Icma.az
close
up
RU
Siyavuş Novruzov: “Aprel döyüşləri Zəfərimizin başlanğıcıdır”

Siyavuş Novruzov: “Aprel döyüşləri Zəfərimizin başlanğıcıdır”

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Zəngin dövlətçilik tarixinə, bənzərsiz - unikal milli-mədəni irsə malik olan Azərbaycan xalqı müxtəlif dövrlərdə bir çox mürəkkəb hadisə və proseslərlə üzləşib. Xalqımız ən ağır sınaqlardan belə öz iradəsi və gücü əsasında şərəflə, ləyaqətlə və müvəffəqiyyətlə çıxmağı bacarıb, tarix yazaraq bəşəriyyətin tarixi yaddaşına əbədi həkk olunub. Bunlardan biri də hərb tariximizin qürurverici səhifəsi olan Aprel döyüşləridir. 9 il əvvəl - 2016-cı ildə işğalçı Ermənistanın təcavüzkar silahlı birləşmələrinin təxribatı nəticəsində baş vermiş hərbi qarşıdurma - Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin inamlı qələbəsi ilə nəticələndi. Baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etdilər. Şanlı Aprel qələbəsi eyni zamanda qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirib: “Aprel döyüşlərindən 4 il sonra - Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi və öz tarixi missiyasını uğurla yerinə yetirməsi 30 illik ədalətsizliyə və torpaqlarımızın hərbi-siyasi əsarətinə son qoydu. Beləliklə, qürurlu tarixə malik olan Azərbaycan Ordusu bu gün özünün ən şanlı mərhələsini yaşayır. Bu gün Azərbaycanın timsalında bir daha əmin oluruq ki, güclü ordu dövlətin müstəqilliyinin qarantıdır. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa və cansağlığı arzulayıram. Yaşasın Müzəffər Ali Baş Komandanımız, var olsun qalib Azərbaycan!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Aprel 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see234

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see121

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see119

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see119

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see119

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see119

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see118

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see117

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see117

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see116

Mərkəzi Elmi Kitabxana 2025 ci ilin altı ayı üzrə hesabat verib

02 İyul 2025 18:28see116

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see116

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see114

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see114

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see114

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see114

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see114

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see112

31 il ötdü...

03 İyul 2025 07:57see112

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri