Icma.az
close
up
RU
Siz gəlib bizi yetim qoydunuz

Siz gəlib bizi yetim qoydunuz

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar artist Mehriban Xanlarova AzDrama-nın bədii rəhbər Mehriban Ələkbərzadə haqqında daha bir açıqlama yayıb.

Axşam.az xəbər verir ki, aktrisa bu dəfə M.Ələkbərzadənin səhhətində ciddi problem olan Əməkdar artist Rəşaq Bəxtiyarovla maraqlanmadığını iddia edib:

"Mehriban Ələkbərzadə, teatrımızın dəyərli aktyoru, Əməkdar artist Rəşad Bəxtiyarov uzun müddətdir ki, səhhəti ilə ciddi mübarizə aparır. Siz isə teatrın bədii rəhbəri olaraq onun vəziyyəti ilə maraqlanmaq üçün hansı faciənin baş verməsini gözləyirsiniz?

Bir rəhbərin borcu sənət adamlarının qayğısına qalmaqdır. Lakin siz şəxsi maraqlarınızı qorumaqla, kollektiv daxilində cavan nəsillə yaşlı nəsil arasında süni qarşıdurmalar yaratmaqla, aktyorlardan tutmuş texniki İşçilərə qədər hər kəsə kobud davranmaqla və onları psixoloji basqı, qorxu altında saxlamaqla məşğulsunuz.

Sizin işçilərə qarşı laqeyd münasibətiniz artıq təhlükəli həddə çatıb. Sağlam əməkdaşlar sizin üçün görünməz, xəstələr isə yaddan çıxmış rollardır. Çünki sizin başınız teatrı yaşatmağa yox, onu şəxsi hərisliyinizin fonunda idarə etməyə qarışıb. Ən acısı isə odur ki, Rəşad Bəxtiyarov sizin tələbəniz olub. Heç vicdanınızın səsini eşitmirsiniz? Heç onun halını soruşmaq yadınıza düşmür? Əgər illərlə yanınızda sənət öyrənmiş bir insana bu cür biganəsinizsə, digərlərinə nə edəcəyinizi yalnız Allah bilir.

Dahi şairimiz Bəxtiyar Vahabzadənin gözəl bir kəlamı var: Göydə axtarmasın Allahı insan, hər kəsin vicdanı öz Allahıdır. Siz bu teatra gəlməmişdən əvvəl burada doğmalıq var idi, səhnə bizim evimiz, sənət isə ailəmiz idi. Amma siz gəldiniz və bizi yetim qoydunuz – öz teatrımızda ögey, doğma ocağımızda isə yad kimi qarşılandıq. Haqlarımız tapdalandığı üçün mübarizə aparmağa məcbur qaldıq. Sənət məbədi nifaq yuvasına çevrilməməlidir, lakin sizin idarəçiliyiniz bu müqəddəs məkanın divarlarına çat saldı. Sənətkarın sağlığı, teatrın taleyi sizin üçün önəm daşımırsa, o zaman siz bu sənət məbədinin rəhbəri deyil, yalnız qaranlıq bir tamaşanın rejissorusunuz!

Yaxın günlərdə sizin fəaliyyətinizlə bağlı önəmli faktları ictimaiyyətə açıqlayacağam. Hazırda susmağım səssizlik deyil, sadəcə, uyğun vaxtı gözləyirəm. Həmkarım Rəşad Bəxtiyarovun səhhəti mənə və onu sevən tamaşaçılara önəmlidir. Buna görə də biganə qala bilməzdim! Çünki sənət fədakarlıq tələb edir, laqeydlik yox”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://axsam.az
archiveBu xəbər 23 Mart 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri