Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət

Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığını deyir. Problemi həll etmək üçün sizdən SMS-lə gələn kodu deməyinizi, linkə daxil olmağınızı və ya vəsaiti “təhlükəsiz hesaba” köçürməyinizi xahiş edir.

İlk baxışda hər şey inandırıcı görünə bilər. Əslində isə bunun dələduzluq olduğunu necə anlamaq olar?

Suallarımızı Kapital Bank-ın Təhlükəsizlik departamentinin direktor müavini Emil Qasımov cavablandırır.

- Bu gün maliyyə fırıldaqları necə işləyir və fırıldaqçılar insanları necə inandırırlar?

- Beynəlxalq və yerli təcrübə göstərir ki, fırıldaqçıların, dələduzların əsas hədəfi banklardan çox müştərilərdir. Bunun üçün ən təsirli vasitələrdən biri sosial manipulyasiyadır. Fırıldaqçı özünü bank əməkdaşı, texniki dəstək mütəxəssisi, dövlət qurumunun nümayəndəsi və ya başqa etibarlı şəxs kimi təqdim edə bilər. Sonra isə insanı məlumat verməyə, linkə daxil olmağa, kodu paylaşmağa və ya hesabındakı pulu hansısa hesaba köçürməyə sövq edir.

Dələduzların məqsədinə çatmasının səbəbi sadədir. İnsan normal vəziyyətdə etməyəcəyi bir hərəkəti psixoloji qorxu və təzyiq altında daha tez edir. Məsələn, “hesabınız təhlükədədir”, “kartınızdan şübhəli əməliyyat aparılıb”, “indi təsdiqləməsəniz hesabınız bağlanacaq”, “adınızdan terrorçuluğun maliyyələşdirilməsi üçün vəsait köçürülüb” kimi ifadələr insanın diqqətini problemin özünə yox, problemi dərhal həll etməyə yönəldir. Daha bir ssenaridə isə dələduz qurbanına qazanc vəd edə bilər: “bu fürsət yalnız bu gün keçərlidir”, “indi ödəniş etməsəniz gəliri itirəcəksiniz” kimi təkliflər insana seçim şansı vermir. Ona görə mən ilk növbədə qarşı tərəfin dediklərinə yox, yaratdığı təzyiqə diqqət etməyi tövsiyə edərdim.

Beynəlxalq praktikada da bu yanaşma var. Məsələn, “FBI” bank hesablarının ələ keçirilməsi hallarının sosial mühəndislik, saxta zənglər, mesajlar və bankı təqlid edən saytlarla həyata keçirildiyini bildirir. “UK Finance” isə müştərinin özünün ödənişi təsdiqləməyə inandırıldığı halların artdığını qeyd edir. Yəni dələduzun ən güclü silahı insanın həmin anda düzgün qərar verməsinə mane olmaq qabiliyyətidir. 

- Hansı məqamlar insanlarda dərhal şübhə yaratmalıdır?

- Mən xüsusilə dörd siqnala diqqət etməyi tövsiyə edərdim. 

1. Sizi tələsdirirlərsə: “indi edin”, “telefonu bağlamayın”, “bir neçə dəqiqəyə gec olacaq” kimi ifadələr düşünməyə və məlumatı yoxlamağa imkan verməmək üçün istifadə olunur. 

2. Sizdən məxfilik tələb edirlərsə: “bunu heç kimə deməyin”, “banka bu barədə danışmayın”, “ailənizə bildirməyin” kimi tələblər ciddi xəbərdarlıq siqnalıdır. Fırıldaqçı insanın vəziyyəti başqa biri ilə məsləhətləşməsini, bölüşməsini istəmir.

3. Pulunuzu qorumaq adı ilə başqa yerə köçürməyinizi istəyirlərsə: Bank əməkdaşı və ya dövlət qrumunun nümayəndəsi olaraq sizə zəng edib vəsaiti “təhlükəsiz hesaba” köçürməyi tələb edən, xüsusən də depozit hesabınızdakı vəsaiti nağdlaşdırıb ödəniş terminallarından hansısa hesaba göndərməyi tələb edən şəxslərə qətiyyən inanmayın. Bu məqamlar dələduzluğun əsas əlamətlərindən biridir. 

4. Ən vacibi sizdən məxfi məlumat və ya təsdiq kodu istəyirlərsə: kartın 16 rəqəmli PIN nömrəsi, CVV- kodu, karta təyin edilən parol və SMS-lə gələn birdəfəlik təsdiq kodu başqa şəxslə paylaşılmamalıdır. Burada sadə bir prinsip var: sizdən hansısa məlumat və ya hərəkət tələb olunursa, əvvəlcə onun nə üçün lazım olduğunu özünüz anlamalısınız. Əks halda əməliyyatı davam etdirmək əvəzinə Kapital Bank-ın da dediyi kimi “Dayanın, Düşünün, Dəqiqləşdirin” yəni, öz bankınızla əlaqə saxlayın və əmin olmadan qərar verməyin. 

- Bəs zəng edən şəxsin həqiqətən bank əməkdaşı olduğunu necə yoxlamaq olar?

- Kiminsə “Bankdan zəng edirəm” deməsi və ya özünü hansısa güc strukturunun vəzifəli şəxsi kimi təqdim etməsi, həmçinin bankın adını bilməsi, sizin bəzi məlumatlarınıza sahib olması və ya ekranda tanış nömrənin görünməsi onun həqiqətən qeyd edilən şəxs olduğunu sübut etmir. Hətta sizə dost tanışınızdan adət etmədiyiniz mesaj və ya zəng gələ, onun adı, hətta səsi ilə sizinlə danışa bilərlər. Ona görə şübhəli zəng zamanı ən doğru addım danışığı dayandırmaq, adı çəkilən şəxs və ya qurumla rəsmi kanllarından əlaqə saxlamaqdır. Sizə zəng edən şəxsin verdiyi nömrəyə geri zəng etmək isə qətiyyən olmaz. 

Kapital Bank və ya Birbank adından gələn zənglər üçün bu mexanizm daha rahatdır. Məsələn, Kapital Bank və ya Birbank adından sizə zəng gəlibsə, danışdığınız şəxsdən Birbank tətbiqinə onun bank əməkdaşı olduğunu təsdiqləyən bildiriş göndərməsini tələb edə bilərsiniz. Əgər şəxs həqiqətən bank əməkdaşıdırsa, Birbank tətbiqində bunu təsdiqləyən bildiriş görünür. Bildiriş gəlmirsə, danışığı sonlandırmaq lazımdır.

Eyni prinsip SMS və mesajlara da aiddir. Sizə bank adından link göndərilibsə, həmin linkə daxil olmaq əvəzinə bankın tətbiqindən və ya özünüz bildiyiniz rəsmi kanaldan yoxlama aparın. Çünki bu gün saxta saytların, mesajların və hətta bankı təqlid edən rəqəmsal kanalların hazırlanması kifayət qədər asandır. Yəni, müasir dünyada “çox real görünür” artıq “realdır” demək üçün kifayət qədər əsas deyil.

- Bəs OTP kodunu vermək niyə bu qədər təhlükəlidir?

- OTP kodu verməyənədək istənilən dələduzluğa müdaxilə etmək mümkündür. Yəni, o kod bu qədər güclü açardır. Ona görə də OTP-ni sadəcə “SMS-lə gələn üç-dörd rəqəm” kimi qəbul etmək düzgün deyil. Bu kod müəyyən giriş və ya əməliyyat zamanı sizin kimliyinizi və ya konkret hərəkəti təsdiqləyən əlavə təhlükəsizlik qatıdır. Dələduz sizdən həmin kodu istəyirsə, məqsədi çox vaxt məhz sizin adınızdan həyata keçirmək istədiyi hərəkəti bankın sistemi qarşısında təsdiqləməkdir.

Məsələn, sizə “Kartınızdan şübhəli əməliyyat aparılır, onu bloklamaq üçün SMS-lə gələn kodu mənə deyin” deyə bilərlər. Amma həmin kod əslində əməliyyatı bloklamaq üçün yox, təsdiqləmək üçün göndərilmiş ola bilər. Bu səbəbdən SMS-i sadəcə kodu görmək üçün oxumaq yox, kodun hansı əməliyyat və ya hansı hərəkət üçün göndərildiyinə baxmaq vacibdir. Burada hamının bilməli olduğu bir vacib qayda var. Siz özünüz başlamadığınız bir əməliyyat üçün OTP kod alırsınızsa, onu heç kimə deməyin və həmin əməliyyatı təsdiqləməyin.

- Bəs müştəri özü əməliyyatı təsdiqləyibsə, bank bunu necə dələduzluq kimi müəyyən edə bilər?

- Bu, son illərdə fraud sahəsində ən vacib dəyişikliklərdən biridir. Əvvəllər fırıldaqçılıq deyəndə daha çox oğurlanmış kart məlumatı və ya icazəsiz əməliyyat təsəvvür edilirdi. Bu gün isə başqa bir ssenari də geniş yayılıb: müştəri əməliyyatı özü edir, amma bunu dələduzun manipulyasiyası nəticəsində edir. Məsələn, müştəriyə zəng edilir. Ona hansısa bir ssenari deyilir. Nəticədə müştəri müəyyən addımlar atır: vəsaiti köçürür, nağdlaşdırır, depozit hesabındakı məbləği götürür və.s.Texniki baxımdan bankın gördüyü odur ki, əməliyyatı müştəri edir. Amma qərarın arxasında dələduz dayanır. Əlbəttə, təhlükəsizlik səbəbindən bankın konkret fraud aşkarlama qaydalarını və sistem parametrlərini açıqlamaq düzgün olmaz. Amma deyə bilərəm ki, bütün bankların kifayət qədər güclü müdafiə mexanizmləri var. Nümunə olaraq qeyd edə bilərəm ki, Kapital Bank-ın təhlükəsizlik infrastrukturunun əsasını süni intellekt əsaslı texnologiyalar təşkil edir. Bu sistemlər vasitəsilə bank əməliyyatları 24/7 rejimində izlənilir, şübhəli fəaliyyətlər müəyyən edildikdə dərhal müdaxilə edilir. Həmçinin, beynəlxalq standarlara uyğun olaraq ISO 27001 (İnformasiya Təhlükəsizliyinin İdarə Olunması Standartı), PCI DSS (Ödəniş Kartları Sənayesinin Məlumat Təhlükəsizliyi Standartı) və NIST CSF (ABŞ Milli Standartlar və Texnologiyalar İnstitutunun Kiber Təhkükəsizlik Qanunauyğunluqları) prinsiplərinə əsasən müdafiə həyata keçirilir. Yəni bank nə qədər məsuliyyətlidirsə müştəri də öz məlumatlarına qarşı o qədər həssas olmalıdır. 

- Bəs artıq müştəri şübhəli linkə daxil olubsa, dələduza məlumatlarını veribsə və ya pul köçürübsə nə etməlidir?

- Belə vəziyyətdə ən vacib addım gözləməməkdir. Kart və ya hesab məlumatları paylaşılıbsa, OTP kod verilibsə, şübhəli linkə daxil olunubsa, dələduzun yönləndirməsi ilə pul köçürülübsə dərhal bankla rəsmi kanal vasitəsilə əlaqə saxlanılmalı, nə baş verdiyi olduğu kimi izah edilməlidir. Çünki bəzən müştərinin verdiyi yanlış informasiya bankın müdaxiləsini gecikdirə bilər. Yalnız bankın və ya hüquq mühafizə orqanlarının yönləndirməsi ilə hərəkət etmək lazımdır. Əgər aldadılmısınızsa sizə “pulu geri qaytaracağıq” deyərək yenidən ödəniş etməyə çağıran şəxslərə qarşı da diqqətli olun. Təcrübə göstərir ki, fırıldaqçılar bəzən artıq zərər çəkmiş insanları ikinci dəfə hədəfə alırlar. Onu da qeyd edim ki, 196 Çağrı Mərkəzində bankımızın fraud halları ilə bağlı xüsusi komandası fəaliyyət göstərir. Yəni, bu mövzuda gələn zənglə bağlı heç bir gözləmə yoxdur və əməkdaşlarımız dərhal vəziyyətə müdaxilə edirlər. 

- Sonda yadda saxlamaq üçün sadə bir qayda varmı?

- Dələduzlardan qorunmaq üçün bütün mümkün ssenariləri əzbərləməyə ehtiyac yoxdur. Mən üç sadə addımı yadda saxlamağı tövsiyə edərdim: Dayan, Düşün, Dəqiqləşdir.

Dayan - Sizi qorxudan, tələsdirən və ya dərhal qərar verməyə məcbur edən zəng, mesaj və ya təklif aldıqda ilk reaksiyanız hərəkət etmək olmasın. Zəng edən şəxsin sizdən istədiyi əməliyyatı həmin anda yerinə yetirməyin.

Düşün - Özünüzə sadə suallar verin. Məndən nə istəyirlər? Niyə məhz indi bunu etməliyəm? Məndən pul, kart məlumatı və ya təsdiq kodu tələb olunurmu? Qarşı tərəfin yaratdığı təcili vəziyyətin sizi düşünmədən qərar verməyə sövq edib-etmədiyinə diqqət edin.

Dəqiqləşdir - Qarşı tərəfin verdiyi nömrə, link və ya məlumatla kifayətlənməyin. Vəziyyəti bankın öz rəsmi kanalı vasitəsilə müstəqil şəkildə yoxlayın. Məsələn, Kapital Bank adından zəng gəlibsə, Birbank tətbiqində zəng edən şəxsin həqiqətən bank əməkdaşı olduğunu yoxlamaq imkanından istifadə edə bilərsiniz.

Çünki bu gün fırıldaqçılığın əsas problemi onun artıq həmişə “şübhəli” görünməməsidir. Zəng real, mesaj peşəkar, hətta qarşı tərəfin bildiyi məlumatlar doğru ola bilər. Ona görə özünüzü yalnız dələduzu tanımağa yox, qərar verməzdən əvvəl yoxlama vərdişinə öyrətmək daha vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Noyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri