Icma.az
close
up
RU
Siyəzən sakinləri icra başçısının fəaliyyətindən narazıdır... ŞİKAYƏT

Siyəzən sakinləri icra başçısının fəaliyyətindən narazıdır... ŞİKAYƏT

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Siyəzən rayon, Şamil Baxşıyev küçəsinin bir qrup sakini tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər qəzetimiz vasitəsilə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, İnsan Hüquları üzrə müvəkkil Səbinə Əliyevaya, Baş nazir Əli Əsədova, Baş prokuror  Kamran Əliyevə və Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıblar:

"Cənab Prezidnet!

Hörmətli xanımlar və cənablar!

Biz, Siyəzən rayonu, Şamil Baxşıyev küçəsinin sakinləri olaraq, artıq təngə gəlmişik. Hara, kimə şikayət edəcəyimizi bilmirik. Açıq şəkildə şikayətimizə baxılmır...

Azərbaycan Respublikası Konstitusiyasnın 57-ci maddəsinin 1 və 2-ci bəndlərini rəhbər tutaraq, Sizlərə şikayətimizi media vasitəsilə bildiririk. Şikayətimizin məzmunu əsasan 3 hissədən ibarətdir və sözügedən problemlər bir vətəndaş və rayon sakini kimi, bizim üçün mülki təhlükəsizlik və sanitar epitemoloji baxımdan mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, biz öz problemlərimiz barədə iki dəfə Siyəzən Rayon İcra Hakimiyyətinə kollektiv şəkildə müraciət ünvanlamışıq. Lakin məsələ ilə bağlı heç bir tədbir görülməmişdir. Yəni vətəndaşların problemləri ya bilərəkdən, ya da məsuliyyətsizlikdən gözardı edilməkdədir.

İlk növbədə məlumat üçün Sizə bildiririk ki, bir neçə ay bundan qabaq güclü yağış yağması ilə əlaqədar olaraq, Siyəzən rayonunda çox ciddi fəsadlar, dağıntılar meydana gəlmişdir. Bəzi küçə və məhəllələr fərqli şəkillərdə zərər görmüş və vətəndaşların mülkiyyətinə ziyan dəymişdir. Bu təbii fəlakət bizim yaşadığımız Şamil Baxşıyev küçəsindən də yan keçməmişdir. Belə ki, yağan güclü yağış zamanı bizim küçədə yerləşən evlər suyun altında qalmış və əmlaklarımız mülki baxımdan zərərlə üzləşmişdir.

Fəlakətdən sonra Siyəzən Rayon İcra Hakimiyyəti rəhbərliyi bizim küçəyə baxış keçirdi və baş verən fəsadların aradan qaldırlması və gələcəkdə baş verə biləcək fəsəadlara qarşı tədbir görüləcəyi barədə bizi əmin etsələr də, məsələ ilə bağlı heç bir təbir görülmədi. Qeyd edək ki, sel sularına qarşı bizim yaşadığımız ərazidə ən azı iki ədəd minlik "patron turba" basdırılmaldır ki, gələcəkdə güclü yağış zamanı əvvəlki kimi yağış suları sakinlərin mülkünə zərər vurmasın, həyətyanı sahələr su altında qalmasın. Bu, çox mühüm məsələdir, bu məsələyə laqeyd yanaşmaq vətəndaşların mülkiyyətinə bilərəkdən ziyan vurmağa şərait və zəmin yaratmaqdır.

Cənab Prezidnet!

Hörmətli xanımlar və cənablar!

Bundan əlavə, ərazidə məişət tullantılarının boşaldılması üçün zibil qutusu konteyneri yoxdur. Sakinlər tullantıları boşaltmaq üçün öz şəxsi maşınlarından isitfadə edirlər. Qalan sakinlər də tullantıları çox uzaq məsafələrə boşaltmış olur. Əraziyə zibil konteyneri təyin edilməsi şərtdir. Çünkü ərazidə pərakəndə boşaldılmış məişət tullantıları antisanitar vəziyyət yaradır, bu da biz sakinlərin sağlamlığı üçün təhlükə yaradır.

Xatırladaq ki,  Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin 1-ci bəndinə əsasən, “Hər kəsin sağlam ətraf mühütdə yaşamaq hüququ vardır”. Bunun təşkil edilməsi və nəzarəti Siyəzən Rayon İcra Hakimiyyətinin üzərinə düşür. Biz, bir vətəndaş kimi, tullnatılar üçün boşuna ödəniş edirik, çünki zibilin boşaldılması və daşınması üçün heç bir tədbir görülmür.

 Onu da qeyd edək ki, bizim küçəyə asfalt örtüyü döşənməsi gərəkir. Yerləşdiyimiz ərazinin hər tərəfinə asfalt döşəndiyi halda, bizi sanki təcrid etmişlər kimi, 300 mtr məsafəyə asfalt örtüyü döşənməmişdir. Bunun adını nə qoymaq olar, biz deməyə söz tapa bilmirik. İş icra edildiyi zaman tam şəkildə icra edilməlidir. Buna da yenə Siyəzən Rayon İcra Hakimiyyəti nəzarət edir. Bu, açıq şəkildə qanuna ziddir və vətəndaşlara qarşı hörmətsizlik hesab olunur.

Yerli İcra Hakimiyyəti Haqqında Əsasnamənin 3.7.2-ci bəndinə əsasən, Yerli İcra Hakimiyyəti orqanı müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasının təmin edilməsində iştirak edir. Həmin qanunun 3.7.3-ci bəndinə əsasən, Yerli İcra Hakimiyyəti orqanı məişət tullantılarının yığılması daşınması zərərsizləşdirilməsi üçün tədbir görülür. Həmin qanunun 3.9.10-cu bəndinə əsasən, Yerli İcra Hakimiyyəti orqanı yaşayış məntəqələri ərazilərinin abadlaşdırlmasını təşkil edir. 4.9.14-cü bəndinə əsasən, Yerli İcra Hakmiyyəti orqanı  yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlayır və həyata keçirir. Həmin qanunun 4.9.17-ci bəndinə əsasən, Yerli İcra Hakimiyyəti oqanı  müvafiq ərazidə məişət tullantılarının yığılması üçün konteyner meydançalarının yerləşdirilməsi və yenidən qurulması üzrə ünvanlı proqramları təsdiq etmək və həmin proqramların icrasına nəzarəti həyata keçirir.

Sonda qeyd etmək istəyirik ki, Yerli İcra Hakimiyyəti Haqqında Əsasnamənin 5.1.8-ci bəndinə əsasən,  “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək hüququ və vəzifəsi olsa da, bu vəzifə icra edilməmişdir, etdiyimiz yazılı müraciətlərə baxılmamış və heç bir tədbir görülməmişdir.

Bütün qeyd olunanlara əsasən, Sizdən xahiş edirik ki, problemlərimizin həlli üçün, başda Siyəzən Rayon İcra Hakimiyyəti olmaqla, lazımı orqanlara ciddi göstəriş verəsiniz".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı qeyd olunan qurumun mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri