Icma.az
close
up
RU
SİYƏZƏNDƏ YENİ TİKİLİLƏR GÖZ OXŞAYIR

SİYƏZƏNDƏ YENİ TİKİLİLƏR GÖZ OXŞAYIR

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın hər bir rayonu demək olar ki, günbəgün dəyişir, inkişaf edir və orda böyük abadlıq, quruculuq işləri görülür. Hətta Sovet dönəmində belə qaz, asfalt olmayan ucqar dağ kəndlərinə asfalt yol salınıb və qaz çəkilib. Bir sözlə, bütün rayonlarımızda yeni infrastruktur, yeni tikililər, milli və şərq memarlıq üslubuna uyğun binalar inşa olunur. Ölkəmiz bəlkə də dünyada yeganə məmləkətdir ki, müharibə dövrünü  yaşayıb, 30 ildən çox  torpaqları işğal altında olub, amma bununla paralel olaraq ölkəmizdə çox möhtəşəm və insanları heyrətə gətirən sosial obyektlər, məktəblər, uşaq bağçaları, xəstəxanalar və digər binalar tikilib. 

Əlbəttə, bunları həyata  keçirmək elə də asan məsələ deyildi. Çünki Azərbaycan bir tərəfdən işğal altında olan  20 faiz torpaqlarını azad etməli  idi və bir tərəfdən də şəhərlərdə, rayonlarda, qəsəbələrdə və kəndlərdə yenidənqurma və abadlıq işlərinə start  verməli idi. Bunu isə gerçəkləşdirmək elə də asan vəzifə deyildi. Ona görə də Ulu Öndər Heydər Əliyev  ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gələndən sonra məmləkətimiz siyasi, iqtisadi və hərbi cəhətdən daha da möhkəmləndi. Beynəlxalq səviyyəli layihələrin, xüsusilə də neft və qaz sektoru ilə bağlı proqramların həyata keçirilməsi və dünyanın məşhur şirkətlərinin bu işə cəlb edilməsi ölkəmizə milyardlarla dollar xeyir gətirdi. Həmin vəsaiti isə düzgün istiqamətləndirmək və təyinatı üzrə xərcləmək hər bir vəzifə sahibindən  yüksək peşəkarlıq və məsuliyyət tələb  edirdi. Ulu Öndər  Heydər Əliyevin də həyata keçirdiyi  güclü iqtisadi-siyasət nəticəsində demək olar ki, ölkəmizin  büdcəsi  ilbəil artdı, hərbi və sosial sahədə çox böyük islahatlar həyata  keçirildi. 

Təbii ki, bu abadlıq işləri Siyəzən rayonundan da yan keçmədi. Bu rayonda da Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə və prezident İlham Əliyevin 20 ildən çox fəaliyyəti müddətində böyük sosial layihələr, abadlıq, quruculuq və yenidənqurma işləri gerçəkləşdirildi. 

Siyəzən həm də kənd təsərrüfatı rayonu olub. Düzdur, burda sənaye müəssisələri də fəaliyyət göstərib. Amma onun iqtisadiyyatında tərəvəzçilik, heyvandarlıq, quşçuluq və digər istehsalat sahələri önəmli əhəmiyyət kəsb edib. Hər bir  rayonda ilk növbədə abadlıq işləri görülərkən yolların asfalt örtüyünün çəkilməsinə, işıq, qaz və su xətlərinin yenidən inşa edilməsinə  böyük diqqət yetirilir. Siyəzəndə də heç kimə sirr deyil  ki, Sovet dönəmində bir çox sosial problemlər  mövcud idi. Kəndlərdə və yaşayış məntəqələrində yollar bərbad vəziyyətdəydi. Hətta bəzi yerlərdə xəstəxana, məktəb yox idi. Olan  kəndlərdə isə bir o qədər də dövrün tələblərinə cavab vermirdi. Amma buna baxmayaraq, həyata keçirilən böyük sosial-iqtisadi  proqramlar hesabına  rayonun nəinki mərkəzində, hətta ucqar kəndlərində belə müasir tələblərə cavab verən asfalt yollar çəkildi, işıq, qaz, su xətti yenidən inşa edildi, xəstəxanalar, məktəblər və uşaq  bağçaları tikildi. Bununla yanaşı, həmin sosial  obyektlərdə insanlara göstərilən  tibbi xidmətin  səviyyəsi də yüksəldi. Bir vaxtlar həkim çatışmazlığı olan kəndlərdə müasir tələblərə cavab verən xəstəxanalar istifadəyə veriləndən sonra ora yeni savadlı həkimlər  işləməyə gəldilər. Əlbəttə, o  yerdəki hər hansı adamın fəaliyyəti üçün normal  şərait yaradılır, böyük imkanlar açılır, istər-istəməz həmin ünvanlara mütəxəssislər də həvəslə gəlirlər. 

Siyəzən şəhərinin mərkəzinin isə özünəməxsus bir gözəlliyi, bir füsünkarlığı və bir ecazkarlığı var. Çünki burda bir-birindən gözəl parklar, xiyabanlar, istirahət mərkəzləri açılıb. Əlbəttə, bu parklar və istirahət mərkəzləri də insanların ürəkləri istədiyi məkanlardır. Həm də burda son illər  yüzlərlə müxtəlif ağaclar, güllər, bəzək kolları əkilib. Rayonda bir çox yerlərə müasir standartlara cavab verən asfaltla  yanaşı, daş örtüklər də döşənib. Təbii ki, şəhərdə inşa edilmiş bu obyektlər insanların istər-istəməz diqqətini cəlb edir. Amma  insanların ən çox diqqətini cəlb edən Heydər parkıdır. Çünki bu parkda son illər daha böyük yenidənqurma və tikinti işləri həyata  keçirilib. İstər-istəməz adam  parka daxil olanda gözəlliyin, yaşıllığın, gülün-çiçəyin gözəlliyini hiss edir. Aydındır ki,  bu parkda istirahət etmək və dincəlmək siyəzənlilərə böyük zövq verir. 

Parkda nəvəsi ilə istirahət edən yaşlı bir kişi  ilə - Hüseyn Hüseynovla tanış oluruq. Məlum olur ki, Hüseyn  kişi uzun müddət neft sənayesində işləyib.  Çox əziyyət çəkib və bəhrəsini də görüb. Deyir ki, indi təqaüddəyəm, yüksək də pensiya alıram. Nə oğula ehtiyacım qalır, nə də qıza. Əksinə, mən onlara kömək edirəm. Nəvəmin ikisi universitetdə oxuyur, onlara hər ay öz halal  pensiyamdan pul göndərirəm. Amma onlar da məni çox istəyir ey, bir də görürəm rayona gələndə  mənə və yoldaşıma nəsə hədiyyə alıb gətirirlər. Deyirəm, ay mənim əziz nəvələrim, sizin hədiyyənizə ehtiyacım yoxdur, elə yaxşı oxuyun, xoşbəxt yaşayın, bunlar  mənim üçün hədiyyədən də qiymətlidir. Nəvələrim isə deyirlər ki, baba, sənin pulun çox bərəkətlidir, xərcləyirik qurtarmır. Biz də istəyirik ki, sənin qəlbincə hərəkət edək. Hüseyn kişi onu da deyir ki, təkcə bu  parkda istirahət edən onun kimi yaşlı adamlar deyil, uşaqlar, məktəblilər və digər insanlar da bu parka  istirahətə gəlirlər.

Odur ey, o kişini  görürsən, Lətifi deyirəm, mənim qonşumdur. O da uzun müddət  tərəvəzçiliklə məşğul olub. Lətif kişiylə də tanış oluruq. Məlum olur ki, o da pensiyaçıdır, amma  yenə iş-güclə məşğuldur. Lətif kişi deyir ki, oğul, mən işsiz dayana  bilmirəm, bu yaşımda kənddə mal-qoyun saxlayıram. Şükür Allaha, dolanışığımız lap yaxşıdır. Südümüzü, qatığımızı özümüz yeyirik, artıq qalanını bazara  çıxarıb satırıq.

Siyəzəndə kiminlə görüşdüksə, bu abadlıq və quruculuq işlərinə görə Ulu Öndər Heydər Əliyevə və prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlar dedilər ki, bu gün rayonda yenə çox böyük abadlıq və quruculuq işləri görülür, bunlar hamısı bizim firavan həyatımız üçündür. Şükürlər  olsun ki, bu gün müharibə yoxdur, şəhid vermirik və qulağımız da dincdir. Bu xoşbəxtliyə görə göydə Allaha, yerdə də Prezidentimizə minnətdarıq!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Aprel 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri