Icma.az
close
up
RU
“Siz Çini gözdən salmaq istəyirsiniz“: İsrailin BMT dəki addımı Pekində qəzəb doğurub“ İsrail mətbuatı

“Siz Çini gözdən salmaq istəyirsiniz“: İsrailin BMT dəki addımı Pekində qəzəb doğurub“ İsrail mətbuatı

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Pekin Tel-Əvivin insan haqları bəyanatına qoşulmasına sərt reaksiya verib..."

Pekin İsrailin BMT-də Çində insan haqlarının pozulmasını pisləyən birgə bəyanata qoşulmasını kəskin tənqid edib. Çin rəsmiləri bu addımı "faktların inkarı" və "Çini qaralama cəhdi" kimi qiymətləndirir.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

İsrailin qeyri-adi addımı Pekini hiddətləndirib

Nəşr yazır ki, İsrail diplomatiyası adətən belə sənədlərə qoşulmaqdan çəkinib və bu, Təl-Əviv üçün gözlənilməz kurs dəyişikliyi sayılır. Bəyanat noyabrın 21-də ABŞ-ın təşəbbüsü ilə dərc olunub və ABŞ, Böyük Britaniya, Yaponiya və Avstraliya da daxil olmaqla 15 ölkə tərəfindən imzalanıb. İsrail son illərdə bu cür sənədlərə yalnız bir neçə dəfə, sonuncu dəfə 2021-ci ildə qoşulub.

"İnsan haqları bəhanədir, məqsəd Çini gözdən salmaqdır"

Çin hökuməti bildirib ki, ölkə "insan haqlarının qorunmasına böyük önəm verir, bu sahədə tarixi irəliləyiş əldə edib və milli reallıqlara uyğun siyasət yürüdür". Pekinin bəyanatında xüsusilə vurğulanır ki, bəzi dövlətlər "insan haqlarına qayğı" adı altında Çinə böhtan atır, onun daxili işlərinə kobud müdaxilə edir və beynəlxalq hüququ pozurlar. Bildirilib ki, bu kampaniya "əsassız ittihamlar" üzərində qurulub və məqsəd Çinlə bağlı mənfi rəyi beynəlxalq gündəmdə saxlamaqdır.

BMT bəyanatında hansı ittihamlar var?

Bəyanatı imzalayan ölkələr Çində etnik və dini azlıqlara qarşı sistemli təzyiqlərdən dərin narahatlıq ifadə edirlər. Sənəddə aşağıdakılar qeyd edilir: əsassız həbslər, məcburi əmək, qanunsuz kütləvi nəzarət, dini və mədəni azadlıqların məhdudlaşdırılması.

Sənəddə xüsusilə uyğurlar, digər müsəlman azlıqlar, xristianlar, tibetlilər və Falunqun təlimini yayan şəxslərin təqib olunduğu vurğulanır. Həmçinin uşaqların ailələrindən ayrılması, işgəncələr və mədəni irsin məhv edilməsi halları da qeyd olunur.

Bəyanatı imzalayan ölkələr Çini insan haqlarını həyata keçirdiyinə görə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırır və beynəlxalq hüquqa tam riayət etməyə dəvət edir. Sənəddə həmçinin Honq-Konqdakı vəziyyət - fəallara qarşı regiondan kənarda verilən orderlər və cərimələr xüsusi narahatlıq doğuran məsələ kimi göstərilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri