu isə nəhayətdə sonsuzluğa aparıb çıxarır. İlkin versiyaya görə, Wi-Fi istifadəçilərində spermatozoidlərinin keyfiyyətinin azalmasına naqilsiz qoşulma zamanı əmələ gələn elektromaqnit dalğaları səbəb ola bilər.

Eyni zamanda, mikrodalğalı sobalarda isidilən yeməklər də sonsuzluq yarada bilir. Belə sobalar yüksək nisbətdə radiasiya göndərərək qida atomlarını sürətləndirir və isinmələrini təmin edir. Bu sobanın içindəki qidaya göndərdiyi radiasiya, bir “WI-FI” şəbəkəsindəki radiasiya sıxlığının təxminən 100.000 dəfə artıqdır və dolayısı ilə sonsuzluq yaratması riski də bir o qədər çoxdur.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see214

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see210

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see161

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri