Icma.az
close
up
RU
ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər Ersin Tatar

ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər Ersin Tatar

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTR) və Azərbaycan arasında xüsusən də enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Turizm sahəsində də fəal əməkdaşlıq imkanı var. SİA xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Milli Məclisin Azərbaycan - ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Türk Kiprinin lideri Türkiyə, ŞKTR və Azərbaycan xalqlarının tarixi və mədəni ortaq dəyərlərinə diqqət çəkərək, “Bir millət, üç dövlət” ifadəsinin əhəmiyyətini vurğulayıb.

O, ŞKTC-ni “ən cənubdakı türk dövləti” adlandıraraq, Bakı ilə Lefkoşa arasında Türkiyə ərazisindən keçməklə birbaşa aviareyslərin tezliklə açılacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Lefkoşa azərbaycanlı tələbələrin Şimali Kiprdəki universitetlərdə sayının artırılmasını da dəstəkləyir.

Dövlət başçısı nümayəndə heyətinin üzvlərindən Azərbaycan xalqına, dövlət xadimlərinə və ölkəmizin qeyri-hökumət təşkilatlarının nümayəndələrinə səmimi salamlarını çatdırmağı xahiş edib.

Öz növbəsində, Cavanşir Feyziyev iki ölkə arasında yeni əlaqələrin qurulmasına diqqət çəkib.

Deputat Novruz bayramı münasibətilə ŞKTC-də olmaqdan məmnun olduğunu bildirərək, Lefkoşaya müxtəlif türk ölkələrindən sənət adamlarının səfər etdiyini qeyd edib.

C.Feyziyev yaxın zamanda azərbaycanlı iş adamlarından ibarət bir qrupun Lefkoşaya səfər edəcəyini və onların ŞKTC-dəki bazar imkanlarını və istehsal olunan məhsulları araşdıracağını bəyan edib.

Bundan əlavə, deputat ŞKTC parlamentinin sədri Ziya Öztürklərin may ayında Bakıya dəvət edilməsi ilə bağlı planlar barədə məlumat verib.

O, Azərbaycan və ŞKTC arasında əlaqələrin, xüsusən də parlamentlərarası müstəvidə bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Mart 2025 02:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see188

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see136

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see133

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see125

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see122

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see122

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see121

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see120

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see118

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see117

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see117

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see117

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri