Icma.az
close
up
RU
Siyasi varisliyə gedən yolun başlanğıcı

Siyasi varisliyə gedən yolun başlanğıcı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

O zaman dünya Azərbaycanın yeni Baş nazirindən danışırdı

İndi artıq aydındır ki, mövcud BMT mexanizmləri zamanın tələbinə cavab vermir, bununla bağlı Birləşmiş Millətlər Təşkilatında islahat vacib məsələyə çevrilmişdir. Təhlükəsizlik Şurasının da islahatına ehtiyac vardır, orada da həm bu günün reallıqları, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır!

Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevin BMT Baş Assambleyasının 58-ci sessiyasındakı çıxışından

25 sentyabr, 2003-cü il.

...Mən həmin gün – 3-4 ilin söhbətidir – televiziya aparıcısı olan həmkarımızın aydın təfəkkürünə, ülgüc kimi kəsərli məntiqinə şahidlik edəndə məmnun olmuşdum. Söhbət bu tarixi hadisənin – Türk dünyasının ən nüfuzlu liderlərindən olan Prezident Heydər Əliyevin ölkəyə yeni Baş nazir təyin edilməsi haqqında 4 avqust 2003-cü il tarixli fərmanının ildönümü münasibətilə Azərbaycan Televiziyasında aparılan dialoqdan gedir. Verilişin qonağı olan siyasətçi – deputat isə demişdi ki, xalqımıza möhtəşəm uğurlar silsiləsi yaşadan İlham Əliyev prezidentlikdən əvvəl özünü Baş nazir vəzifəsində də sınamışdı. Aparıcı həmin andaca deputatın məntiqinə düzəliş edərək demişdi ki, İlham Əliyev həmin müddətdə özünü sınamamışdı, böyük dövlət xadimi Heydər Əliyevin etimadını doğrultmuş, xalqın inamını qazanmışdı.

Fikrimcə, olduqca dəyərli və yerində səsləndirilən düzəliş idi. Çünki cənab İlham Əliyev dəfələrlə xatırladıb ki, biz kiməsə nümunə göstərilmək, kiminsə xoşuna gəlmək, hansısa sınaq keçirmək və ya eksperiment aparmaq üçün deyil, birbaşa xalqın maraqlarını təmin etmək, dövlətin mənafeyini qorumaq üçün fəaliyyət göstəririk və buna naiul oluruq. Bəli, həmin tarixi fərmanın icrası zamanı da belə olmuşdu. Xatırladaq ki, 2003-cü il avqustun 4-də İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin olunmuş, bu vəzifədə az müddət ərzində işləsə də, qəbul etdiyi qərarlarla, həyata keçirməyə başladığı işlərlə ölkəyə rəhbərlik etmək bacarığına və səriştəsinə malik olduğunu bir daha sübut etdi. Elə ona görə də, həmin ilin prezident seçkilərində ulu öndər Heydər Əliyev xalqa müraciətində seçkilərdə onun siyasi varisi olan İlham Əliyevi dəstəkləməyə çağırmışdı.

Bu həmin İlham Əliyevdir ki, Baş nazir təyin edildiyi gündən az qala Prezident seçildiyi tarixədək (ondan sonra dövlət başçılarının təbrik məktubları gəlirdi) dünyanın müxtəlif siyasi mərkəzlərindən onun ünvanına təbrik məktubları gəlirdi. Dünya siyasətçiləri İlham Əliyevin yeni vəzifə tutmasını ona görə alqışlayırdılar ki, ortada on il icra edilərək dünyanın əsas siyasi qütbləri tərəfindən qəbul edilmiş Heydər Əliyev idarəçilk strategiyası var idi və həm ulu öndərin özü İlham Əliyevi siyasi varis adlandırırdı, həm də İlham Əliyev həmin siyasi kursun davamçısı olduğunu dilə gətirirdi. Dünyaya da elə sülhsevər siyasət aparan, xalqı SSRİ buxovlarından tam azad etmək üçün hərtərəfli islahatlar həyata keçirilməsini bacaran siyasi liderlər lazım idi.

Məmnunluqla xatırlada bilərik ki, Prezident İlham Əliyevin təkcə Baş nazir və dövlət başçısı olduğu dövrlərdə deyil, Baş nazirlikdən əvvəlki vəzifələrdə də – xüsusən, Azərbaycan Milli Məclisinin AŞPA-dakı daimi nümayəndəliyinin rəhbəri olaraq nümayiş etdirdiyi prinsipiallıq və qətiyyət ona təkcə ölkəmizdə və AŞPA çərçivəsində deyil, dünyanın hər yerində özünəməxsus nüfuz qazandırmışdı. Elə ona görə də dünyanın bir sıra dövlət və siyasət adamları, elm və mədəniyyət xadimləri, görkəmli şəxsiyyətlər daim İlham Əliyevin fəaliyyətinə yüksək qiymət veriblər. Azərbaycanın yeni tipli lideri haqqında deyilən– mətbuatdan seçilmiş təqdiredici fikirlərə diqqət yetirək: “Enerjili, təşəbbüskar, uzaqgörən, çox savadlı və müdrik insan” (Lütfi Zadə), “Bütün Türk dünyasının rəğbətlə qəbul etdiyi güvənli lider, siyasət aləminin yeni məfkurəli dövlət xadimi” (Akkan Suver), “Zəmanəmizin ən uğurlu liderlərindən biri” (Salome Zurabişvili), “Ölkəsinin maraqları naminə müdrik və uzaqgörən siyasət həyata keçirən lider” (Mixail Urqumov), “Müstəqil düşünən, olduqca savadlı, fiziki və mənəvi cəhətdən sağlam olan müstəqil və dünya miqyaslı dövlət xadimi” (Dmitri Kiselyov), “Regional və iqtisadi siyasət meydanında öz xalqına başçılıq edərək ölkəsini regionun ən sabit bölgəsinə çevirən rəhbər, nümunə olan bir lider” (Teresa Marqolis). Şəxsən mən bu fiklirlərin hamısı ilə razıyam.

Bütün bunlarla yanaşı o da xüsusilə vurğulanmışdı ki, İlham Əliyevin respublikamızın Baş naziri təyin edilməsi ölkə ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanmışdı. Çünki İlham Əliyev bu təyinata qədər çalışdığı bütün vəzifələrdə mükəmməl fəaliyyət nümunəsi ortaya qoymuş, məsul olduğu hər bir sahədə mühüm uğurlara imza atmışdı.

Prezident Kitabxanasının elektron resurslarında oxuyuruq ki, 2003-cü il avqustun 4-də Milli Məclisin növbədənkənar sessiyasının iclasında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi məsələsinə baxılmışdı. Təbii ki, Prezident Heydər Əliyevin bununla bağlı Milli Məclisə müraciəti respublikamızın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin mühüm bir hadisəsi idi. Yəni ulu öndərin özü qədər inandığı gənc siyasətçi və diplomat İlham Əliyevin respublikanın Baş naziri vəzifəsinə təyin olunmasına razılığın verilməsi barədə parlamentə ünvanladığı təqdimatın əsas qayəsini dövlətimizin və xalqımızın milli maraqlarının təmin olunması, qorunması təşkil edirdi.

Milli Məclisə həmin təqdimat göndərilənə qədər həm parlamentdə, həm də ölkədə hamı yaxşı bilirdi ki, İlham Əliyev bu təyinata qədər Milli Məclisin deputatı, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini kimi Heydər Əliyevin inkişaf kursunun, siyasi xəttinin həyata keçirilməsində fəal iştirak etmiş, ulu öndərin müəyyən etdiyi milli prioritetlərin reallaşmasına özünün dəyərli töhfələrini vermişdi.

Hamının yüksək intellektə və mənəvi keyfiyyətlərə malik cəsarətli siyasətçi kimi tanıdığı namizədin müzakirəsi getdiyi parlament iclasının özünəməxsus fəallıq və yüksək atmosferdə keçməsi də təbii idi. Həmin günlərin mətbuatında oxuyuruq ki, çıxış edən bütün deputatlar möhtərəm İlham Əliyevin barəsində çox dəyərli fikirlər söylədilər. Nəticədə xalqın arzularının ifadəsinə çevrilən tarixi qərar qəbul edilmişdi.

Bəzi çıxışlarda qeyd edilirdi ki, İlham Əliyevin Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin parlamentə müraciəti həm də dövlətçiliyimizin daha da qüdrətlənməsini, Azərbaycanın inkişafını, vətəndaşların yüksək sosial rifahını düşünən insanların arzularının bariz ifadəsi idi. Parlamentin həmin növbədənkənar sessiyasının iclasında çıxış edənlər də məhz bu arzuları dilə gətirdilər, seçicilərinin düşüncələrini, baxışlarını Milli Məclisdə səsləndirdilər.

Daha maraqlı olan məqamlardan biri də odur ki, Milli Məclisin 4 avqust 2003-cü il tarixli iclasında həm YAP üzvü olan, həm də müstəqil şəkildə seçilən deputatlar söz demək istəyirdilər. Ona görə də, söz demək imkanı olan natiqlərin hamısı parlamentin mütləq əksəriyyətinin demək istədiklərini söylədilər. Deputatların yekdil fikri bundan ibarət oldu ki, cənab İlham Əliyev həm şəxsi keyfiyyətlərinə, həm də keçdiyi həyat yoluna görə Baş nazir olmağa kifayət qədər hazır olan bir dövlət adamıdır və ona görə Prezident Heydər Əliyev çox müdrik bir qərar qəbul edərək, İlham Əliyevi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə tövsiyə edibdir.

Onu da xatırladaq ki, İlham Əliyevin ölkənin Baş naziri təyin olunduqdan təxminən əlli iki gün sonra – 2003-cü il sentyabrın 25-də BMT Baş Məclisinin 58-ci sessiyasındakı çıxışı dünya siyasi gündəminin əsas hadisələrindən biri olmuşdu. Belə ki, gənc müstəqil Azərbaycanın yeni Baş naziri ilk dəfə bu mötəbər tribunadakı çıxışında İraqda baş verən terror hadisələri fonunda BMT-nin fəaliyyətindəki çatışmazlıqlara diqqət çəkmiş, bu qurumda islahatların zəruriliyini böyük cəsarətlə bəyan etmişdi. Üstəlik, Azərbaycanın da terrora məruz qaldığını, amma ölkəmizin illərdir ki, terrorizmə qarşı təkbaşına savaşdığını deyən İlham Əliyev onu da bildirmişdi ki, terrorizmi törədən səbəblərin, eləcə də onun yayılması üçün münbit şərait yaradan amillərin kökü kəsilməsə, terrorizmə qarşı mübarizədə uğur heç vaxt mümkün olmayacaqdır.

Daha maraqlı məqamlardan biri də odur ki, Azərbaycanın hökumət başçısının BMT tribunasından bəyan etdiyi həmin arqument kimi, ölkəmizdə terrorizmin kökünün kəsilməsi də bir neçə gün fərqlə sentyabra təsadüf etdi. Mən bir ahıl jurnalist kimi məmnunam ki, o zaman Baş nazir olan İlham Əliyev 22 il əvvəl BMT tribunasından dediyi “terrorizmi törədən səbəblərin kökünün kəsilməsi zərurəti” barədə çağırışlar 2023-cü ilin sentyabrında – 23 saatlıq antiterror əməliyyatı nəticəsində günün reallığına çevrimişdir. Yəni o, Baş nazir olarkən dediklərini Prezident kimi günün reallığına çevrilmişdir.

“Dəmir yumruğun” qüdrətli, zəfərlərin uğurlu olsun, Azərbaycan!

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see355

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see300

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see287

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see262

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see259

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see256

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see250

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see250

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see242

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see236

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see234

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see216

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see211

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see207

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see207

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see203

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see201

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see195

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri