539 “Şahed”, 10 "İsgəndər" raketi... Rusiyadan Kiyevə amansız zərbə VİDEO
Icma.az bildirir, Bakupost portalına istinadən.
Ötən gecə Rusiya Ukrayna ərazisinə 550 PUA ilə hücum edib. Hücumlar xüsusilə, Kursk, Şatalovo, Orel, Bryansk, Millerovo, Primorsko-Axtarsk istiqamətlərindən buraxılmış 539 “Şahed” tipli zərbə dronları və müxtəlif növ imitasiya dronları ilə edilib.
Bakupost.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalında bildirildiyinə görə, Rusiyanın Lipetsk vilayətinin hava məkanından 1 ədəd X-47 M2 “Kinzhal” aero-ballistik raketi, Bryansk vilayətindən 6 ədəd “İsgəndər-M/KN-23” ballistik raketi və Kursk və Voronej vilayətlərindən 4 ədəd “İsgəndər-K” qanadlı raketi buraxılıb.
Ukraynanın daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, Kiyevdə gecə baş verən hücum nəticəsində artıq 20-dən çox yaralı var.
Solomyanski rayonunda beşmərtəbəli yaşayış binası qismən dağılıb, yeddimərtəbəli binanın damı yanıb. Həmçinin mülki infrastruktur ziyan görüb.
Svyatoşin rayonunda 14 mərtəbəli yaşayış binasına raket zərbəsi endirilib,binada yanğın baş verib.
Aysel,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 İyul 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















